ABŞ də denge virusuna yoluxanların sayı artır
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Florida ştatında denge virusuna yoluxanların sayı 485-i keçib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Florida Səhiyyə Departamenti məlumat yayıb.
Məlumatda virusa yoluxma halının 95 faizinin Tampa-Beydə qeydə alındığı da bildirilir. Təkcə 18-24 oktyabrı aralığında 60-dan çox sakin virus daşıyıcısı olub. Sentyabrın sonlarından Hillsboro, Pasko və Pinellas dairələrində fövqəladə vəziyyət elan edilməsinə baxmayaraq, virusun qarşısını almaq mümkün olmayıb. Hətta Hillsboroda fövqəladə vəziyyətin müddəti uzadılıb.
Qeyd edək ki, denge virusu insanlara bir neçə növ ağcaqanad vasitəsilə keçir. Virusa yoluxanlarda qızqırma, əzələ və oynaq ağrıları, ürəkbulanma və bir sıra başqa hallar müşahidə edilir. Denge tez-tez ölümə də səbəb ola bilir. Statistik məlumatlara görə hər il dünyada 20-22 min insan məhz bu virusun qurbanı olur.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 03 Noyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















