Icma.az
close
up
RU
Heç bir məmurun keçmiş xidmətləri onu xilas etməyəcək ANALİZ

Heç bir məmurun keçmiş xidmətləri onu xilas etməyəcək ANALİZ

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Formal hesabat dövrü bitdi, Prezident real nəticə tələb edir 

Prezident İlham Əliyev noyabrın 12-də yeni vəzifəyə təyin etdiyi icra başçılarını qəbul edərkən kifayət qədər açıq danışdı. Dövlət başçısı icra başçılarına aydın tapşırıqlar və mesajlar verdi, onların qarşısında konkret öhdəliklər qoydu. Ölkə rəhbəri vurğuladı ki, məmurlar təkəbbürlü olmamalı, xalqla bir yerdə olmalıdır. Eyni zamanda həm özləri, həm də ailə üzvləri rayonda, məişətdə özlərini nümunəvi aparmalı, hakimiyyətin nüfuzuna ziyan vuracaq əməllərə yol verməməlidirlər. Ən əsası isə yerlərdə mövcud olan, insanları narahat edən problemlərin həllinə nail olmalıdırlar. Görüş zamanı məmurlar Prezidentə göstərilən yüksək etimada görə təşəkkürlərini bildirərək, verilən tapşırıq və göstərişlərin vaxtında və layiqincə icra olunacağına, dövlət başçısının etimadını doğruldacaqlarına söz verdilər. Göründüyü kimi dövlət başçısı bu məsələlərdə həssas, prinsipial, qətiyyətli mövqe ortaya qoyur. Vəzifə çox ciddi etimaddır və icra başçıları da çalışmalıdırlar ki, bu etimadı doğrultsunlar. Çünki onlar yerlərdə Prezidentin nümayəndələridirlər. 

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev Sherg.az-a deyib ki, Prezident İlham Əliyevin yeni təyin edilən icra başçıları və Naxçıvan üzrə səlahiyyətli nümayəndəni qəbul edərkən səsləndirdiyi fikirlər təsadüfi bəyanat deyil. Ekspertin sözlərinə görə, bu çıxış dövlət idarəçiliyində məsuliyyət mexanizmlərinin sərtləşdirildiyini, məmur davranışına münasibətdə dözümsüzlük həddinin artıq dəyişdiyini göstərir:

"Prezident açıq şəkildə bildirir ki, etimad avtomatik verilən status deyil. Fəaliyyətlə təsdiqlənməyən etimadın heç bir dəyəri yoxdur. Qəbul zamanı Prezident dövlət vəzifəsinin mahiyyətinə xüsusi toxundu. O, rəhbər vəzifə daşıyan şəxsin ilk növbədə xalqa xidmət etməli olduğunu vurğuladı. Bu çağırış formal administrativ ifadə kimi deyil, idarəçilik mədəniyyətinin əsas tələbi kimi səsləndirildi. Məmurun davranışı həm ictimai, həm şəxsi münasibətləri artıq dövlətin nüfuzunu formalaşdıran faktor kimi qəbul edilir. Ona görə də Prezidentin tələb etdiyi "təvazökar davranış" sadəcə etik norma yox, siyasi öhdəlikdir. Prezident açıq mətnlə bildirdi ki, vəzifə sahibi cəmiyyətdən qopduğu anda dövlətlə vətəndaş arasında məsafə yaranır. Bunun nəticəsi idarəetmənin bütün səviyyələrində hiss olunur. Bu xəbərdarlıq göstərir ki, rəhbər şəxslərin davranış standartları ciddi şəkildə sərtləşdirilir və cəmiyyətlə ünsiyyət mədəniyyəti əsas meyara çevrilir".

Ə.Nuriyev diqqətə çatdırıb ki, qəbulda korrupsiya ilə bağlı səsləndirilən fikirlər çox önəmli idi: "Prezident bir daha vurğuladı ki, qanunsuzluğa yol verən hər bir məmur istisnasız olaraq hüquqi məsuliyyətə cəlb edilir. Burada nə vəzifə fərqi, nə keçmiş xidmətlər, nə də şəxsi əlaqələr rol oynayır. Bu yanaşma dövlətin korrupsiya ilə mübarizədə prinsipial mövqe tutduğunu və selektivliyin olmadığını göstərir. Qanunsuz yol seçən hər bir rəhbər eyni nəticə ilə üzləşir. Prezident kadr siyasəti barədə danışarkən daha sərt meyarlar irəli sürdü. O, açıq şəkildə qeyd etdi ki, yalnız mənəvi cəhətdən təmiz, nüfuzu olan və peşəkar şəxslər rəhbər vəzifələrdə yer ala bilər. Bu, dövlət qulluğunda reputasiyanın önə çıxarıldığını göstərir. Artıq şəxsi loyallıq və münasibətlər dövrü bitir, etibarlılıq və mənəvi bütövlük əsas seçim meyarına çevrilir. Qəbulun ümumi məzmunu idarəçilikdə yeni mərhələnin başlandığını təsdiqləyir. Formal hesabatlarla, kağız üzərində görünən göstəricilərlə fəaliyyətin əsaslandırılması dövrü arxada qalır. Prezidentin mövqeyi göstərir ki, rəhbərlərdən faktiki nəticə, real dəyişiklik və vətəndaşın gündəlik həyatına təsir edən iş gözlənilir. Nəticə verməyən məmurun vəzifədə qalmasını əsaslandırmaq üçün artıq heç bir arqument yoxdur". 

Hüquq müdafiəçisinin qənaətincə, bu xəbərdarlıq dövlət idarəçiliyinə ünvanlanan çox ciddi siqnaldır: "Vəzifə məsuliyyətdir və bu məsuliyyət hər gün təsdiqlənməli, hər addımda sübut edilməlidir. Etimadı doğrultmayan rəhbərin vəzifədə qalmaq haqqı yoxdur. Prezidentin yeni təyin edilən icra başçılarını və səlahiyyətli nümayəndəni qəbul etməsi bu baxımdan sadəcə təyinat mərhələsi deyil, idarəçilik sisteminin keyfiyyət standartlarını yenidən müəyyən edən siyasi akt kimi çıxış edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri