Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

“Hazırda üçillik bakalavr məsələsi müzakirə olunur” Emin Əmrullayev

“Hazırda üçillik bakalavr məsələsi müzakirə olunur” Emin Əmrullayev

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hazırda gündəmdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Strategiyada bu nəzərdə tutulub, yazılıb, ama yaxın aylarda belə bir keçid nəzərdə tutulmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, üçillik bakalavr məsələsi müzakirə olunur: “Bu, maraqlı müzakirədir. Burada bəzi məsələləri, o cümlədən məzunun yaşını nəzərə almaq lazımdır. Məsələn, tutaq ki, bizim şagirdlərimiz 6 yaşından məktəbə gedir, 11-ci sinifdən təxminən 17 yaşında məzun olurlar. 4 il oxuyanda onlar 20-21 yaşlarında böyük şəxslərdir. Məncə, onlar üçün də lazım olan məsələdir ki, 19 yaşda da, 20 yaşda da əmək bazarına gəlsinlər. Elə ixtisaslar var ki, məsələn, turizmin təşkili, bəlkə də, onu 3 ilə buraxmaq olar. Məndən soruşsanız, bunu mütəxəssislər və ayrı-ayrı sahə ekspertləri müəyyən etməlidirlər ki, əslində bu ixtisasın formalaşması hansısa məmurun və yaxud da hansısa siyasətçinin rəyi əsasında yox, həmin əmək bazarında olan mütəxəssislərin rəyi əsasında formalaşmalıdır”.

Nazir əlavə edib ki, bəzi sahələrdə mütəxəssis hazırlamaq üçün 3 il kifayət etməyə bilər: “Məsələn, mənə elə gəlir, mühəndis hazırlamaq üçün həqiqətən bu vaxt azdır. Məsələn, tibb bazası təhsili tutaq ki, 6 ildir, müəllimlik 4 ildir. Biz Boloniya prosesinə keçəndə bir qədər bütün ixtisasları eyni qəlibə salmağa çalışmışıq. Bəzi ixtisaslarda bu, düzdür, məsələn, hazırda baytarlıq ixtisası 5 ildir. Bəzi ixtisaslar 4, bəziləri 5-dir. Bəzi peşələri öyrənməyə 6 il, bəzilərini öyrənməyə isə 4 il lazımdır. Bu, peşənin mürəkkəbliyindən asılıdır. Yəni bunlar müzakirə olunmalıdır və bu müzakirələri tənzimləyici qurum olaraq Təhsil İnstitutu və Təhsil Nazirliyi ilə yanaşı, əsasən ixtisas adamları etməlidirlər. Onlar deməlidirlər ki, məsələn, inşaat mühəndisini hazırlamaq üçün 3 il olmaz, bu, 4 il olmalıdır və ya 5 il olmalıdır. Misal üçün, turizm mütəxəssisini 3 ilə hazırlaya bilərsiniz.

Yəni bizim burada bir də qoşulduğumuz konvensiya sənədləri də nəzərdən keçirmək lazımdır. Məsələn, Boloniya konvensiyasında olan məsələ ki, 180-240 kreditdən danışılır, bu, 3 və ya 4 ildir. Amma hazırda dediyim kimi, 12 illik təhsilə keçid nəzərdə tutulmur. Təbii ki, 12 plus 3 olan, müəyyən mənada işləyən model olan yerlər var. Hazırda biz 11 plus 4-dən danışırıq. Amma 4 illik ixtisasların bəzilərinin 3 illik olması ilə bağlı mütəxəssislər, əgər bu sahənin işəgötürənləri hesab etsələr ki, 3 il də olar, mən düşünürəm ki, bəzi sahələrdə bu, mümkündür. Bu, sırf daha tez əmək bazarına çıxmaq üçün yaxşı şansdır. Lakin ümumilikdə bütün ixtisasları 3 ilə keçirmək də yəqin ki, müzakirə predmeti deyil”.

Gülnar Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Sentyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri