Icma.az
close
up
RU
Hazır kadr var, amma sistem onları ölkəyə buraxmır Deptatdan ETİRAZ

Hazır kadr var, amma sistem onları ölkəyə buraxmır Deptatdan ETİRAZ

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"MDB ölkələrində tibb təhsili və klinik ixtisaslaşma almış Azərbaycan həkimlərinin müraciətlərini dəfələrlə qaldırdım və bu, günədən-günə artmaqdadır. Söhbət bir mühüm problemdən,- xaricdə,  xüsusilə də MDB məkanında alınmış klinik ixtisasların ölkəmizdə tanınması mexanizmasına faktiki olaraq həyata keçirilməsi ilə əlaqədar problemlərdən gedir. Yeni rezidentura proqramının tətbiqindən sonra bir qrup həkimlərin Azərbaycanda fəaliyyətə başlaması həddindən çox çətinləşib və bəzən bu, tam qeyri-mümkün vəziyyətə düşüb".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirdi.

"İlkin baxışda əlbəttə ki, bu mövzu texniki məsələ kimi görünə bilər. Lakin əslində burada həm insan hüquqları, həm ölkəmizin səhiyyə ehtiyacları, həm də bəzi beynəlxalq səviyyədə hüquqi öhdəliklər məsələsi var. Həmin həkimlərin bir çoxu bizim vətəndaşlarımızdır və yaxud başqa ölkənin - MDB ölkələrinin vətəndaşları olmaqla birlikdə əslən azərbaycanlıdırlar. Azərbaycan dilini bilirlər, ölkələrində xidmət göstərmək istəyirlər. Onların böyük bir hissəsi yüksək səviyyəli klinikalarda təhsil alıb işləyib və bu gün də sadəcə öz peşələrini vətənlərində, yəni Azərbaycanda icra etmək istəyirlər.

Bu gün Avropanın bir çox ölkələri, dünyanın müxtəlif yerlərində təhsil almış həkimləri, eləcə də azərbaycanlı həkimləri sadəcə test imtahan təcrübə və akkreditasiya və adaptasiya mərhələlərindən keçirərək öz sistemlərinə daxil edirlər. Hansı ki, təhsil sistemləri arasında çox böyük fərqlər var həmin ölkələrin. Heç bir ölkə belə resursu geri çevirmir. Yəni bu gün əslində qarşımıza çıxan bu fürsət, xüsusilə kadr çatışmayan sahələrdə bu modeldən aktiv istifadə olunması vacib bir məsələdir. Bizim real vəziyyətimiz budur ki, ölkədə, xüsusilə regionlarda ixtisaslı kadr çatışmazlığı mövcuddur. Biz həkim ehtiyatı axtarırıq, amma hazır, yetişmiş və dil baryeri olmayan bir resursdan da istifadə edə bilmirik. Halbuki bu həkimlər imtahan verməyə, adaptasiya keçməyə, hətta regionlarda çalışmağa belə tam hazır olduqlarını bildirirlər", - deyə deputat vurğuladı.

Rəşad Mahmudov hesab edir ki, bu məsələ nə siyasi, nə də emosional bir məsələ deyil:

"Tamamilə texniki, şəffaf və idarə olunan bir mexanizmlə həll edilə biləcək bir problemdir. Və bu mexanizmin yaradılması həm ölkəmizin insan kapitalına, həm də səhiyyə sisteminin real ehtiyaclarına xidmət edəcək".

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri