Icma.az
close
up
RU
Hazırda təxminən 380 min KOB un bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir

Hazırda təxminən 380 min KOB un bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mastercard" Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədini dərc edib.

"Mastercard"ın yaydığı məlumatda bildirilir ki, bu müfəssəl araşdırma rəqəmsal ödənişlərin iqtisadi artımın sürətləndirilməsi, şəffaflığın artırılması və ölkədə maliyyə inklüzivliyinin gücləndirməsindəki rolu  barədə danışır.

Araşdırma Azərbaycanın rəqəmsal iqtisadiyyatının on il ərzindəki tərəqqisini nəzərdən keçirir. Bu sənəddə transformasiyanın növbəti mərhələsi, xüsusilə də rəqəmsallaşma vasitəsilə kiçik və orta bizesin (KOB) gücləndirilməsi önə çəkilir. Araşdırma çoxqatlı tədqiqat metodologiyasına əsaslanır. Belə ki, araşdırma çərçivəsində 810 KOB və 600 istehlakçının iştirak etdiyi iki ölkəmiqyaslı sorğu, tərəfdaşlarla 18 müsahibə, altı fokus qrupu, gizli müştəri təlimləri və 40 ölkədə 60-dan çox təşəbbüsün qlobal müqayisəli təhlili təşkil olunub. Sənəd maliyyə sektorunda rəqəmsal transformasiya üçün təkamülü, mövcud vəziyyəti və gələcək yol xəritəsini özündə cəmləyir. Maliyyə sektoru üzrə siyasət çərçivəsini müəyyən edən tərəflər, maliyyə institutları, KOB və sənayedə fəaliyyət göstərən tərəfdaşlara xitab edən yeni məlumatlar dövlət-özəl əməkdaşlığının milli iqtisadiyyatda yeni səmərəlilik, dayanıqlılıq və rəqabət səviyyələrinin müəyyən olunmasını vurğulayır.

Azərbaycanda rəqəmsal ödənişlərin sürətli inkişafı

Rəqəmsal ödənişlər səmərəli, təhlükəsiz və şəffaf maliyyə əməliyyatlarına imkan yaratmaqla müasir iqtisadiyyatlar üçün mühüm əhəmiyyət kəsb edir. Mastercard və AMB tərəfindən 2017-2023-cü illəri əhatə edən “Nağdsız Azərbaycan” təşəbbüsü  ölkədə rəqəmsal əməliyyatların inkişafına əhəmiyyətli töhfə vermişdir. Müvafiq dövr ərzində kart əməliyyatlarının ümumi dəyəri altı dəfə artıb, nağdlaşdırmanın payı isə 87%-dən 43%-ə1 düşüb. Bu tendensiyalar hökumətin fəaliyyəti nəticəsində nağdız ödənişlərə qarşı münasibətdə köklü dəyişiklik, innovativ texnologiyaların tətbiqi və rəqəmsal infrastrukturun genişlənməsini əks etdirir.

KOB-lar rəqəmsal transformasiyanın mərkəzində

Bu tendensiyanın davamı kimi, Mastercard və AMB-nin araşdırması KOB-ları  Azərbaycanın rəqəmsal iqtisadiyyatının növbəti inkişaf mərhələsinin təkanverici qüvvəsi olaraq vurğulayır. Hazırda təxminən 380.000 KOB-un əlavə dəyərə 17 milyard manatdan çox töhfəsi olsa da, bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir. Rəqəmsal alətlərə və ödəniş həllərinin əlçatanlığının təmin olunması KOB-ların yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə  və iqtisadi əlaqələrinin dərinləşdirilməsinə kömək edə bilər.

Azərbaycan təsirli irəliləyiş göstərsə də, növbəti böyük irəliləyiş pərakəndə satış və KOB ödənişlərində nağd puldan istifadənin azaldılmasındadır. AMB-nin “2024-2026-cı illər üçün maliyyə sektorunun inkişaf Strategiyası” pərakəndə ticarətdə nağdsız ödənişin payının 40%-dən çox olmasını, müştəri köçürmələrində rəqəmsal kanalın payının 90%-i üstələməsini və nağdsız kart əməliyyatlarının ümumi kart əməliyyatlarının 70%-dən çoxunu təşkil etməsini hədəfləyir ki, bu da Azərbaycanın regional rəqəmsal liderlər arasında mövqeyini möhkəmləndirir.4

AMB ilə birlikdə Mastercard-ın rəqəmsal transformasiyanın növbəti mərhələsi üçün baxışı KOB-ların daha dərin iştirakına, daha geniş rəqəmsal ödəiş qəbuluna və maneəsiz əməliyyat təcrübəsinə yönəlib ki, bu da hər bir əməliyyatın daha şəffaf və dayanıqlı maliyyə sisteminə töhfə verməsini təmin edir.

Əməkdaşlığın gələcək inkişafı

Mastercard və AMB-nin birgə araşdırmasında aşağıda sadalanan məqamlarla yanaşı rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün bir sıra praktik tövsiyələr yer alır :

• Prosesi asanlaşdırmaq üçün KOB-lar arasında rəqəmsal ödənişlərin qəbulunun genişləndirilməsi

• Rəqəmsal əməliyyatlar üçün təşviqlərin gücləndirilməsi

• KOB-lar arasında maliyyə savadlılığının və rəqəmsal etimadın artırılması

• Dövlət qurumları, banklar və fintex şirkətləri arasında əməkdaşlığın dərinləşdirilməsi

Mastercard-ın AMB ilə tərəfdaşlığı haqqında

Mastercard və AMB 2017-ci ildə “Nağdsız Azərbaycan” proqramının tətbiqindən etibarən rəqəmsallaşmanın inkişafında strateji tərəfdaşlara çevriliblər. Belə ki, təşkilatlar elektron ödənişləri genişləndirmək, kibertəhlükəsizliyi gücləndirmək və maliyyə sektorunda innovasiyaları təşviq etmək üçün bir sıra müştərək təşəbbüslər həyata keçiriblər. Birgə araşdırma bu əməkdaşlığın növbəti mərhələsini təmsil etməklə dayanıqlı inkişafa yönəlib.

İstinadlar:

• Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), “Mastercard Advisors”un təhlil materialı

• “Mastercard Advisors”un təhlil materialı

 •Azərbaycan Dövlət Statistika Komitəsi (DSK)

 •Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB)

Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkiaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək insanlara, müəssisələrə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://marja.az
archiveBu xəbər 03 Fevral 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri