Həbsdən qaçan keçmiş kəşfiyyatçı yaxalandı
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Braziliyanın keçmiş kəşfiyyat rəhbəri Aleksandre Ramajem ABŞ-də saxlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, braziliyalı senator Xorxe Seif verdiyi açıqlamada Ramajemin ABŞ-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) qrupları tərəfindən saxlanıldığını bildirib.
Ramajemin Braziliyada "siyasi təzyiqə məruz qaldığını" deyən senator Seif ABŞ-yə siyasi sığınacaq üçün müraciət edən Ramajemin müraciətinin araşdırıldığını və yekun qərar verilənə qədər ölkədə qanuni şəkildə qalmasına icazə verildiyini xatırladıb.
Keçmişdə Braziliya kəşfiyyat xidməti ABIN-in rəhbəri vəzifəsini icra edən Ramajem, 2018-ci ildə keçmiş dövlət başçısı Jair Bolsonaronun seçki kampaniyasının təhlükəsizliyini öhdəsinə götürmüşdü.
Ramajem Bolsonaronun ailəsinə yaxınlığı səbəbindən tez-tez tənqidlərin hədəfi olmuşdu.
Bolsonaronun tərəfdarlarının 2023-cü ildəki dövlət çevrilişinə cəhdindəki rolu səbəbindən 16 il həbs cəzasına məhkum edilən Ramajem cəzasını çəkmədən ölkədən qaşmışdı.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 14 Aprel 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















