Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Flik “Barselona”dan ayrıla bilər

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

Azərbaycan futbolunun əfsanəsi

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Haylar uyğunlaşma problemindən əziyyət çəkiblər

Haylar uyğunlaşma problemindən əziyyət çəkiblər

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nikol Paşinyan Ermənistanı fəlakətə aparmış separatçılara “əlvida!” deməyi bacaracaqmı?

Bu, həmin Paşinyan deyilmi? İndi Ermənistan baş nazirinin xeyirinə deyilən və yazılan sözə qarşı sadə azərbaycanlı bu məntiqi sualı qoya bilər. Həm də tam haqlı olaraq. Bugünlərdə Nikol Paşinyan sosial şəbəkələrdə Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbulunun 35-ci ildönümünə həsr olunan məqaləsində mühüm mesajlar verib, ölkənin siyasi gündəminin cari prioritetlərini müəyyən edən tezislər səsləndirib.

“Ermənistan ilk dəfə olaraq beynəlxalq hadisələrə uyğunlaşmağa başlayıb. Ən böyük problemlərimizdən biri o olub ki, ölkəmizin yaşadığı nəzəriyyələr adətən elita tərəfindən formalaşdırılıb və ictimaiyyətə öyrədilib. İndi bunun əksinin baş verdiyi dövrdə yaşayırıq: nəzəriyyələr xalqın şüurunda mayalanır, sonra xalqın nümayəndələri onları formalaşdırır və həyata keçirirlər. Bu prosesin təbiətini tam şəkildə qoruyub saxlamağımız çox vacibdir”. Bunun ardınca N.Paşinyan Ermənistanın uzun illər müasir dünyanın şərtlərinə uyğun gəlməyən siyasət yürütdüyünü dilə gətirib: “Tariximiz boyu yaşadığımız bütün fəlakətlərin xüsusiyyətlərini öyrənərkən belə qənaətə gəldik ki, biz, bir qayda olaraq, heç vaxt tariximizin tempini beynəlxalq proseslərin tempi ilə eyniləşdirə bilməmişik. Vaşinqtonda baş verənlər (Azərbaycan–Ermənistan razılaşması -red.) ona dəlalət edir ki, artıq Ermənistanın xarici siyasət taktikası müəyyən beynəlxalq proseslərə uyğunlaşıb. Bu isə son dərəcə vacib məsələdir. Beynəlxalq hadisələrə uyğunlaşmaq baxımından, bəlkə də son bir neçə əsr ərzində ilk real imkanımızdır. Bu, bizim üçün son dərəcə mühüm mərhələdir”.

***

Baş nazirin məqaləsində keçmişə “səyahəti” xüsusi maraq doğurur. O, Ermənistan SSR Ali Sovetinin 1990-cı il avqustun 23-də qəbul etdiyi İstiqlal Bəyannaməsi, SSRİ-nin utopik ideologiyası və 2020-ci ilin payızında baş verən 44 günlük müharibənin səbəbləri ilə bağlı fikirlərini açıqlayıb və sonra diqqəti “Qarabağ hərəkatı”nın davam etdirilməsinin yolverilməzliyinə yönəldib. Paşinyan yazır ki, Müstəqillik Bəyannaməsi qəbul olunduğu dövrdə o sənəd Ermənistanda fəaliyyət göstərən siyasi və intellektual elitanın əhval-ruhiyyəsini əks etdirir və son nəticədə müstəqil Ermənistan Respublikasının yaranmasına təsir edən zirvəyə çatmış “Qarabağ hərəkatı”nın möhürünü daşıyır. Onun siyasi improvizəsi bununla məhdudlaşmır. Yazır: “Bəyannamənin əsas ideoloji müddəaları bir-birinə zidd idi və Sovet İttifaqının 1950-ci illərdən, “dəmir pərdə”nin qurulması və “soyuq müharibə”nin başlanğıcı şəraitində bizə tədricən, amma ardıcıl olaraq aşıladığı “kollektiv vətənpərvərlik modeli”ni əks etdirirdi”. Bu model, eyni zamanda, İkinci Dünya müharibəsində qalib gələn və Şimali Atlantika Alyansı ilə münaqişəyə girmiş SSRİ-nin ambisiyalarının cənub-qərb istiqamətini əks etdirirdi. Paşinyanın qənaətincə, onilliklər boyu tətbiq edilən ideologiya “Qarabağ hərəkatı”na gətirib çıxarıb, Ermənistanın real müstəqilliyinə maneəyə çevrilib: “Qarabağ hərəkatı”nın davam etdirilməsi qəbuledilməzdir, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin məhvi demək olardı”. Əslində, Ermənistanın baş naziri bu yaxınlarda hökumətin iclasından sonra mediaya səsləndirdiyi tezisini daha da gücləndirib: “Qarabağ hərəkatı”ndan əl çəkmədən sülh nəzəri və praktik olaraq mümkün deyil”.

Bu məqamda mövzudan bir qədər kənara çəkilməyimizə ehtiyac var. 1988-ci ildən başlanan Qarabağ separatizminin yaradıcılarının erməni faşizminin tərəfdarları Zori Balayan, Silva Kaputikyan, İqor Muradyan və Levon Ter-Petrosyan olduğunu xatırlamalıyıq. Sonralar Robert Koçaryan, Serj Sarkisyan, Vazgen Sarkisyan, həmçinin ASALA terror təşkilatının üzvü Monte Melkonyan bu prosesə qoşularaq dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı qanlı əməllər törətdilər. Məgər bunları unutmaq olar? Avqustun 8-də Vaşinqtonda sülh sazişinin razılaşdırılmış mətninin paraflanması ilə təsdiqlənən yekun proses gündəmə gələndən erməni cəmiyyətində revanşist əhval-ruhiyyənin qızışdırılması üçün böyük səylər göstərənlər var. Məhz bunu nəzərə alaraq, Paşinyanın “Qarabağ hərəkatı”nın davam etdirilməsinin yolverilməzliyi ilə bağlı qətiyyətli bəyanatı Azərbaycanla növbəti hərbi qarşıdurmanın bütün tərəfdarlarına sərt mesaj kimi qiymətləndirilməlidir.

Digər tərəfdən, bu, həm də beynəlxalq ictimaiyyətə bir mesajdır ki, Qarabağı Azərbaycanın qanuni ərazisi hesab edən, “real Ermənistan” konsepsiyasının müəllifinin əsas məqsədi iki ölkə arasında və bütövlükdə regionda yekun sülhün bərqərar olması kursunu qətiyyətlə davam etdirməkdir. Açıq deməliyik ki, Paşinyanın bu səyləri regional oyunçularla mehriban qonşuluq münasibətlərinin qurulmasına yönəlib və bu, İrəvanın siyasətinin prioritet istiqamətlərindən biridir. Baş nazir bayram paylaşımında bu məqama da toxunub: “Biz Ermənistanın müstəqilliyini qoruyub saxlamaq və onu reallığa çevirmək üçün strategiya qəbul etmişik və bu strategiyanın ifadəsi “real Ermənistan” ideologiyasıdır. Onun altında Ermənistan və Azərbaycan arasında sülh mümkün olacaq, onun əsasında Türkiyə ilə real dialoq mümkün olacaq”.

Baş nazir İkinci Qarabağ müharibəsi mövzusuna qayıdaraq belə bir sual verir: “44 günlük müharibədən qaçmaq üçün nəzəri imkan olduğu halda 2020-ci ilin sentyabrında Ermənistan və şəxsən mən niyə güzəştə getmədik?”. Onun sözlərinə görə, bunun əsas səbəbi bu güzəştlər nəticəsində təhdid və asılılıqların qeyri-mütənasib şəkildə artacağı və bunun da ölkənin müstəqilliyini və dövlətçiliyini itirməsinə gətirib çıxaracağı idi. Nə demək olar, burada o, həqiqətən haqlıdır. Paşinyanın sələfləri Ermənistanı İrəvanın “miatsum” ideologiyasından uzaqlaşmasına imkan verməyən xarici oyunçuların əsarətində qoymuşdular.

44 günlük müddətdə sarsıdıcı məğlubiyyətə düçar olmasına baxmayaraq, Paşinyan nəinki hakimiyyətdə qalmağa, Ermənistanı ardıcıl olaraq Vaşinqton razılaşmalarına aparmağa, hətta separatçı “çete”, erməni kilsəsi ilə sərt qarşıdurmaya girməyə müvəffəq oldu.

Sonda bizə onu demək qalır ki, hayların baş naziri məqsədyönlü şəkildə kütlənin beyninə yeritdiyi “real Ermənistan”a uyğun olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla, onun, guya, Ermənistana məxsusluğu ilə bağlı stereotipi tamamilə qırdı.

Nikol Paşinyanın son paylaşımı Azərbaycan və Ermənistan arasında sülhün həmişəkindən daha yaxın olduğuna dair birmənalı siqnaldır. Onun Hayastan üçün dinc və firəvan həyatın başlanması ilə bağlı pozitiv sözlərini isə Bakının sülh gündəliyinə və Vaşinqton sazişlərinə sadiqlik nümayişi kimi qəbul etmək istərdik.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Bu həmin Paşinyandır ki, vaxtilə Şuşada “Artsax” parlamentinin binasını tikməyə hazırlaşır, Cıdır düzündə içkili vəziyyətdə rəqs edə-edə “Qarabağ Ermənistandır və nöqtə!” deyə bəyan edirdi. Onu da unutmamışıq ki, o, həm də 44 günlük müharibənin gedişində Qarabağdakı separatçı rejimi durmadan müdafiə edən Ermənistan hökumətinin başçısıdır. Doğrudur, indiki məqamda Paşinyanın reallığa və şəraitə uyğun sağlam, praqmatik bəyanatlar verməsi bizi müəyyən mənada qane edir. Digər vacib məqam Vaşinqtonda sülhlə bağlı konkret sənədlərin imzalanması və paraflanmasıdır. Bakı bundan sonra rəsmi İrəvandan növbəti, real və konkret addımlar atacağını gözləyir. Mənə elə gəlir ki, hazırda yaranmış vəziyyət bizi qane edə bilər. Bunun üzərinə Nikol Paşinyanın normal, məntiqi bəyanatlarını da gəlsək, hər şeyin öz axarı ilə getdiyi təəssüratı yaranır.

İntəhası, sabah, ya birisigün, yaxud yaxın gələcəkdə Ermənistan daxilində nələrin baş verəcəyini indidən deyə bilmərik. Hansı qüvvələrin baş nazirə ciddi müqavimət və təsir göstərəcəyini, onların Paşinyanı devirməyə qadir olub-olmayacaqlarını proqnozlaşdırmaq çətindir. Bəs, xarici qüvvələrin Ermənistanın daxili siyasətinə müdaxiləsi nə dərəcədə realdır? Onlar daxili müxalifəti dəstəkləyə bilərmi? Əlbəttə ki, bunlar Azərbaycan üçün ciddi əhəmiyyət kəsb edən, bizi maraqlandıran və narahat edən suallardır. Sülh sazişi imzalanana qədər bütün açıqlama və bəyanatlar ritorik və heç bir faydası olmayan ifadələrdir. Elə əsas reallıq da bundan ibarətdir.

Tofiq ABBASOV,
siyasi icmalçı

– Bəli, Ermənistan baş nazirinin bu açıqlamasında həqiqət payı var. Hələ SSRİ dağılana qədər Dağlıq Qarabağda millətçilik dalğası qalxmış, hətta orada azərbaycanlıları şərləyir, haqqını tapdayır, etnik ayrı-seçkiliyə məruz qoyurdular. İndi biz gərək Paşinyanın dediklərini diqdətlə dinləyək və paralellər aparaq. Faktiki olaraq, o, sözün düzünü deyir. Şübhə yoxdur ki, balayanlar, kaputikyanlar, igityanlar sovetlər dövründə fəaliyyət göstərən müxtəlif yaradıcılıq ittifaqlarının rəhbərləri idilər. Onların millətçilik aksiyalarında ön cərgədə getmələri təsadüf deyildi. Qarabağın Azərbaycandan qoparıb Ermənistana verilməsini ən ucadan bağıran məhz onlar idilər. MKİ-nin sovet hökumətini milli evlərə parçalamaq planı baş tutdu. Elə ilk qığılcım da Qarabağda alışdırıldı. Ardınca torpaqlarımızın işğalı başlandı. Hələ 1998-ci ildə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Azərbaycanla danışığa getməyin vacibliyini anlayır, sülh üçün ortaq məxrəc axtarırdı. O, millətçilik dalğasının acı aqibətini görürdü.

Birmənalı şəkildə deyə bilərəm ki, əgər üçüncü qüvvənin köməyi olmasaydı ermənilər heç vaxt Qarabağı ala bilməyəcəkdilər. 366-cı motoatıcı alay, Pskov desant qüvvələrinin birləşmələri döyüşlərə cəlb olunmasaydılar, cəbhədə fərqli vəziyyət yaranardı. Bu mənada Levon Ter-Petrosyan anlayırdı ki, onlar müharibəni deyil, döyüşü udublar. Amma Koçaryan və Sarkisyan kimi “Qarabağ quzğunları” sülh dalğasını əllərinə alıb bütün erməni xalqını aldatdılar. Bununla da erməni dövləti və xalqı üçün uçuruma gedən yolu müəyyən etdilər. Axırını da gördük.

Bəli, ermənilər “Qarabağ kartı”nın girovuna çevrildilər. Artıq Paşinyan bunu anlayıb və bu gün deyir ki, Ermənistanı inteqrasiyadan, transmilli nəqliyyat marşrutlarından məhrum edən məhz qondarma Qarabağ məsələsi olub. Yəni, özlərini strateji təkliyə məhkum etdilər. Nikol Paşinyan başa düşdü ki, bu yolun sonu yoxdur. Bu mövqeyinə görə, başladığı inqilabı başa çatdırması üçün ona dəstək verməliyik.

İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see486

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see298

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see294

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see288

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see238

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see235

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see229

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see226

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see222

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see218

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see211

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see204

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see191

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see184

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see181

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see177

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see168

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see161

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see160

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri