Icma.az
close
up
RU
“Heç bir əsas və sübut yoxdur” RƏQSANƏNİN VƏKİLİ DANIŞDI

“Heç bir əsas və sübut yoxdur” RƏQSANƏNİN VƏKİLİ DANIŞDI

Icma.az, Shownews saytına istinadən bildirir.

"Rəqsanə xanımın adının hallandığı məsələ Azərbaycanda yox, Rusiyada baş verib".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Rəqsanə İsmayılovanın vəkili İlqar Rüstəmov deyib.

Vəkil bildirib ki, hazırda onun həbsi ilə bağlı verilən qərar məhkəmənin müvəqqəti istintaq müddəti üçündür:

"Rəqsanə xanımın adının hallandığı məsələ tamamilə əsassızdır. Hazırda onun həbsi ilə bağlı verilən qərar azadlıqdan məhrumetmə yox, məhkəmənin müvəqqəti istintaq müddəti üçün verilən qərardır. Onun barəsində 4 ay müvəqqəti həbs qətiimkan tədbiri seçilib. 

Vəkil deyib ki, apelyasiyaya müraciət edəcəklər: 

"Həftənin ilk iş günündə apelyasiya şikayəti veriləcək.  Hazırda Rəqsanə xanım azadlıqda deyil, 4 ay müddətinə azadlığı məhdudlaşdırılıb.  Ümumiyyətlə, bu məsələnin Azərbaycan ilə heç bir əlaqəsi yoxdur çünki hadisə Rusiyada baş verib. Bununla bağlı məhkəməyə məlumat verilib, araşdırılma tələb etmişik. Düşünürük ki, məhkəmədə bəraət alacağıq. Çünki onun əməlində cinayət tərkibi yoxdur.

Vəkil iddialar öz təsdiqini taparsa müğənnini gözləyən cəzanı da açıqlayıb:

"Heç bir əsas və sübut olmadığı üçün işə xitam veriləcəyini düşünürəm. Amma maddələri əsas götürərək bu iddia təsdiqlənərsə, 10 il müddətinə azadlıqdan məhrumetmə mümkündür”. 

Xatırladaq ki, müğənni Rəqsanə İsmayılova dələduzluq etdiyinə görə həbs edilib.

Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://shownews.az
archiveBu xəbər 17 Avqust 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri