Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Hayastanda “Qarabağ erməniləri”nə nifrət artır

Hayastanda “Qarabağ erməniləri”nə nifrət artır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ermənistanda hökuməti formalaşdıranlar hakimiyyətin dəyişdirilməsini tələb edə bilər. Bizim öz mövqeyimiz var, mən bunu hazırda səsləndirməyi düzgün hesab etmirəm”. Bunu jurnalistlərlə söhbətində Qarabağ separatçılarının sonuncu rəhbəri Samvel Şahramanyan deyib. Ermənistanda Qarabağ ermənilərinə qarşı yaranan nifrət və yüksək rütbəli məmurların ittihamlarını şərh edən Şahramanyan xatırladıb ki, bu cür ittihamlara cavab verilib və əlavə olunacaq heç nə yoxdur.

Məsələ ondadır ki, Ermənistanda yaşayan ermənilər qarabağlı erməniləri heç vaxt özlərininki saymır, “albanlardan dönmə” hesab edirlər. Bundan başqa, onların ölkə üçün “artıq yük”ə çevrildiyini bildirirlər. Çünki Qarabağ ermənilərinin mənzil və sosial problemlərinin həlli üçün çoxsaylı yardım proqramları həyata keçirilir. Maliyyə dəstəyinin bir hissəsi beynəlxalq təşkilatlardan gəlsə də, sosial yardım proqramlarına ayrılan vəsaitin 85–90 faizdən çoxu dövlət büdcəsindən təmin olunur. Məsələn, “40+10” proqramı çərçivəsində 2024-cü ildə hər bir köçkünə ayda 40 min dram (103 dollar) kirayə haqqı, 10 min dram (25 dollar) isə kommunal xərclər ödənilib. Artıq 2025-ci ilin aprelindən etibarən bu yardımı yalnız həssas təbəqələrə verilir. Bu təbəqəyə uşaqlar, pensiya yaşında olanlar, əlilliyi olan şəxslər və ailənin əsas təminatçısını itirmiş ailələr daxildir. Onlara aprel–iyun ayları arasında 40 min dram (103 dollar), İyuldan ilin sonunadək 30 min dram (77 dollar) yardım veriləcək.

Eyni zamanda, uzunmüddətli mənzil proqramı çərçivəsində ailələrə mülkiyyət hüququ vəd edilir. Ailə üzvü başına 3–4 və ya 5 milyon dram (7.730 – 12.880 dollar) yardım ayırılır ki, insanlar daimi yaşayış yerini müəyyənləşdirə bilsinlər, Bu proqram üç istiqamətdə həyata keçirilir: mənzil və ya fərdi ev almaq üçün sertifikat verilməsi, şəxsi ev tikintisi üçün sertifikat və ipoteka kreditlərinin ödənilməsinə dəstək.

Bunlara baxmayaraq, Qarabağ erməniləri yaradılmış şəraitdən narazıdır və ayrılan vəsaitin az olduğunu bildirirlər. Bu da yerli ermənilərin narazılığı ilə qarşılanır. Onlar hesab edirlər ki, əgər Qarabağ erməniləri yaşayış yerlərini könüllü tərk edib Ermənistanda yerləşməsəydilər bu vəsait sosial problemlərin həllinə, yeni iş yerlərinin yaradılmasına sərf olunardı. Üstəlik, işə qəbulla bağlı da tərəflər arasında narazılıqlar var. Ermənistanda deyirlər ki, İkinci Qarabağ müharibəsində altı mindən çox gənc erməninin həlak olması da onların günahıdır.

Görünən odur ki, Ermənistan cəmiyyəti Qarabağ ermənilərini qəbul etmir. Ölkə vətəndaşlarının narazılığı isə gündən-günə artır. Artıq bu nifrət özünəməxsus “irqçiliyə”çevrilib. İrəvan küçələrində ayrı-ayrı insanlar gəlmə ermənilərə qarşı nifrət təzahürünə imkan verirlər. Qarabağ dialektində danışan ermənilərə qarşı köbud davranış adi hal alıb. Bu barədə mətbuatda gedən məlumatların birində bildirilir ki, taksiyə minən iki qadın Qarabağ dialektində danışdığına görə maşından düşürülüb. Başqa bir məlumatda isə bildirilir ki, Qarabağ ermənisi restorandan qovulub. Bu cür misallar çoxdur.

Maraqlıdır ki, son vaxtlar yüksək rütbəli məmurların ittihamları da artıb. Rəsmi şəxslər və bəzi deputatlar da onları “öz evlərini atıb qaçmaqda” günahlandırırlar. Ermənistan “Alternativ layihələr” qrupunun üzvü, deputat Elinar Vardanyan yerli mediada bu mövzu ilə bağlı məqalə yayımlayıb. Oeyd edib ki, Qarabağ ermənilərinə qarşı aparılan nifrət təbliğatı dayandırılmalıdır: “Bu prosesin qarşısı alınmaldır. Bunun üçün bütün rıçaqlar var”.

Ermənistan parlamentinin spikeri Alen Simonyan bu yaxınlarda jurnalistlərlə söhbətində bildirib ki, Qarabağ ermənilərinin əllərində olan silahlarla döyüşmək imkanı var idi. Lakin onlar sonadək döyüşmədi, Qarabağı tərk etdilər.

Spiker əlavə edib ki, Qarabağda hökumət dəyişib və daha sonra qondarma qurumun, “DQR”in buraxılması ilə bağlı sənəd imzalanıb. Simonyanın sözlərinə görə, təhlükəsizlik olanda o zaman ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq. Spiker onu da əlavə edib ki, Qarabağa “Artsax” deyə bilməz, siyasi fiqurdur və məsuliyyət daşıyır. Spiker açıqcasına onları qorxaq adlandırıb: “Samvel Şahramanyan “mühafizəçilərlə” birlikdə Qarabağı necə tərk edə bildiyini desəydi, yaxşı olardı”.

S. Şahramanyan də kollektiv, təhlükəsiz və ləyaqətli qayıtmaq hüququndan da danışıb. Bildirib ki, bu məqsədlə sabiq xarici işlər naziri Vardan Oskanyanın rəhbərliyi ilə komitə yaradılıb. Şahramanyan komitənin işini səmərəli hesab edir: “Artıq nəticə var. İsveçrə parlamenti bu yaxınlarda hər iki tərəfin nümayəndələrinin iştirakı ilə sülh konfransının keçirilməsi haqqında qərar qəbul edib”.

Aydındır ki, S.Şahramanyan bu zaman xəyalında Qarabağ erməniləri üçün status və imtiyazların “xəritəsini” qurur. Amma o başa düşməlidir ki, artıq ötən əsrin 90-cı illəri deyil, ümumiyyətlə, heç bir status nəsərdə tutulmur. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərindən, beynəlxalq hüquq baxımından tərkib hissəsidir. Əgər Qarabağda kimsə yenə də, hansısa statusdan söhbət aparırsa, bilməlidir ki, o, erməni xalqının birinci düşmənidir. Bu barədə Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə deyib ki, Qarabağda ermənilərin nə statusu, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da hüquqları elə qorunacaq. Ancaq budur yol.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə bildirilir ki, Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir: “Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir. Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların qərarı olub”.

Bu barədə siyasi təhlilçi Asif Nərimanlı isə bildirib ki, rəsmi Bakı Qarabağı tərk etmiş və qayıtmaq istəyən ermənilərə şərait yaratmağa hazır olduğunu əvvəldən də bəyan edib: “Buna baxmayaraq, “Azərbaycan ermənilərin geri qayıtmasını təmin etməlidir” məsələsi mütəmadi olaraq gündəmə gətirilir. Qarabağ erməniləri multikultural, bütün etnik azlıqların mədəni və dini hüquqlarına tam hörmətlə yanaşan Azərbaycanda ölkə vətəndaşlığımızı qəbul etmək və ölkəmizin qanunlarına riayət etməklə sivil qaydada yaşaya bilərlər. Bundan başqa, bütün tələb və təbliğatlar, sadəcə olaraq, siyasi mahiyyətlidir və müxtəlif qüvvələrin öz maraqları çərçivəsində qiymətləndirilə bilər. Erməni əhalisi isə geri qayıtmaq niyyətində deyil. Bu, onların seçimidir”.

Beləliklə, Ermənistanda yerli ermənilərlə, Qarabağdan könüllü köçən ermənilər arasında münasibətlər gərgindir. Gəlmə ermənilər onlar üçün yaradılmış şəraitdən narazıdırlar. Bundan isə müxalifət hakimiyyətə qarşı istifadə etməyə çalışır. Artıq müəyyən qüvvələrin dəstəyi ilə separatçı rejimin tör-töküntüləri müxtəlif mitinqlər keçirir, açıqlamalar verir, bəyanatlar səsləndirirlər. Baş verənlər və səslənən bəyanatlar bir daha sübut edir ki, hadisələr müəyyən dirijorlar tərəfindən idarə edilir, məqsəd nəinki Paşinyana qarşı xalqı ayağa qaldırmaq və nifrət hissi yaratmaq, eyni zamanda, iki ölkə arasında imzalanacaq sülh müqaviləsinə balta vurmaqdır. Əsasən sərhədlərin delimitasiyası və sülh müqaviləsi ilə bağlı müsbət siqnallar olanda aktivləşən müəyyən qüvvələr bu dəfə “Qarabağ kartı”nı dövriyyəyə daxil edirlər. Məqsəd isə Ermənistanda hakimiyyəti ələ keçirməkdir.

Əlbəttə, baş verənlər hakimiyyəti də narahat edir. Bildirilir ki, Qarabağ bölgəsini tərk edən bəzi dairələr və ya insanlar bilərəkdən və ya bilməyərəkdən Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər edir, addımlar atırlar. Müxalifətin təşəbbüsü isə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini sabotaj edir. Göründüyü kimi, revanşist müxalifət öz siyasətindən əl çəkmir və onların hakimiyyətə gəlməsi regionda yeni hərbi eskalasiyaya gətirib çıxara bilər.

İstənilən halda uduzan tərəf Hayastan olacaq. Azərbaycan hadisələrin istənilən istiqamətdə dəyişməsinə hazırdır.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Aprel 2025 02:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see597

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see313

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see310

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see223

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see223

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see220

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see220

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see211

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see206

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see206

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see205

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see202

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see202

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see199

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see198

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri