Icma.az
close
up
RU
Hazırda pulu hara yatırmaq sərfəlidir? Açıqlama

Hazırda pulu hara yatırmaq sərfəlidir? Açıqlama

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırda qlobal miqyasda geosiyasi gərginliklərin artması, müharibə ocaqlarının genişlənməsi, enerji bazarlarında dalğalanmalar və aparıcı ölkələrdə pul-kredit siyasətinin tez-tez dəyişməsi maliyyə sabitliyi ilə bağlı qeyri-müəyyənliyi daha da dərinləşdirib. Xüsusilə 2026-cı ilə doğru qlobal iqtisadi risklərin fonunda inflyasiya təzyiqləri, dollar və avronun gələcək taleyi, eləcə də manatın məzənnə sabitliyi ilə bağlı gözləntilər əmanət strategiyasını daha da aktuallaşdırır. Pulunu qorumaq və mümkün risklərdən sığortalanmaq istəyənlər üçün düzgün valyuta seçimi artıq təkcə faiz gəliri məsələsi deyil, həm də maliyyə təhlükəsizliyi və uzunmüddətli planlama deməkdir.

Bəs 2026-cı ildə hansı valyutada əmanət daha etibarlı və məqsədəuyğun olacaq?

Mövzu ilə bağlı iqtisadçı Murad Cəlalov Moderator.az-a bildirib ki, qlobal maliyyə bazarlarında çalxalanmalar baş verirsə, stabillik yoxdursa, vəsaitin qorunmasında əsas prioritet qızıl kimi etibarlı aktivlərdə saxlanılmasıdır. Onun sözlərinə görə, kiçik dalğalanmalar 3–5 ildən bir, böyük dalğalanmalar isə 7–15 ildən bir baş verir: 

“Valyutalarda vəsait saxlamaq risklidir. Yalnız manat və ya avro deyil, digər valyutalarda da, ticarət əməliyyatları aparılırsa, əməliyyatlar həmin ölkənin valyutasında aparılmalıdır. Bu zaman spot rate – yəni indiki məzənnə ilə əməliyyatlar həyata keçirilməlidir. Spot əməliyyatlarda valyutada uduzma riski yoxdur, çünki dəyişiklik həmin gün üçün fiks edilir. Uzunmüddətli valyuta əməliyyatlarında, məsələn, bir ay, üç ay, beş və ya yeddi ay davam edən müqavilələrdə forward rate tətbiq olunur. Belə əməliyyatlarda məsələn, alış-verişin bir hissəsi indiki məzənnə ilə (10%) həyata keçirilir, qalan hissəsi isə 5–7 ay sonra. Bu zaman indiki məzənnə ilə sonrakı məzənnə arasında böyük fərqlər yarana bilər. Əgər şirkət qazansa yaxşıdır, amma uduzsa, counterparty risk – yəni qarşı tərəf riski ortaya çıxır: iki tərəfdən biri uduzursa, digəri də ziyan çəkir. Buna görə valyutalar bu tip əməliyyatlarda diqqətlə və stabil şəkildə fiks edilməlidir”.

İqtisadçı vurğulayıb ki, banklarda və şəxsi yığımlarda ən etibarlı aktiv qızıldır:

“Stabil dövr başladıqda isə investorlar kriptovalyutalara, səhmlərə yönələ bilərlər, çünki bazarda dalğalanma azalır və qiymətlər yüksəlir. Qızıl isə bu dövrdə yalnız cüzi dəyişikliklər göstərir. Bu, iqtisadi təcrübədə müşahidə olunan normal tendensiyadır, yalnız fors-major halları istisna təşkil edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Dekabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri