Praqada “Qalib və suveren ölkənin uşaqları” adlı festival keçirilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi çərçivəsində Çexiyanın paytaxtı Praqada “Qalib və suveren ölkənin uşaqları” adlı İkinci Beynəlxalq Uşaq Festivalı keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Praqada fəaliyyət göstərən “Land of Fire” Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan festivalın məqsədi müxtəlif millətlərdən olan uşaqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, onların ölkəmizin haqlı mübarizəsi, qazandığımız Zəfər və suverenliyimizin bərpası haqqında məlumatlandırılması olub.
XQ xəbər verir ki, festivala Azərbaycan, Türkiyə, Çexiya, Ukrayna, İtaliya, İrlandiya, Rusiya, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən qatılan 4-12 yaş arası 100-dən artıq uşaq müxtəlif qruplara bölünərək yaradıcı və əyləncəli yarışlarda bacarıqlarını nümayiş etdiriblər.
Tədbirdə Çexiyada yaşayan soydaşlarımız, Azərbaycanın, Türkiyənin və Qazaxıstanın səfirliklərinin əməkdaşları, BMT-nin Uşaq Fondunun (UNICEF) Praqa üzrə nümayəndəliyi, Çexiyanın Uşaqlarla İş üzrə Nazirliyinin təmsilçiləri, eləcə də Qırğız diasporunun üzvləri iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 20 Oktyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















