Icma.az
close
up
RU
Həbsdəki keçmiş deputatın həyat yoldaşı: Səhərə kimi boğula boğula qalıb, həkim olmayıb

Həbsdəki keçmiş deputatın həyat yoldaşı: Səhərə kimi boğula boğula qalıb, həkim olmayıb

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin həyat yoldaşı onun səhhətində problemlər yarandığını bildirir.

Bizimyol.info xəbər verir ki, Fəridə Bəydəmirli həyat yoldaşının vəziyyəti ilə əlaqədar səlahiyyətli orqanlara müraciət edib. Fəridə Bəydəmirlinin sözlərinə görə, Nazim Bəydəmirli xüsusən ağciyər və ürək kimi həyati əhəmiyyətli orqanlarında problemlər var və təcili tədbir görülməlidir. Fəridə Bəydəmirli bildirir ki, həyat yoldaşı həbsindən əvvəl – pandemiya dövründə koronavirusa yoluxmuşdu. O vaxtdan da ağciyərləri zədələnmişdi:

“Koronavirusa yoluxanda bu virusu çox ağır keçirmişdi. Təsəvvür edin, ciyərləri 45 faiz virusa yoluxmuşdu. O vaxtdan cirəyi zədələdir. Belə bir vəziyyətdə olan ciyərlərin yenidən soyuqlaması onun həyatına çox böyük təhlükədir”, - deyə Fəridə Bəydəmirli bildirib. Fəridə Bəydəmirlinin sözlərinə görə, gecə saat 3 radələrində saxlandığı cəzaçəkmə müəssisəsində Nazim Bəydəmirlinin vəziyyəti kəskin pisləşib, temperaturu qalxıb, boğulma yaranıb. Ətrafında olan məhkumlar onu müəssisənin tibbi-sanitar hissəsinə aparıblar: “Səhərə kimi boğula-boğula qalıb. Həkim olmayıb, həkim səhər gəlib. Həkim baxıb deyib ki, sətəlcəm olub”.

Həyat yoldaşı qeyd edib ki, Nazim Bəydəmirlinin ürəyində də “implusiv blokada” var. Kəskin istilər də onun səhhətinə mənfi təsir göstərir.

Xatırladaq ki, Nazim Bəydəmirli 2023-cü il iyulun 4-də həbs olunub. Keçmiş deputat Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib. Keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) maddəsilə təqsirli bilinib.

İttihama əsasən, Nazim Bəydəmirli özünün də 30 faiz səhm sahibi olduğu “Avto Qarant” ASC-nin Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb eləyib, sonda 10 min manat pul alıb.

Nazim Bəydəmirli özünü təqsirli bilmir. O bildirib ki, Ədalət Bağırovu şantaj etməsi, ondan pul alması barədə ittiham həqiqətə uyğun deyil.

Nazim Bəydəmirli 2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olub.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Avqust 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri