Heç bir nazir, deputat, oliqarx maşın karvanı və cangüdənlərlə gəzə bilməyəcək...
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
“Ermənistanın yeni təyin olunmuş daxili işlər nazirinin təyinatından sonra Ermənistan polis rəisi Aram Hovannisyanın əmri ilə respublikada yeni proses başlayıb. Bizə çatan xəbərə görə, artıq 4 gündür ki, bir neçə maşın və mühafizəçi ilə respublika ərazisində hərəkət edən şəxslərin avtomobillərinin saxlanılaraq həbs edilməsinə qərar verilib”.
Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Johovurd” gündəlik qəzeti yazır.
“Belə bir sərəncamın səbəbi nə idi? Noyabrın 15-də keçirilən hökumət iclasında Paşinyan hüquq-mühafizə orqanlarının işindən danışarkən məhkəmə sistemini tələb olunan hər şeylə təmin etdiklərini və indi nəticə gözlədiklərini bildirmişdi.
Paşinyan hökumətin iclasında bunu da bildirib: “Mən kəndlərə gedəndə eyni şeylərdən danışırlar ki, o vaxt hamı “bu”ndan qorxurdu, indi də ondan qorxurlar. Başqalarına yuxarıdan aşağı baxanlar indi də belə edirlər və məlum olur ki, Ermənistanda zəif hakimiyyət var. Üzr istəyirəm, onda zəif güc strukturlarıdır. Heç kimin mənə “zəif” deməsinə icazə vermərəm”.
Əsasən bu sözlərin alt qeydləri bir neçə maşınla, mühafizəçilərlə şəhər və kəndlərdə gəzənlərə, cəzasız qalanlara yönəlmiş mesajlar idi.
Bir sözlə, “insanı asfalta döşəməy”in növbəti raundu başlayıb”, -davamında erməni nəşri belə yazır.
Belə çıxır ki, bundan sonra Ermənistanda heç bir nazir, deputat, oliqarx və s. maşın karvanları və cangüdənlərlə gəzə bilməyəcək...
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Dekabr 2024 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















