Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Ermənilər üçün qorxunc sayılan QLOBAL TƏHLÜKƏ TƏHLİL

Ermənilər üçün qorxunc sayılan QLOBAL TƏHLÜKƏ TƏHLİL

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Dünyanın bir sıra qabaqçıl, inkişaf etmiş və nəhəng dövlətlərinin Azərbaycanı bütün müstəvilərdə müdafiə etməsi artıq hayları bərk narahat edir. Xüsusən də, Ağ Ev “sahibinin” dəyişməsindən, Trampın hakimiyyətə qayıtmasından sonra Azərbaycanla Amerikanın münasibətlərini daha da yaxşılaşdırmaq istiqamətində atdığı addımlar, İsrailin, Almaniyanın ölkəmizlə müsbət münasibətdə olması ermənilərin yuxularını ərşə çəkib. İndi artıq ermənilər düşünürlər ki, İsrail də, Amerika da Azərbaycanı hər mənada müdafiə edəcək və bundan sonra ABŞ kimi bir ölkəyə də ümidləri qalmayacaq. Daim Amerikaya güvənən haylar da belə bir vəziyyəti özləri üçün qlobal təhlükə hesab edirlər.

Haylar öz fəlakətlərini, qarşılaşdıqları qlobal təhlükəni bəlkə də özləri daha yaxşı görə bilirlər

Ermənilər artıq mövcud vəziyyəti, ölkəmizin nüfuzunun artmasını, dünya dövlətləri ilə Azərbaycanın münasibətlərinin günü-gündən daha da yaxşılaşmasını qlobal təhlükə hesab edirlər və buna görə də qorxu içərisindədirlər. Xüsusən də, rəsmi Bakı ilə dünya dövlətlərinin əlaqələrin artması erməniləri bərk narahat edir. Hazırda erməni cəmiyyətində bir rezonansın olduğunu müşahidə etməyimiz də məhz bu narahatlığın təzahürüdür. Çünki ermənilər yaxşı bilirlər ki, istənilən anda onlar meydanda tək qala bilərlər və qanunsuzluqlarının, cinayətkar əməllərinin “cavabını” vermək məcburiyyətində qalmaları bir reallıqdır. Haylar onu da bilirlər ki, törətdikləri əməllərə görə onlardan artıq bütün dünya “uzaq durmağa” çalışır və heç bir ölkə, heç bir xalq hayları yaxına belə buraxmaq istəmir. Bilirlər ki, bundan sonra onları nə şəkildə isə müdafiə edəcək “qüvvə” daha tapılmayacaq. Belə olan halın da onlar üçün hansı fəlakətlər demək olduğunu yəqin ki, özləri hamıdan qabaq düşünüblər və acınacaqlı vəziyyətlərini təsəvvürlərinə də gətirirlər. Bir sözlə, haylar qlobal miqyasda baş verənləri, dəyişiklikləri, bəzi tandemləri, ələlxüsus da dünya ölkələrinin Azərbaycana olan marağını, ölkəmizlə əlaqələrə dəyər verilməsini özləri üçün qlobal fəlakət hesab edirlər. İndi ən adi bir ermənini də bir sual narahat edir ki, görəsən, Netanyahu-Tramp tandemi Ermənistan üçün təhlükədirmi? Haylar içərisində bu tandemin olduğunu düşünənlər özləri qlobal təhlükə barədə, düşə biləcəkləri acınacaqlı vəziyyət haqda davamlı şəkildə proqnozlar verirlər və bəlkə də həqiqətən də belədir, onlar öz fəlakətlərini özləri daha yaxşı görə bilirlər...

Diqqətdən və dəstəkdən məhrum olduqlarına görə özləri sahibsiz görənlər bunu qlobal təhlükə hesab edirlər

Amerikanın İrana qarşı olan mövqeyi də hayları bərk qıcıqlandırıb. Xüsusən də ermənilər məhz 45 ildir ki, ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etdiyini və yenə də kəskin mövqedə olduğunu nəzərdə tutaraq narahatlıq keçirirlər. Amma çox maraqlıdır ki, görəsən, nəyə görə İrana qarşı olan sanksiyalara görə ermənilər narahat olmalıdırlar axı? Bunun ermənilərə nə aidiyyatı var ki, belə qorxu kompleksi keçirirlər və narahat bir duruma düşüblər? Sözsüz ki, bu sualı cavabı bəllidir. Bəlli olan odur ki, İran hər zaman Ermənistana dəstək vəd edib və ermənilərin də ümidləri ancaq məhz bu dəstəyə qalıb. İndi əgər İran Amerika ilə qarşı-qarşıya qalarsa, Ermənistan təbii ki, yada da düşməyəcək. Bax elə hayları narahat edən də budur. Ümumiyyətlə, haylar diqqətdən kənarda qalmaqdan, dəstəkdən məhrum olmaqdan qorxurlar. Hazırda dünyada müşahidə edilənlərin fonunda da bu dəstəkdən məhrum olduqlarının fərqindədirlər deyə, bu vəziyyəti özləri üçün qlobal təhlükə sayırlar. Yəni, diqqətdən və dəstəkdən məhrum olduqlarına görə özləri sahibsiz görən haylar bunu özləri üçün qlobal təhlükə hesab edirlər.

İranı Ermənistana “etibarlı qonşu” və eləcə də “sadiq dost” hesab edən hayların qeyd olunanlar fonunda amerikalılar barədə nə düşündükləri də maraqlıdır. Maraqlıdır, görəsən, indi haylar İrana qarşı olan Amerikanı özlərinə “dost” hesab edirlər, yoxsa “düşmən” sayırlar? Görəsən, aldıqları iyanələr, yardımlar müqabilində, qarşılığında ermənilər özlərinin Amerikanın qulu, nökəri hesab edir, yoxsa haqqında “etibarlı qonşu” və eləcə də “sadiq dosr” olduğunu bildirdikləri İranın dostu sayırlar? Hər halda, söhbət haylardan, erməni xislətindən gedirsə, bizə bu suala cavab vermək olduqca qəlizdir və buna elə onlar özləri cavab versələr yaxşıdır. Çünki haylar istənilən anda dost kimi də özlərini göstərə bilirlər, düşmən kimi də. Amma indi görünən odur ki, onlar hazırda nə dost, nə də düşmən kimi görünmürlər, ancaq qorxaqlara bənzəyirlər və onlar üçün də qorxuya çevrilən qlobal təhlükə hesab olunur. Sahibsiz, dəstəksiz qaldıqlarını, Azərbaycanın isə daim diqqət mərkəzində olduğunu, bütün dövlətlərin ölkəmizə marağını görmələri belə onlar üçün qlobal təhlükə sayılır.

Azərbaycanın dünya ölkələri ilə münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi haylar tərəfindən həzm edilmir və qlobal təhlükə sayılır

Azərbaycanla İsrailin ilk növbədə hərbi-texniki sahədə ən yaxın münasibətlərə malik olmasını ermənilər “həzm edə” bilmirlər. Xüsusən də münasibətlərin getdikcə daha da yaxşılaşması hayların kürkünə birə salıb. Məhz İsrail kimi bir ölkənin Azərbaycanla münasibətlərdə maraqlı olması Ermənistanda bərk qıcıq doğurur və bu münasibətlərin davamlı xarakter almasından hayların çox narahat olduqları da hər zaman özünü biruzə verir. Haylar hətta iddia edirlər ki, İsrail məhz Türkiyəyə olan münasibətindən də üstün şəkildə Azərbaycana yanaşır və bir növ bundan lap narahat olurlar. Çünki İsrailin məhz Azərbaycanı hər mənada, xüsusən də Trampın gözündə müdafiə edəcəyini düşünəndə lap böyük sıxıntı keçirirlər və əslində, elə bunu özləri üçün qlobal təhlükə sayırlar.

Əslində, qorxunun onları qətiyyən rahat buraxmayacağı elə indidən bəllidir, çünki hələ bundan sonra lap yuxularını da qarışdırmalı olacaqlar. Bilirlər ki, Azərbaycanın təkcə İsraillə deyil, dünyanın bir çox ölkələri ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir və dünya ölkələrinin əksəriyyəti ölkəmizlə, bizimlə yaxın münasibətdə, əməkdaşlıq və tərəfdaşlıq münasibətində belə olmağa böyük maraq göstərirlər.

Senatda və Konqresdə Ermənistanın çoxlu sayda “dostları” varsa da, yenə də erməni cəmiyyəti “rahat” ola bilmir. Ona görə rahat ola bilmir ki, onlar öz “dostlarının” məhz Azərbaycanın iradəsinə təsir edə bilmədiklərinin əyani şahidi olublar və yenə də bunu müşahidə etməkdədirlər. Təkcə ABŞ kimi bir ölkədə yox, lap elə Fransadakı “dostlarının” da rəsmi Bakıya qarşı heç bir şəkildə təzyiq və təhdid imkankarının olmadığını da, ölkəmizlə artıq münasibətləri yaxşılaşdırmaq cəhdlərini görürlər. Görürlər ki, Azərbaycanın öz haqlı mübarizəsinin, ədalətli mövqeyi, eləcə də dövlətimizin dəyişməz strategiyası və dövlət başçımızın siyasi iradəsi, qətiyyəti fonunda hayların “dosları” belə indi onlara məhəl qoymadan Azərbaycana maraq göstərir və ölkəmizlə əlaqələrə üstünlük verirlər. Ən böyük qlobal təhlükə də məhz bunu hesab edirlər ki, bununla da qarşılaşdıqlarına görə başlarını belə itiriblər. Bir sözlə, Azərbaycanın bütün dünya ölkələri üçün daha maraqlı dövlət olduğunu görmək belə haylar üçün ən böyük qlobal təhlükə sayılır. Yəqin ki, özlərini rəqib hesab etdikləri təqdirdə belə bir qlobal təhlükə ilə qarşılaşdıqları qənaətində ola bilsin haqlıdırlar da. Görünür, belə bir qlobal təhlükəni elə əvvəldən də gözləyirlərmiş...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see431

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see399

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see382

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see341

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see277

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see201

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see201

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see191

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see188

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see186

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see183

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see179

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see170

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see167

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri