Icma.az
close
up
RU
Almaniya sülh üçün dəstək göstərəcək TƏHLİL

Almaniya sülh üçün dəstək göstərəcək TƏHLİL

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Berlin Azərbaycanın Avropa İttifaqının Ermənistandakı missiyasının regiondan çıxarılması tələbinə qarşı çıxmayacaq


“Almaniya regionda özünəməxsus məsuliyyət götürmək və Cənubi Qafqazla əlaqədar Avropa siyasətini formalaşdıran əlavə dəyər yaratmaq niyyətindədir”


Aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Görüşlərdə Almaniya-Azərbaycan münasibətləri, iqtisadi əməkdaşlıq, Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Yaşıl enerji ilə bağlı əməkdaşlığa toxunulub. COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil edildiyi və həmin tədbir zamanı iqlim gündəliyi ilə bağlı mühüm nəticələrin əldə olunduğu vurğulanıb. Söhbət zamanı humanitar əlaqələrin inkişafına toxunulub. Alman icmasının uzun illər Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması və onlara dövlət səviyyəsində göstərilən yüksək diqqət qeyd edilib. 


Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Almaniya Xəzər regionunu Avropanın enerji təhlükəsizlik və iqtisadi maraqları üçün artan əhəmiyyətini daha çox dərk edir. Ekspertin fikrincə, Almaniya regionda özünəməxsus məsuliyyət götürmək və Cənubi Qafqazla əlaqədar Avropa siyasətini formalaşdıran əlavə dəyər yaratmaq niyyətindədir: 


"Bu, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın üzləşdiyi çağırışlara Berlinin verdiyi reaksiyadır və Almaniya regionda Azərbaycanla anlaşma olmadan problemlərin arta biləcəyindən ehtiyatlanır. Almaniya Cənubi Qafqazda özünü inamlı geosiyasi aktor kimi tanıtmaqdan ötrü mümkündür ki, Bakı-Ankara strateji müttəfiqliyinə dəstək versin. Regionda Almaniya ilə qurulacaq yeni əməkdaşlıq potensialı Berlin-Bakı-Ankara normativləri üzərindən qiymətləndirilə bilər. Lakin Almaniya bu istiqamətdə Fransanın ambisiyaları ilə üzləşə bilər. Hərçənd ki, istənilən halda Almaniyanın Azərbaycanla münasibətləri Fransa kartının neytrallaşdırılması baxımından qiymətli maneradır".


Analitik vurğulayıb ki, Almaniyanın Cənubi Qafqazda hərəkətdə olması Berlinin Azərbaycan-Ermənistan sülh gündəmindəki maraqlarını araşdırmağa zərurət yaradır: 

"Almaniyada Ermənistana dəstək mexanizmləri qalsa da, o, sülh müqaviləsi ilə bağlı perspektivləri Azərbaycanın strateji maraqlarının irəlilədilməsi fonunda mərkəzi səhnədə görünmək istəyir. Ehtimalla, Almaniya da Azərbaycanın ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qərarlarına dəstək göstərəcək. İkinci bir tərəfdən, Almaniya geoiqtisadi maraqlarını nəzərə alaraq Azərbaycanın Avropa İttifaqının Ermənistandakı missiyasının regiondan çıxarılması tələbinə qarşı çıxmayacaq. Bu, Avropa İttifaqının regionda təsirinin səmərəli və konstruktiv əsaslarla dərinləşməsi üçün Almaniyanın təqdim edəcəyi formul ola bilər". 


İqtisadçı Eldəniz Əmirov də "Sherg.az"a bildirib ki, son illərdə Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib: 


"Bu əlaqələr həm ticarət, həm də investisiya sahəsində müsbət tendensiyalar göstərir. Bir milyardın altında olan ticarət dövriyyəsi 2013-cü ildə 2,1 milyard dollar, 2014-cü ildə isə özünün tarixi rekordunu yeniləyərək 2,6 milyard dollara çatıb. Lakin 2017-ci il, pandemiya ilini istisna etmək şərti ilə, bu əlaqələrin ən aşağı səviyyəyə düşdüyü dövr olub. Həmin il ticarət dövriyyəsi yalnız 867 milyon dollar olub. Son zamanlarda isə göstəricilər müsbət inkişaf etməyə başlayıb. 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan ilə Almaniya arasında ticarət əməliyyatlarının həcmi 485 milyon dolları keçib. Bu isə 180 faiz, yəni əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artım deməkdir. Əsasən Azərbaycan, Almaniyaya 284,9 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Almaniya, Azərbaycanın ümumi ixracının 5,98 faizini təşkil edərək 5-ci ən böyük ticarət tərəfdaşı olub. Hesabat dövründə Almaniyadan Azərbaycana olan idxal 200,4 milyon dollar olub ki, bu da illik müqayisədə 76,3 fiz artım deməkdir. Bu statistika ölkələr arasında iqtisadi əlaqələrin güclənməsinin göstəricisidir. İnvestisiya sahəsində də nəzərəçarpan irəliləyişlər müşahidə olunub. Almaniyanın Azərbaycana qoyduğu birbaşa xarici investisiyalar 2024-cü ildə 75,3 milyon dollar olub və bu, əvvəlki illə müqayisədə 2,83 dəfə artıb. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri hər iki ölkəni iqtisadiyyatına, xüsusilə də ticarət və investisiya sahəsinə, eləcə bu əlaqələrin gələcək inkişafına təsir göstərə bilər. Çünki bu cür səfərlər ölkələr arasında ticarət mübadiləsinin artmasına, yeni investisiya layihələrinin həyata keçirilməsinə və biznes mühitinin daha da yaxşılaşdırılmasına təkan verir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Aprel 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri