Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Hayastanda dövlət din savaşı açıq müstəviyə keçir

Hayastanda dövlət din savaşı açıq müstəviyə keçir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

II Qaregin apostol tribunasından siyasi hücumlar edir

Erməni Apostol Kilsəsi (EAK) ilə hökumət arasında qarşıdurma davam edir. Demək olar ki, hər gün bu istiqamətdə yeni-yeni açıqlamalar verilir. Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham edirlər. Kilsə nümayəndələri Nikol Paşinyan iqtidarını milli-mənəvi dəyərləri məhv etməkdə, hakimiyyət isə EAK-ı siyasi proseslərə müdaxilə etməkdə təqsirləndirir. Son açıqlamalarda Eçmiədzin hakimiyyətin dini institutlara təzyiq göstərdiyini də iddia edib. Hökumət isə cavab olaraq, kilsənin öz nüfuzundan sui-istifadə etdiyini və ictimai rəyə təsir göstərməyə çalışdığını bildirib. Bu qarşılıqlı ittihamlar Ermənistan cəmiyyətində parçalanmanı daha da dərinləşdirir.

Bir neçə gün öncə EAK-ın iqamətgahında – Eçmiədzində erməni yeparxiyalarının rəhbərlərinin və kilsə keşişlərinin konfessiyalarının illik toplantısı keçirilib. Toplantıda çıxış edən bütün ermənilərin katolikosu II Qaregin bildirib ki, Ermənistan hakimiyyəti kilsəyə qarşı kampaniya aparmaqda davam edir. Deyib ki, hakimiyyət kilsəyə qarşı addımları ayrı-ayrı ruhanilərə qarşı yönəlmiş hərəkətlər kimi təqdim etməyə nə qədər çalışsa da, bu addımların sistem xarakterli olduğu və kilsənin özünün də hədəfə alındığı açıq-aydın görünür: “Bu çətin dövrlərdə biz ruhaniləri təkcə mənəvi xilaskarlıq missiyamızı (?) yerinə yetirməyə deyil, həm də əzab-əziyyətlərə, kilsə əleyhinə hücumlara tab gətirməyə çağırırıq. Dünyada və regionumuzda baş verən proseslər ölkəmiz və xalqımız üçün ciddi problemlər yaradıb. Biz dərin narahatıq ki, bütün erməniləri birləşdirmək və cəmiyyətdəki parçalanmaları aradan qaldırmaq əvəzinə, Ermənistan hakimiyyəti kilsəyə qarşı kampaniya aparmağa davam edir”.

Katolikos keşişlərə müraciətlə bildirib ki, erməni kilsəsi din xadimləri ilə milli kimliyə və vətənin təhlükəsizliyinə təhdidlərə, “tarixin təhrif edilməsinə” səssiz və biganə qala, hökumətin erməni dövlətinin və xalqının mənafeyinə etinasız yanaşmasını sadəcə seyr edə bilməz. O, daha sonra siyasi bəyanat səsləndirərək “Artsax” ermənilərinin pozulmuş hüquqları və keçmiş qondarma separatçı rejimin başçılarının Bakıda mühakimə edilməsi barədə danışıb.

***

Yığıncağın sonunda qəbul edilən bəyanatda bildirilib ki, son günlər Ermənistanda baş verən ağrılı hadisələr din xadimlərini çox narahat edir: “Mürəkkəb geosiyasi reallıqlar şəraitində ölkədə müxtəlif səbəblərdən həyata keçirilən siyasi təqiblər və bu kontekstdə Ermənistan baş nazirinin və hakimiyyət nümayəndələrinin erməni kilsəsinə və ruhanilərə qarşı başlatdığı kampaniya milli həyatı pozur, mövcud çağırışlar qarşısında xalqımızın birliyini zəiflədir, dövlətimizin qlobal miqyasda mövqeyini sarsıdır. Hakimiyyət orqanlarının kilsəyə qarşı nalayiq davranışı və səsləndirdikləri ədəbsiz ifadələr, davamlı təhdidlər və din xadimlərini parçalamaq üçün gizli cəhdlər diaspordakı dindarlarımızın nəcib hisslərini təhqir edir, həmçinin Ermənistan konstitusiyasını, “Vicdan azadlığı haqqında” qanunu və beynəlxalq dini qurumların tələblərini birbaşa pozur”.

Bəyanatda biznesmen Samvel Karapetyan “erməni kilsəsinin müdafiəsi üçün çıxış edən milli xeyriyyəçi” adlandırılır, onun həbsi pislənilir: “Həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarlarının işində hakimiyyət tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə qəsdən məhəl qoyulmaması da qəbuledilməzdir. Biz böyük hiddət və ağrı ilə iyunun 27-də arxiyepiskop Mikael Acapaxyanı həbs etmək üçün çox sayda hüquq-mühafizə orqanlarının müqəddəs Eçmiədzinə basqın etməsinin şahidi olduq. Katolikosun saat 16:00-da keşişlər yığıncağının sonunda Acapaxyanın İstintaq Komitəsinin qarşısına könüllü çıxacağına dair verdiyi vədlərin əksinə olaraq, hüquq-mühafizə orqanları qeyri-mütənasib güc tətbiq etməklə öz planlarını həyata keçirməyə üstünlük verdilər ki, bu da haqlı olaraq hamının etirazına səbəb oldu, həm də illik toplantımızın keçirilməsinə mane oldu. Arxiyepiskop Mikael könüllü olaraq İstintaq Komitəsinə gedib. Bütün ermənilərin müqəddəs ziyarətgahına bu cür təcavüz, ziyarətgahın dua mühitinin pozulması, bütün ermənilərin patriarxına və ruhanilərə qarşı belə münasibət qəti şəkildə pislənilməli və qəbuledilməzdir”.

Bu istiqamətdə daha bir açıqlamanı Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan verib. O deyib ki, baş nazir Nikol Paşinyan II Qareginin yerinə yeni katolikos-namizəd axtarır: “Mən bilirəm ki, o, katolikos olacaq insanlar arasında danışıqlar aparır. O, din xadimlərini kilsə rəhbərliyinin əleyhinə danışmağa inandırmağa çalışır. Bunun əvəzinə onlara müəyyən vədlər verir”.

Abramyanın fikrincə, kilsə güclü olduğu üçün Paşinyan uğur qazana bilməyəcək: “Paşinyan katolikosa bəzi ittihamlar irəli sürür. Halbuki, bu, onun işi deyil. Katolikos kimdir? O, seçilmiş adamdır. Sizin katolikos haqqında deməyə sözünüz varmı? Siz dediniz, onlar özləri qərar verəcəklər. Amma Paşinyanın “mən şəxsən bu prosesə rəhbərlik edəcəm” sözü bütün ermənilər arasında anlaşılmazlığa səbəb olur”.

***

Eçmiədzində keçirilən toplantıda II Qareginin çıxışı Ermənistan hakimiyyəti ilə kilsə arasındakı dərin uçurumu bir daha üzə çıxardı. Katolikos açıq şəkildə bildirdi ki, kilsəyə qarşı yönəlmiş təzyiqlər sistemli xarakter daşıyır və bu, sadəcə bəzi ruhanilərlə bağlı məsələ deyil. O, ruhaniləri yalnız dini borclarını yerinə yetirməyə deyil, həm də “siyasi hücumlara” dözməyə çağırdı. Bu çıxış kilsənin artıq, sadəcə, dini qurum kimi deyil, eyni zamanda ictimai-siyasi güc kimi çıxış etdiyini göstərdi.

Digər tərəfdən, II Qareginin çıxışı dini tribunanın siyasi manipulyasiya alətinə çevrildiyini bir daha sübut etdi. Katolikosun Qarabağ separatçılarını müdafiə etməsi, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çıxışdır və bu, Ermənistanın götürdüyü öhdəliklərinə ziddir. Dini liderin keşişləri hökumətə qarşı ruhlandırması, kilsəni milli həmrəyliyin deyil, parçalanmanın ünvanına çevirir. Əslində, bu ritorika nə kilsəyə inananlara, nə də erməni cəmiyyətinə fayda verir. Əksinə, xaos və düşmənçilik toxumu səpir. “Tarixin təhrif edilməsi” ittihamı isə absurddur. Çünki tarixi təhrif edən elə illərlə keçmiş qondarma rejimin “müstəqilliyini” təbliğ edən kilsənin özü olub. Bu çağırışlar Ermənistanın daxili sabitliyinə deyil, revanşizmin qızışdırılmasına xidmət edir.

Keşişlərin yığıncağında qəbul olunan bəyanat isə dini qurumun öz səlahiyyət və missiyasını aşaraq siyasi revanşizmin ruporuna çevrildiyini göstərir. Kilsə hökumətin ünvanına səsləndirdiyi ittihamlarla, əslində, dini nüfuzunu siyasi təsir vasitəsinə çevirmək niyyətini ortaya qoyur. “Ədəbsiz ifadələr” və “ davamlı təhdidlər” kimi emosional ifadələr reallıqdan çox manipulyativ təbliğat xarakteri daşıyır. Diasporun “nəcib hissləri” ilə söhbəti isə daxili qarşıdurmanı xaricə daşımaq cəhdidir və bu, milli maraqlara ziddir. Kilsə konstitusiyadan danışmazdan əvvəl özünün dini çərçivədən çıxaraq cəmiyyətdə bölücü rol oynadığını etiraf etməlidir.

Rusiyada yaşayan nüfuzlu və geniş imkanlara malik Ara Abramyanın açıqlamaları isə diasporun bu məsələdə fəal rol oynadığını göstərir. Onun çıxışı bir dini rəhbəri müdafiə adı altında siyasi təbliğatçılığa çevrilib. Bu isə diaspor təşkilatının neytral mövqedə dayanmaq prinsipinə ziddir. O, Ermənistanın daxili işlərinə müdaxilə edir və katolikosluq kimi dini məsələdə tərəf tutur. Bu isə onun mövqeyinin qeyri-obyektiv və qərəzli olduğunu göstərir. Abramyanın “katolikos kimdir?” sözləri populist yanaşmadan başqa bir şey deyil. O, dini simvolizmdən, necə deyərlər, siyasi qalxan kimi istifadə edir. Belə çıxışlar nə Ermənistanın sabitliyinə, nə də diasporla dövlət arasında sağlam münasibətlərə xidmət edir. Əslində, o, hakimiyyətə qarşı kilsənin arxasında gizlənərək revanşist çağırışlar səsləndirir. Bu mövqe isə sadəcə, emosional təzyiq və daxili qarşıdurmanı alovlandırmaq cəhdidir.

Görünən odur ki, Ermənistan cəmiyyətində parçalanma dərinləşir və bu gərginlik tezliklə səngiməyəcək. Hakimiyyətlə kilsə arasında artan qarşıdurma ictimai rəyi də iki düşərgəyə bölməkdədir. Dövlət institutlarına inam zəifləyir, kilsə isə özünü alternativ güc mərkəzi kimi təqdim etməyə çalışır. Bu vəziyyət ölkədə sabitliyi deyil, xaosu qidalandırır. Əgər bu dini-siyasi mübarizə nəzarətsiz qalarsa, Ermənistan daxilində idarəolunmaz proseslərin başlanğıcı ola bilər.

İlyas HÜSEYNOV,
politoloq

– Ermənistan hakimiyyəti ilə kilsə arasında dərinləşən qarşıdurma ölkənin siyasi və ictimai sabitliyinə ciddi təhlükə yaradır. Son günlər həm kilsənin daxilində keçirilən toplantılar, həm də diaspor nümayəndələrinin açıqlamaları bu mübarizənin artıq ideoloji və təşkilati səviyyəyə keçdiyini göstərir. Xüsusilə II Qareginin siyasi xarakter daşıyan bəyanatları və Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın hökumətə qarşı sərt ittihamları dini qurumun neytrallığını şübhə altına alır. Abramyanın iddiaları Paşinyanın yeni katolikos axtarması və ruhaniləri vədlərlə ələ almağa çalışması kimi fikirlər cəmiyyətə daha çox ajiotaj və qarşıdurma gətirir.

Onu da qeyd etmək lazımdır ki, kilsənin siyasi aktora çevrilməsi Ermənistanı yeni böhranlara sürükləyə bilər. Dövlətin dini işlərə birbaşa müdaxiləsi nə qədər təhlükəlidirsə, dinin siyasətə bu şəkildə müdaxiləsi də bir o qədər zərərlidir. Ermənistanda formalaşan bu ikitirəlik cəmiyyəti parçalayır, xarici güclər üçün isə asan hədəfə çevirir. Bu parçalanma təkcə hakimiyyətlə kilsə arasında deyil, həm də cəmiyyət daxilində dərin uçurum yaradır.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2025 06:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri