“Hazırda 5 tibb müəssisəsində PZR laboratoriyaları fəaliyyət göstərir”
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
“TƏBİB-in tabeliyindəki tibb müəssisələrində laborator xidmətlərin keyfiyyətinin artırılması və müasir standartlara uyğun təşkili məqsədilə laboratoriyaların yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir”.
SİA xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. İcraçı direktor qeyd edib ki, laboratoriya xidmətlərinin yenidən təşkili Bakı şəhərindəki 12 müəssisədə həyata keçirilib:
“Hemofiliya dövlət proqramı çərçivəsində isə 25 adda laborator xidmət ölkədə ilk dəfə tam avtomatlaşdırılmış sistem vasitəsilə icra olunur. O cümlədən Ağciyər Xəstəlikləri Mərkəzində vərəm diaqnostikası üzrə “Genexpert” testləri tətbiq edilir və bu çərçivədə 11 200 test icra olunub.
Ölkədə ilk dəfə “Autoimmun laboratoriyası” yaradılıb. Hazırda bu laboratoriya Mərkəzi Neftçilər Xəstəxanasında tam fəaliyyət göstərir, Yeni Klinika və Respublika Pediatriya Mərkəzində isə qurulma mərhələsindədir.
Bununla yanaşı, molekulyar mikrobioloji laboratoriyalar (PZR) tibb müəssisələrində yenidən qurulub. Hazırda 5 müəssisədə PZR laboratoriyaları fəaliyyət göstərir və testlərin yerində icrası təmin olunur.
Qeyd edim ki, 2020-ci ildən etibarən bu vaxta qədər TƏBİB-in tabeliyində olan heç bir tibb müəssisəsinin laboratoriyalarında PZR laboratoriyası fəaliyyət göstərməyib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 19 Dekabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















