Icma.az
close
up
RU
“Heç bir yarımçıq işim qalmayıb” Tarix elmləri doktoru, professor Qafar Cəbiyevlə SÖHBƏT KONKRET

“Heç bir yarımçıq işim qalmayıb” Tarix elmləri doktoru, professor Qafar Cəbiyevlə SÖHBƏT KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar jurnalisti Qafar Cəbiyevin doğum günüdür.

Tarixçi alim artıq ömrünün 74 ilini tamamlayıb.

Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya göz açıb. O, 1973-cü ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1973–1974-cü illərdə Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974–1976-cı illərdə “Zəhmətkeş” rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977–1978-ci illərdə “Bilik” cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləyib. 1978–1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980–1981-ci illərdə “Zəhmətkeş” qəzetində redaktor müavini vəzifəsində çalışıb. 1975-ci ildə Azərbaycan SSR EA Tarix İnstitutunun aspiranturasına daxil olub. 1981–1990-cı illərdə Azərbaycan SSR EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi olub. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1990–2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışıb. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olub. 2003-2019-cu illərdə Milli Televiziya və Radio Şurasının üzvü, 2013-2019-cu illərdə isə Milli Televiziya və Radio Şurasının sədr müavini olub. 2008-ci ildə Girdman tarixinə dair doktorluq dissertasiyası müdafiə edib.

Qafar Cəbiyev 17 monoqrafiya, 100-dən çox elmi, 500-dən çox elmi-publisistik məqalə müəllifi, “Qızıl qələm” laureatıdır.

Doğum günü münasibəti ilə KONKRET.az professor Qafar Cəbiyevlə həmsöhbət olub.

Professor gənclik illərinin keşməkeşli dönəmlərindən danışıb:

– Mən böyük ailənin üzvü olmuşan. 5 bacı və 5 qardaş. Ailənin böyük övladı olaraq yükün ağırlığı həmişə mənim çiyinlərimdə olub. Atam fəhlə baba, təsərrüfatımız isə ağır olub. Lap kiçik yaşlarımdan atamla birgə çiyin-çiyinə çalışmışam. Kənddə müəllim işləyə-işləyə aspiranturaya qəbul oldum.

Qısa vaxt ərzində dissertasiyam hazır oldu. Amma o dönəmdə Azərbaycanda arxeologiya ixtisası üzrə dissertasiya şuraları yox idi. Dissertasiyaları hazır olan gənclər SSRİ-nin başqa şəhərlərində müdafiə etməyə məcbur idilər. Bizim bəzi əməkdaşlar Tbilisidə, İrəvanda, Moskvada, Leninqradda müdafiə edirdilər. Mənim dissertasiyam hazır olanda Azərbaycana yaxın ərazilərindəki müdafiə şuraları da bağlandı. Moskva və Leninqradda isə həddən artıq böyük növbə var idi. Yəni işimi aparıb ora verib illərlə gözləməli idim. Mən bu səbəbdən Kiyevə getdim. Mənə qədər bizimkilərdən  arxeologiya üzrə Kiyevdə heç kim müdafiə etməmişdi. Xoşbəxtlikdən Kiyevdə çox yaxşı qarşılandım. Bu, hər dəfə yadıma düşəndə qürurlanıram. Müdafiə zamanı Moskvadan olan opponentim professor Fyodrov-Davıdov mənə birbaşa doktorluq elmi dərəcəsinin verilməsini təklif etdi.

Qafar müəllim 2 dəfə sağlamlığı ilə bağlı üzləşdiyi çətinliklərdən də bəhs etdi:

– 2013-cü ildə ağır ürək əməliyyatı keçirdim. COVID-19 pandemiyası zamanında da xəstəlikdən çətinliklə yaxa qurtardım. Hər iki halda həqiqətən olum və ölüm anı ilə üz-üzə qaldım.

Qafar Cəbiyev geridə qalan illərdə heç bir arzusunun yarımçıq qalmadığını bildirib:

– Arzu edib, amma yarımçıq qalan heç bir işim yoxdur. Allaha şükür, ürəyimdən keçən hər şeyə nail olmuşam. Mənim üçün tələbəlik illərimdə əlçatmaz hədəf aspiranturaya qəbul olmaq idi, bunu bacardım, real görünməyən hədəf alimlik dərəcəsini almaq idi, onu da almışam. Bakıda bir gecə qalmağa yerim, qohum evi olmayıb, indi Bakıda evim də, şəraitim də var. Rayon qəzetində ilk məqaləm çıxanda qanad açıb uçurdum. Heç güman etməzdim ki, nə vaxtsa hər biri 500-600 səhifədən ibarət 20-yə qədər kitabın müəllifi olacam. Bir sözlə, elə bir nisgilli arzum qalmayıb. Ürəyimdən keçən hər bir şeyi Allah mənə nəsib edib.

“Azərbaycan gəncliyini necə görürsünüz?” sualını cavablayan tarixçi alim gənclərdən uzun-uzadı danışmağa ehtiyac olmadığını, 44 günlük Vətən Müharibəsində gənclərimizin nəyə qadir olduğunu gördüyünü söyləyib:

– Qarabağ problemi hər kəs üçün çox böyük nigarançılıq idi. Amma 30 ilin tamamında torpaqlarımız Ordumuzun şücaəti ilə, qəhrəmanlıqla düşmən tapdağından azad edildi. Qarabağ problemi bizim alnımızda damğa idi. Artıq bu damğa götürülüb. 44 gün ərzində erməni əsgərləri tülkü kimi yuvalarına qaçıb gizləndi. Bu qüruru yaşamaqdan böyük xoşbəxtlik varmı? Azərbaycan gəncləri 44 gündə nəyə qadir olduğunu göstərdi. Müharibə başlanan dönəmdə onların hər biri cəbhəyə yollanmaqdan ötrü Hərbi Kommisarlığın qarşısında növbəyə düzülmüşdü.

Qafar müəllim düşünür ki, ziyalı olan şəxs cəmiyyətə açıq olmalıdır:

– Jurnalist olaraq özüm uzun müddət insanlara suallar verib, cavablar almışam. İşlədiyim müddətdə mənə də ictimaiyyət nümayəndələri, jurnalistlər tərəfindən çoxsaylı suallar verilib. Mən həmişə cəmiyyətə açıq olmuşam. Ziyalı olan şəxs gərək cəmiyyətə açıq olsun. Düşündüklərini tində-bucaqda yox, cəmiyyətdə desin.

Onun fikrincə, gələcək bütövlükdə gənclərə bağlıdır:

– Bu gün gənclər ölkəmizin bütün sahələrində xüsusi çəkiyə malikdir. Çox məmnunluqla deyə bilərəm ki, gənclərimizin əksəriyyəti onlara həvalə olunmuş missiyanı ləyaqətlə icra edir. Özlərindən əvvəlkilərin etmədiyi, edə bilmədiyi, etmək istəmədiyi, etmək iqtidarında olmadıqları vəzifəni icra edirlər. Mən gənclərin olduqları mövqedən asılı olmayaraq, öz peşəsinin sirlərinə dərindən bələd olmasını istəyrəm. Onlara tövsiyəm odur ki, peşələrinin nəzəriyyəsi ilə yanaşı praktikasını da yaxşı bilsinlər. Gənclərimizə hər hansı post etibar ediləndə bərbəzəkli kabinetlərdə, əzəmətli kreslolarda oturub ancaq göstəriş verməsinlər. Göstəriş və əmr verdikdə də elə etsinlər ki, kimsə onlara gülməsin, qarşıdakı hiss etsin ki, onlar bu işi daha yaxşı bilir. Hər hansı sahəyə gedəndə də düşünməlidilər ki, mən bu sahəni digərlərindən yaxşı bilirəmmi?! Yarıtmaz iş tutana irad bildirə biləcəmmi?! Bəzi vəzifədə olan özündən razı, müştəbeh gənclər yaşlı nəsli sadəcə keçmişin qalığı, sovet dövründən qalan köhnə düşüncəli kimi görürlər. Onlar bilməlidr ki, cəmiyyət və dövlət ağsaqqalın hikməti, cavanların qüdrəti ilə daha qüdrətli olar. Gənc nəsil yaşlı nəslin bilik və təcrübəsindən yararlanmalıdır ki, onların etdiyi səhvləri təkrar etməsinlər”.

Söhbətləşdi: Aygün Mirakif, 

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri