Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

Heç bir güc xalqın iradəsini sındıra bilməz

Heç bir güc xalqın iradəsini sındıra bilməz

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə ağır sınaqlarla üz-üzə qaldı. 1990-cı illərin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi, dövlət idarəçiliyindəki xaos, milli birliyin olmaması ölkəmizi parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ermənistanın hərbi təcavüzü isə bu təhlükəni daha da dərinləşdirirdi. Bir tərəfdən siyasi böhran, digər tərəfdən işğalçılıq siyasəti nəticəsində torpaqlarımız ard-arda itirilir, xalqımıza qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirilirdi.

Məhz belə bir məqamda xalqımızın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Onun uzaqgörən siyasəti, dəmir iradəsi və xalqına bağlılığı sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu. Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt ölkəni sabitlik müstəvisinə çıxardı, dövlət quruculuğu proseslərini sürətləndirdi, beynəlxalq müstəvidə ölkəmizin mövqelərini möhkəmləndirdi. “Əsrin müqaviləsi” kimi tarixi qərarlar, güclü iqtisadi əsasların qoyulması, ordu quruculuğuna start verilməsi gələcək qələbələrimizə zəmin yaratdı.

Ermənistanın işğalçılıq siyasəti 200 ildən artıq davam edən tarixi düşmənçilik ənənəsinə əsaslanırdı. Çar Rusiyası dövründən başlayaraq ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, sonrakı illərdə isə 1905-1907, 1918-ci illərdə baş verən qətliamlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistandan deportasiyası, 1988-ci ildən etibarən isə yeni müharibə dalğası xalqımıza qarşı sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. 30 il boyunca Azərbaycanın əraziləri işğal altında saxlanıldı. Bu müddətdə bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Şəhərlərimiz, kəndlərimiz viran edildi, tarixi-mədəni irsimiz dağıdıldı.

Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan Azərbaycanın mövqeyi ədalətli olsa da, dünyanın ikili standartlarla yanaşması nəticəsində uzun illər nəticəsiz qaldı. BMT Təhlükəsizlik Şurasının qətnamələri icrasız qaldı, ATƏT-in Minsk qrupu 30 ilə yaxın “fəaliyyəti” dövründə münaqişənin həllinə yox, sadəcə dondurulmasına xidmət etdi. İşğalçı ilə işğala məruz qalan dövlətə eyni yanaşma sərgilənməsi Azərbaycanın haqlı mövqeyini kağız üzərində saxladı. Ermənistan isə beynəlxalq susqunluqdan istifadə edərək təxribatlarını davam etdirdi.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev Azərbaycan Prezidenti seçildiyi ilk gündən işğal altındakı torpaqların azad edilməsini dövlət siyasətinin ən ali məqsədi elan etdi. Güclü iqtisadiyyat quruldu, hərbi sənaye kompleksi yaradıldı, ordu ən müasir texnika ilə təchiz edildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu oldu. Eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzu artırıldı, Azərbaycan regional layihələrin əsas təşəbbüskarına çevrildi. Bu illər ərzində xalqın liderinə inamı, dövlətə bağlılığı daha da gücləndi. Hər kəs bilirdi ki, gün gələcək, haqq-ədalət bərpa olunacaq.

Nəhayət, 2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti genişmiqyaslı təxribatı Azərbaycan Ordusunun əks-hücum əməliyyatına səbəb oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və xalq-ordu birliyi nəticəsində 44 gün ərzində möhtəşəm Zəfər salnaməsi yazıldı. Bu müharibə sadəcə hərbi əməliyyat deyildi, milli birliyin, xalqın öz lideri ətrafında dəmir yumruq kimi birləşməsinin təntənəsi idi. Vətən müharibəsi zamanı on minlərlə könüllü orduya yazıldı, xalq arxa cəbhədə əsgərlə birləşdi, informasiya müharibəsində Prezidentin hər çıxışı, hər müsahibəsi Azərbaycanın diplomatik silahı oldu.

Cəmi 44 gün ərzində Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi azad etdi. Şuşa uğrunda döyüşlər isə müharibənin taleyini həll etdi. Bu tarixi qələbə ilə Ermənistan məğlubiyyətini qəbul etməyə məcbur oldu. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın şanlı zəfərinin siyasi təsdiqi oldu. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

Beş il öncə qazanılan tarixi Zəfərimiz bu gün yeni bir mərhələnin başlanğıcıdır. Artıq işğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdış prosesi həyata keçirilir. Həmin torpaqlarda yeni şəhərlər, kəndlər salınır, müasir infrastruktur qurulur, həyat yenidən canlanır. Xankəndidə Qarabağ Universitetinin açılması, orada beynəlxalq tədbirlərin keçirilməsi, Şuşa, Zəngilan, Laçın, Füzuli, Ağdərə, Ağdam, Xocalı, Cəbrayıl, Xocavənd, Kəlbəcər və digər yaşayış məntəqələrinə köç prosesinin başlaması isə tarixi ədalətin bərpasıdır.

Bu gün Azərbaycan regionda söz sahibidir. Ölkəmiz 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərlə təkcə öz torpaqlarını azad etmədi, həm də Cənubi Qafqazda yeni reallıq yaratdı. Artıq Azərbaycan bölgənin aparıcı gücü, beynəlxalq miqyasda isə etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan xalqı artıq bir daha dünyaya sübut etdi ki, bu torpaqlarda əbədi olaraq yaşayacaq, heç bir güc xalqın iradəsini sındıra bilməz.

SƏBİNƏ SALMANOVA,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Sentyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri