Azərbaycanda hazırda Çexiyaya məxsus 25 şirkət fəaliyyət göstərir
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Hazırda Azərbaycanda Çexiyaya məxsus 25 şirkət kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir.
“APA-Economics” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çexiyaya səfəri çərçivəsində Praqada bu ölkənin iş adamlarının iştirakı ilə keçirilən dəyirmi masa zamanı bildirilib.
Naziri Mikayıl Cabbarov Azərbaycan ilə Çexiya arasında münasibətlərin qarşılıqlı etimada və ortaq strateji prioritetlərə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat uzunmüddətli əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir.
Bildirilib ki, Çexiya ilə iqtisadi-ticarət əlaqələri inkişaf edir. 2025-ci ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 485 milyon ABŞ dolları təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 22 İyul 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















