Icma.az
close
up
RU
Hazırda klubsuz olan ulduz futbolçular kimlərdir?

Hazırda klubsuz olan ulduz futbolçular kimlərdir?

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropanın əsas liqalarında 2026-cı ilin yay transfer pəncərəsi bağlanıb, lakin bir sıra məşhur futbolçular hələ də özlərinə yeni klub tapa bilməyiblər.  Ancaq sərbəst agent statusunda olan oyunçular bəzi qaydalar çərçivəsində komandalara qoşula bilərlər.

Fanat.Az ən diqqətçəkən klubsuz futbolçuların siyahısını təqdim edir:

Ceydon Sanço - 26 yaşlı ingiltərəli vingerin “Mançester Yunayted”lə müqaviləsi başa çatıb. Hal-hazırda azad agent statusundadır, lakin onun keçmiş klubu “Borussiya Dortmund” mümkün namizədlər arasındadır.

Kərim Benzema - Fransalı hücumçu “Əl-Hilal”la müqaviləsini qarşılıqlı razılaşma əsasında bitirib və boşda olan oyunçunun karyerasını başa vurmaq ehtimalı da müzakirə olunur.

Pol Poqba - 33 yaşlı fransalı yarımmüdafiəçi “Monako” ilə yollarını ayırıb. Buna səbəb isə tez-tez zədələnməsidir. Bu hadisələr onun karyerasına ciddi təsir edib.

Riyad Mahrez - Əlcəzairli vinger “Əl-Əhli”dən ayrıldıqdan sonra azad agent statusundadır və ona Avropadan maraq olduğu bildirilir.

Daniel Karvaxal - Son klubu "Real Madrid"dir. 34 yaşlı sağ cinah müdafiəçisi altı Çempionlar Liqası kuboku qazanmışdır. Təcrübəli futbolçunun gələcəyi hələ məlum deyil.

David Alaba - “Kral klubu”ndan ayrılan digər bir ulduz Alabadır. O, İspaniya təmsilçisinin heyətində çox vaxt əsas heyətdə çıxış etmirdi. 34 yaşlı avstriyalı müdafiəçi yeni klub axtarır.

Rahim Sterlinq - İngiltərəli vinger “Çelsi”dən ayrıldıqdan sonra “Feyenoord”da da qısa müddət oynayıb və hazırda azad agentdir.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://fanat.az
archiveBu xəbər 02 Sentyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri