Hazırda bu yollarda TIXAC var
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
4. Babək prospekti, mərkəz istiqamətində;
5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.


