Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Haylar üçün ən doğru sayılan SÜLH SINAĞI TƏHLİL

Haylar üçün ən doğru sayılan SÜLH SINAĞI TƏHLİL

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə məhz baş nazir Nikol Paşinyanın minnətdarlıq ifadə etməsi heç də təsadüfi sayıla bilməz. Ermənistanın baş nazirinin həmçinin Bakı ilə Tbilisi arasında dostluq münasibətləri modelində İrəvanın ilhamlandığını bəyan etməsi də səbəbsiz deyil. Onun məhz bu təcrübəni Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində tətbiq etmək arzusunu ifadə etməsi də bu gün tamamilə məntiqidir. Ona görə ki, Ermənistan lideri məhz tarixin dərslərinə istinad edərək belə bir qənaətə gəlmişdir.

“Bir-birimizlə mübarizə aparmaqla ən vacib şeyi – dövlətimizi, müstəqilliyimizi itirə bilərik”, deyə bəyan edən Nikol Paşinyanın bu zamana qədər ermənilərin düşüncəsinin, yolunun belə yanlışlıq olduğunu bəyan etməsi, ölkəsinin və xalqının zaman-zaman qarşılaşdığı fəlakətlərdən çıxardığı nəticənin təzahürüdür. Görünür, indi də sülh sınağı etməyin tam zamanı olduğu qənaətindədir və istənilən halda məhz bu sınağın doğru olduğu qənaətinə gələcəyi ölkəsinin və xalqının fəlakətlərdən yaxa qurtarması fonunda əlbəttə ki, təkzibedilməzdir. Çünki bu vaxta qədər düşmənçilik siyasəti aparan Ermənistanın da, hay tayfalarının da ancaq itgilərlə, fəlakətlərlə üzləşdiyini erməni baş nazir çox yaxşı bilir və başa da düşür ki, düşmənçilik siyasəti sayəsində hələ bu baxta qədər heç nəyə nail olunmayıb. Əksinə, yalnız erməniləri çətin duruma salıb və bu gün ümumiyyətlə, bir ölkə olaraq məhz düşmənçilik siyasətini davam etdirəcəkləri təqdirdə tarixin arxivinə düşmə ehtimalları da böyükdür. Yəqin ki, məhz buna görə də sülh barədə düşünməli olub və hər halda sülh sınağı etməyə ən azından məntiqi tələb kimi həqiqətən də dəyər...

Görünən odur ki, Ermənistan hökuməti həqiqətən də çıxış yolunun sülh danışıqları, sülh prosesi və normal qonşuluqdan asılı olduğunu ən azından başa düşməyə başlayıb. Hər halda, erməni baş nazirin minnətdarlıq hissi ilə belə ifadələr səsləndirməsi təsdiq edir ki, sülhü də bir “sınağa çəkmək” fikrinə düşüb. Əslində, onun başqa çıxış yolu da yoxdur. Heç ölkəsinin belə nəinki çıxış yolu, alternativ variantı da qalmayıb. Çünki, əvvəla, alternativ variantın nədən ibarət olmasından asılı olmayaraq, bunun üçün həmin ölkənin potensialının olmadığı aydın şəkildə bəllidir. Digər tərəfdən də axı alternativ kimi qəbul etmək istədikləri variantların hamısının mənasız olduğunu başa düşmək heç də çətin deyil və başqa əl atılacaq nyin isə barəsində belə düşünməyə dəyməz.

Düzdür, bəzən Ermənistana məxsus mətbuat səhifələrində müxalif qüvvələrin həmin ölkə hakimiyyətinə sülh danışıqlarına görə narazılığı öz əksini tapır. Bunu da başa düşmək də çətin deyil. Əvvəla ona görə narazılıq bildirilir ki, hakimiyyəti ələ keçirmək istəyənlər həmin ölkənin hakimiyyətini qınamağı, apardığı siyasətin yanlış olduğunu göstərməyi özlərinə mübarizə yolu olaraq qəbul edirlər. Digər tərəfdən də axı həmin ölkənin müxalifətində, Ermənistan hakimiyyətinə müxalif olan qüvvələr arasında revanşistlər də kifayət qədərdir. Sözsüz ki, revanşistlər üçün də sülh barədə düşünmək, ümumiyyətlə, tamamilə qəbulolunmaz sayılır. Əks halda, onları heç revanşist də adlandıran olmazdı.

Məsələ burasındadır ki, Ermənistan konstitusiyasında dəyişikliklər tələbi sülh danışıqları fonunda tamamilə məntiqidir. Əvvəla ona görə ki, Azərbaycana qarşı təcavüzkar niyyətlərini hələ də açıq şəkildə bəyan edən Ermənistan konstitusiyası olduğu kimi qaldığı halda sülh prosesindən danışmaq belə absurddur. Digər tərəfdən də axı bu vaxta qədər işğalçılığı dövlət siyasəti kimi qəbul edən ölkənin konstitusiyasında ərazi iddiaları yer alır və bunun da qəbuledilməz olduğu müzakirə belə edilə bilməz. Türkiyədə yerləşən Ağrıdağ dağının ermənilərin özlərinin rəsmi dövlət möhürlərinə salınması qonşu ölkəyə qarşı aqressiv niyyətlərin təzahürüdür və bunu nəinki qəbul etmək, heç təsəvvür belə etmək mümkün deyil. Ona görə də başda baş nazir Paşinyanın özü olmaqla, ağlı başında olan hərhansı erməni başa düşməlidir ki, belə axmaq iddialar da, ideyalar da, təxəyyüllər də, arzular da mənasızdır və barəsində düşünməkdən əl çəkmək ən doğru yoldur. Ən azından, bu vaxta qədər olan mənasız ideyaları, xəyalları bir kənara qoyub reallıqlar barədə, məsələn, sülh barədə düşünmək və bu yolu da sınaqdan keçirmək lazımdır, hətta tam zamanıdır. Görünür elə bu vaxta qədər Nikol Paşinyanın xəyali Ermənistan və real Ermənistan deyə səsləndirdiyi seçim də bu mənada imiş və niyyət də bundan ibarət imiş. Bəli, haylar üçün məntiqi tələb sayılan sülh sınağı indi Ermənistan üçün ən aktual, ən doğru seçimdir.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında çox ciddi məqamlara, daha dəqiq desək, Ermənistanın məhz ölkəmizin torpaqlarını işğal altında saxladığı zaman yerləşdirdiyi minaların yaratdığı təhlükələrə toxunması, həmin basdırılan minaların məhz münaqişədən sonrakı dövrdə Azərbaycan üçün ən ciddi humanitar problemlər yaratması ilə bağlı səsləndirdiyi fikirlər heç də dünya ictimaiyyətinin diqqətindən yayına bilməz. Bu, heç ermənilərin özlərinin də, şəxsən erməni baş nazirin də, onun hakimiyyət komandasının da diqqətindən yayınmayıb. Hər halda, 2020-ci ilin noyabr ayından indiyədək mina partlayışları nəticəsində 400-dən çox Azərbaycan vətəndaşının və hərbçisinin həlak olması və ya ağır yaralanması heç də diqqətdən kənarda qala bilən məqam deyil və bunu görməməzliyə, eşitməməzliyə vurmaq da qətiyyən ağıla sığmır. Deməli, hər kəs, elə məhz haylar da yaxşı başa düşürlər ki, etdikləri, törətdikləri heç də humanizmə sığan deyil və hazırda öz dədə-baba torpaqlarında, yurd-yuvalarında məskunlaşmaq istəyənlər üçün ən azından maneə deməkdir. Ölkə rəhbərimizin öz çıxışı zamanı məhz Ermənistanın 1990-cı illərin əvvəllərində etdiyi təcavüzü və işğalı zamanı itkin düşən dörd minə yaxın azərbaycanlının faciəli taleyinin xüsusi diqqət və fəaliyyət tələb etdiyini vurğulaması da çox ciddi məqamdır. Bunu da haylar yaxşı başa düşürlər. Xüsusən də onların başbiləni olan baş nazirləri çox yaxşı başa düşür və ölkəsinin nəyə cavabdeh olduğunun fərqindədir. Ona görə də bu gün əgər sülh sınağı niyyətindədirsə, bunu başa düşmək heç də çətin deyil.

İstənilən halda, rasional bir yol tapılması ən çox arzuolunan olmalıdır. “Qonşularla yaxınlaşma üçün siyasi imkanları əldən vermək olmaz”, deyə Ermənistanın Rusiyadakı hazırkı səfiri Qurgen Arsenyanın ifadələri bu baxımdan başadüşüləndir. Ermənistan və Türkiyə arasında barışıq istiqamətində istənilən addımı dəstəklədiyini bildirməsi də məhz bu mənada anlaşılandır. Eləcə də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhz ölkə rəhbərimizi, cənab Prezident İlahm Əliyevi, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı öz ölkəsində keçiriləcək sammitə, öz dediyi kimi, hələki şifahi formada dəvət etməsi özü də bir çox məqamlardan xəbər verir. Bütün bu sadalananlar ondan xəbər verir və onu göstərir ki, erməni cəmiyyətində də sülh barədə düşünənlər və ən azından sülh sınağı niyyətində olanlar var. Əgər hayların “ipinin üstünə yük yığmağın mümkün olmadığını” nəzərə alsaq, bütün bu sadalananların fonunda belə hadisələrin bundan sonra necə olacağını söləmək mümkün deyil. Amma ən azından, ermənilərin bu vaxta qədər sınaqdan keçirdikləri bütün niyyətlərin, xüsusın də işğalçılıq niyyətlərinin və düşmənçilik üstündə qurulan siyasətin onlara ancaq fəlakətlər və itgilər verdiyini nəzərə aldıqda, sülh sınağının haylar üçün ən doğru addım olduğunu düşünməkdə haqlıyıq...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri