Icma.az
close
up
RU
Hay nasizmi faşizmdən 30 il əvvəl yaranıb

Hay nasizmi faşizmdən 30 il əvvəl yaranıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxud müasir erməni irqçiliyinin tarixi kökləri və özəllikləri

Erməni millətçiliyinin əsasını XIX əsrdə Grigori Artsruni qoyub. O, Tiflisdə  nəşr etdirdiyi “Mşak”(Rəncbər) adlı qəzetdə Osmanlı idarəçiliyindəki erməniləri  üsyana səsləyirdi. Yazdığı məqalə və kitablarında Artsruni  türkləri, kürdləri və müsəlmanları alçaldır, ələ salırdı. Erməni  ideoloqlarının həmin illərdəki nəşrlərində yaşadığı ölkəyə qarşı xaricdən dəstək almaq, fanatik və təcavüzkar düşüncələr təbliğ olunurdu. Artsruni 1879-cu il mayın 11-də Tiflisdə  “İş adamları klubu”nda çıxışına  “Bu qədər geniş mədəni qabiliyyətləri olan ermənilər nə üçün özlərindən min qat geri qalan barbar boylar üzərində hakimiyyətə nail olmayıblar?” sualıyla başlayır və deyirdi ki, ermənilər qonşu millətlərin hamısından, hətta xristian millətlərdən  tamamilə fərqlənir və mədəni qabiliyyətləri ilə seçilirlər: “Digər millətlər sonda o qənaətə gələrək erməniləri özlərinə rəhbər seçəcəklər. Çünki erməni ağlı və qabiliyyəti ilə onların hamısından üstündür”.

Artsruni bir əsərində  türkləri və kürdləri qiymətləndirərkən yazırdı: “Nə türklərin, nə də vəhşi kürdlərin keçmişi, tarixi, ədəbiyyatı, məktəbləri, iqtisadi istehsal ruhu və iş qabiliyyəti  var. Təbiət bütün xalqlara eyni cür qabiliyyətə sahib beyin verməyib. Türklərin və kürdlərin mədəniyyətə və sənətə meyilləri yoxdur. Dilləri var, ancaq çox geri və primitivdir. Bu dillərdə ən yaxşı ehtimalla orta məktəb təhsili verilə bilər”.

Hay “tarixçisinə” görə, mədəni “ari və semit irqləri” sırasında olan ermənilər  Kiçik Asiyada  bu xüsusiyyətlərinə görə qəsdən barbarların idarəsi altına verilib. Avropa səhvini düzəltməlidir. 

Artsruni erməni millətçiliyinin ideoloji təməllərini qoyduğu kitablarında kürdlərin əsas məşğuliyyətlərinin  oğurluq, talançılıq olduğunu bildirir. “Ermənilərlə  birlikdə yaşayan kürdlər hər zaman onların xidmətində çalışmış, hətta müsəlman olsalar da, erməni kilsəsinə gəlib “anlamazlıqlarından” peşman olduqlarını ilə bağlı dualar etmişlər” – yazan Artsruniyə görə, kürdlər üçün din anlayışı yoxdur: “Kürdlər ermənilərin ən etibarlı  əlaltısı olub, ancaq  əllərinə fürsət  düşən kimi  xidmət elədiyi ağasının evini yağmalamış, onu öldürmüş, həyat yoldaşına, qızlarına təcavüz etmiş, mal- mülkünü talamış və yandırmışlar”. 

Türklərə gəlincə,  Artsruniyə görə,  onlar tənbəl və kütbeyindirlər və ermənilərin hesabına  yaşamışlar: “Kasıb və ya varlı, fərqi yoxdur, türk qadını kişilərin ehtirasını söndürmək və  hərəmlərini bəzəmək üçün doğulmuşlar. Müsəlmanlar arasında nə bir usta var, nə də qabiliyyətli bir fəhlə. Ermənilər çalışqan bir xalqdır, müsəlmanlar isə bunun tam tərsidir. Göründüyü kimi, ermənilər bir tərəfdən quldur kürdlərlə, digər tərəfdən tənbəl, rüşvətxor türklərlə əhatə olunublar”.                         

Artsruninin “Ekonomiçeskoye polojeniye turetskix armyan” (“Türkiyə ermənilərinin iqtisadi durumu”) kitabını yazmaqda məqsədi dünyanın, xüsusən Rusiyanın diqqətini Türkiyə ermənilərinin yaşadığı bölgənin təbii zənginliklərinə və böyük iqtisadi potensialına çəkmək olub. Bu kitabla Artsruni ermənilərin özlərini də bu sərvətlərə sahib olmaq üçün üsyana çağırır. Kitabda “zalım müsəlmanlara qarşı qisas duyğularını oyandırmaq niyyəti”  açıq bildirilir.                                                                        

Grigori Artsruni nəşr etdirdiyi  “Mşak” qəzetini bu ideologiyanın yayılmasında vacib vasitə olaraq istifadə edib.  O, bu qəzetə öz həmfikirlərini – Raffini, Arpiar Arpiaryanı, Leonu, Mkrtıç Portukalyanı, Mikael Varandyanı cəlb edərək irqçi ideologiyanı yaymaq üçün onların yazılarından faydalanıb. 1880-ci illərdə erməni  ideoloji hərəkatındakı önəmli şəxslər bu qəzetə yazılar göndərirdilər. O dövrdə erməni milli ideologiyası məhz bu qəzetin ətrafında formalaşırdı. 

Bu, anti-türk ovqatını dərinləşdirən açıq düşmənçilik ideologiyası idi.   Ermənilərin Cənubi Qafqazdakı ərazi iddialarıının ideoloji təməlləri o illərdə quyulub. Yaranan erməni milli komitə və təşkilatları, siyasi partiyaların ideoloji qaynağı “Mşak” qəzetində formalaşdırılan erməni milliyətçiliyi idi. 1885-ci ildə Fransada yaranmış "Armenakan", 1887-ci ildə Cenevrədə yaradılan "Hnçak" və 1890-cı ildə Tiflisdə əsası qoyulan "Daşnaksütyun" millətçi partiyalarının ideya istiqaməti Artsruni və onun ardıcıllarının nəzəriyyəsindən qaynaqlanırdı. Bu partiyalar Osmanlı İmperiyası və İrandan qaçmış ermənilərin yaşadığı əraziləri birləşdirmək üçün bütün vasitələrdən, ən əsası isə qiyam və terror aktlarından geniş istifadə etməyi qarşılarına məqsəd qoymuşdular. Müxtəlif ərazilərdə erməni quldur qrupları üsyana başlamışdılar.  “Mşak”da gedən yazılarda bütün ermənilər bu üsyana təşviq olunurdu. “Hnçak” partiyasının proqramında bu fikir xüsusi vurğulanırdı: "Bütün şəraitlərdə türkləri və kürdləri məhv etmək və öz xalqının rifahına xəyanət etmiş ermənilərə aman verməyərək onlardan qisas almaq" (Hnçak” partiyasının proqramı,  “Hnçak” qəzeti, 23 may 1893-cü il).

Artsruninin irəli sürdüyü ideyalar daşnakizmin də əsasını təşkil edir. Karinyanın daşnakizmin “Əsas İncili” kimi xarakterizə edilən “Ekonomiçeskoye polojeniye turetskix armyan” kitabı ilə təcavüzkar erməni millətçiliyinin nəzəri cəhətdən ortaya çıxdığının  şahidi oluruq.  

“Daşnaksütyun” heç də “Hnçak” partiyasından fərqli deyildi. O da nasist tipli partiya kimi Almaniya Milli Sosialist Partiyasının ideologiyasını onlardan 30 il əvvəl formalaşdırmışdı.  Partiyanın hədəflərinə çatmaq proqramında bunlar vardı:                                 1) silahlı qiyam; 2) yalnız ermənilər arasında yox, bütün xalqlar arasında inqilabi fikrin formalaşması üçün intensiv iş aparmaq; 3) ermənilərin silahlanması və təşkilatlanması; 4) hökumət adamlarının fiziki cəhətdən aradan götürülməsi, terror. 

(ardı var)

Qafar ÇAXMAQLI, 
XQ-nin Türkiyə müxbiri 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri