Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

“20 il hərbi xidmətdə olmuşam, ancaq hazırda kirayədə qalıram” Açıqlama

“20 il hərbi xidmətdə olmuşam, ancaq hazırda kirayədə qalıram” Açıqlama

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Valideynlərim mənzillə təmin olunduqları halda, mən və ailəm yaşayış sahəsi ilə təmin olunmamışıq. Hazırda daimi yaşayış yerimin olmaması ailəmin sosial və məişət vəziyyətinə ciddi çətinliklər yaradır. Təxminən, 20 il hərbi xidmətdə olmuşam, ancaq hazırda kirayədə qalıram”.

Bu şikayətlə “Qafqazinfo”ya Ağdam rayonundan məcburi köçkün olan, uzun illər Azərbaycan Ordusunda zabit kimi xidmət etmiş Elxan Quliyev müraciət edib.

Vətəndaş bildirib ki, məcburi köçkünlərə mənzil verilməsi barədə bağlanmış müqavilədə valideynlərinin adı qeyd olunsa da, onun və ailəsinin adı qeyd olunmayıb: “1983-cü ildə Ağdam rayonunun Qarapirimli kəndində anadan olmuşam. Ağdam rayonunun işğalı ilə əlaqədar 1993-cü ildən Mingəçevir şəhərində məcburi köçkün kimi məskunlaşmışam. Həmin müddətdə valideynlərimlə eyni təsərrüfatda və eyni qeydiyyatda olmuşam. 2015-ci ildə valideynlərim Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarından mənzillə təmin ediliblər. Lakin valideynlərimə mənzil verilməsi ilə bağlı bağlanmış müqavilədə mənim və ailə üzvlərimin adları qeyd olunmayıb”.

Şikayətçinin sözlərinə görə, o, 2022-ci ildə hərbi xidmətdən ehtiyata buraxıldıqdan bu günədək ailəsi ilə birlikdə müxtəlif kirayə mənzillərdə yaşamaq məcburiyyətində qalıb: “Məqsədim hər hansı imtiyaz tələb etmək deyil. Məqsədim ailəmlə birlikdə normal və daimi şəraitimin olmasıdır. Doğma Ağdam rayonunun Qarapirimli kəndindən məcburi köçkün düşmüş bir vətəndaş kimi ən böyük arzum doğma torpaqlarımıza qayıtmaq və ailəmlə birlikdə öz evimizdə yaşamaqdır”.

Vətəndaşın iddiasına görə, o, məsələ ilə bağlı dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi müraciətlər edərək işğaldan azad olunmuş rayon və şəhərlərdə onun və ailəsinin daimi yaşayış sahəsi ilə təmin olunmasına köməklik göstərilməsini xahiş edib:  “Müraciətlərimə bu günədək məni qane edən, məsələnin mahiyyətini tam izah edən və yaşayış sahəsi ilə təmin olunmağımın perspektivini müəyyən edən əsaslandırılmış cavab verilməyib”.

E.Quliyev, həmçinin iddia edib ki, Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarından müvəqqəti istifadə üçün mənzil verilməsi barədə də müraciət edib, lakin bununla bağlı faktiki olaraq nəticə əldə edilməyib: “Dövlət Komitəsinə dəfələrlə şəxsən müraciət etmişəm. Həmçinin vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün qəbul şöbəsində yerləşdirilmiş ərizə və şikayətlər qutusuna yazılı müraciətlər təqdim etmişəm. Buna baxmayaraq, məsələnin həlli və ya konkret əsaslandırılmış cavabın təqdim olunması təmin edilməyib”.

Problemlə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirilib ki, Quliyev Elxan Abbas oğlunun müraciəti Dövlət Komitəsi tərəfindən araşdırılıb: “Sözügedən şəxs ayrı ailə təsərrüfatı olduğundan atası Quliyev Abbas Şükür oğlu ilə birlikdə köçürülməyib. Quliyev Abbas, digər oğlu Quliyev Aqil Abbas oğlu və onun ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yerləşən 594 ailəlik qəsəbədə ailə tərkibinə uyğun olaraq 4 otaqlı mənzillə təmin olunublar. Abbas Quliyev vəfat etdikdən sonra həmin mənzildə digər ailə üzvləri yaşadığından, Elxan Quliyevin və onun ailə üzvlərinin sözügedən mənzilə köçürülməsi və müvəqqəti qeydiyyata alınması mümkün deyil.

Onu da qeyd edirik ki, hazırda Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahəsi yoxdur. Məcburi köçkünlər üçün mənzillər yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur. İşğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq qrafikinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilən köçürülmə zamanı Elxan Quliyevin və onun ailə üzvlərinin mənzillə təminat məsələsinə qanunvericiliyə uyğun qaydada baxılacaq”.

Fatimə Şahverdiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Avqust 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri