Icma.az
close
up
RU
Heç bir problem qalmayıb...

Heç bir problem qalmayıb...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir

Yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkülünü təmin edir. Qeyd edək ki, Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmasını təmin edib - Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan bir regionda Azərbaycanın sülh və sabitliyin təmin olunması istiqamətində apardığı siyasət həm də iqtisadi dividendlər vəd edir. Burada enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi ünsürü kimi müəyyənləşə bilir. Bu mənada, Zəngəzur dəhlizi (TRIPP) layihəsi əhəmiyyəti ilə seçilir.

“Demişdim ki, istənilən yolla açılacaq”...

Zəngəzur dəhlizinin yaradılması ideyası Azərbaycan dövləti tərəfindən irəli sürülüb. Məhz Prezident İlham Əliyevin iradəsi ilə Azərbaycanın əsas hissəsi ilə blokadada qalan Naxçıvan arasında kommunikasiya əlaqələrinin bərpa edilməsi istiqamətində mühüm addımlar atılıb. Bu dəhlizin yaradılması Azərbaycanın milli və strateji maraqları çərçivəsindədir. Eyni zamanda, dəhlizin fəaliyyətə başlaması ilə regionun tranzit imkanları daha da genişlənəcək. Zəngəzur dəhlizinin (TRIPP) yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Xüsusilə, Orta Dəhlizin yeni seqmenti kimi Zəngəzur dəhlizi (TRIPP) həm rentabelliyinə, həm də effektivliyinə görə mühüm əhəmiyyət daşıyır. Ötən ilin avqustunda Vaşinqtonda reallaşan razılaşma isə bu layihənin qlobal siyasi təsdiqinə çevrildi. Yanvarın 5-də yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bildirib ki, biz əslində bu dəhlizi müharibədən - İkinci Qarabağ müharibəsindən bir neçə ay sonra icra etməyə başlamışıq: “Səhv etmirəmsə, 2021-ci ilin əvvəlində artıq o dəmir yolunun təməli də qoyuldu. Yəni sözün düzü, məndə şübhə yox idi ki, bu yol açılacaq. Əgər şübhə olsaydı, yəqin ki, biz bu qədər vəsait qoymazdıq. Hətta müsahibələrin birində də demişdim ki, istənilən yolla açılacaq. Bəzən belə ritorikaya da ehtiyac var, çünki bu, qarşı tərəfi, necə deyərlər, yumşaq mənada həvəsləndirir. Amma əlbəttə ki, bu məsələnin Amerikada Trampın iştirakı ilə həll olunması bu məsələni artıq tamamilə həll edilmiş məsələ kimi ortaya qoydu”.

Həm dəmir yolu, həm də avtomobil yolu tezliklə hazır olacaq

Hazırda dəhlizin Azərbaycan seqmentində həm dəmir yolunun bərpası, həm də müasir avtomobil yolunun çəkilişi demək olar ki, yekunlaşmaq üzrədir - Zəngəzur dəhlizi (TRIPP) çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 96 faizi tamamlanıb və 2026-cı ilin birinci yarısında istifadəyə veriləcək, Ağbənd körpüsündə işlər 95 faizi səviyyəsindədir. Horadiz-Ağbənd dəmir yolu xəttində layihələndirmə 85 faiz, tikinti 69 faiz icra olunub; Naxçıvan istiqamətində 188 km-lik dəmiryolu ilə körpülər, tunellər və viyaduktlar yenidən qurulacaq, illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq. Dəhlizin tam açılması 2028-ci ilə planlaşdırılır. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, bizim Ermənistan sərhədinə gedən yollarımız - həm dəmir yolu, həm avtomobil yolu demək olar ki, tezliklə hazır olacaq: “Biz işi sürətləndirə də bilərik. Amma Ermənistan ərazisində hələ heç bir iş görülmədiyi üçün buna da böyük ehtiyac görmürük. Çünki Ermənistan ərazisində 42 kilometr yol inşa edilməlidir. Paralel olaraq Naxçıvan ərazisində, - bildiyiniz kimi, yolun uzunluğu təxminən 190 kilometrdir, - onun böyük hissəsi var. Düzdür, vəziyyəti o qədər də yaxşı deyil, ancaq bu gün mövcud ola biləcək yükləri aparmaq üçün o yol kifayət edir. Həm Ordubad, həm də Sədərək istiqamətində olmayan hissələr də var. İndi biz orada olmayan dəmir yollarını tikməyə başlamışıq və hesab edirəm ki, bir-iki ilə o da başa çatacaq”.

Şərq-Qərb, Şərq-Cənub, Şimal-Cənub yolunun bir qolu...

Zəngəzur dəhlizinin reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya yaradacaq. Yeni iqtisadi nizamda Şərq-Qərb tranzitini birləşdirəcək dəhliz digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki dəhlizin Şimal-Cənub xətti ilə perpendikulyar şəkildə kəsişməsi ikinci xətt üzərində olan dövlətlərin də maraq dairəsini buraya istiqamətləndirir. Başqa sözlə, Zəngəzur dəhlizi ətraf dövlətlərin də iqtisadi maraqlarına cavab verən amil kimi çıxış edir. Vurğulandığı kimi, Zəngəzur dəhlizi ümumən regionun inkişaf dinamikasını artırma imkanına malikdir. Dəhliz Şərq-Qərb marşrutu üzərində ən qısa yoldur. Təbii ki, istər yükdaşımalarında, istərsə də digər ticarət mübadilələrində ən qısa yolun seçilməsi iqtisadi baxımdan da böyük mənfəət vəd edir. Eyni zamanda, Zəngəzur dəhlizi təhlükəsiz marşurut sayılır. İnfrastruktur baxımından da Zəngəzur dəhilizi olduqca əlverişlidir. Zəngəzur dəhlizinin ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar.

Prezident müsahibəsində deyib ki, dəhliz həm Şərq-Qərb, həm də ki, Şərq-Cənub, bəlkə də Şimal-Cənub yolunun bir qolu olacaq: “Çünki bu gün Şimal-Cənub layihəsi deyəndə, ilk növbədə, Rusiya-Azərbaycan-İran, yəni Rəşt-Astara yolu nəzərdə tutulur. Bu yol da vacibdir. Ancaq Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə də bərpa ediləcək. Yəni ki, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi - bu, Şimal-Cənub marşrutunun ikinci yolu olacaq. Bu, eyni zamanda, Orta Dəhlizin də ikinci yolu olacaq və təbii ki, yükaşırma qabiliyyəti artacaq. Yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq. Qeyd etdiyim kimi, bunun əsas, necə deyərlər, istiqamətverici tərəfi də biz olacağıq. Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək. Ona görə də Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur. Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun fiziki tikintisi nəzərdə tutulur”.

Türkiyənin dəmir yolları şəbəkəsinə tam bağlantı olacaq...

Zəngəzur dəhlizi (TRIPP) Orta Dəhliz üzərində yeni bir alternativ təşkil etməklə Şərq-Qərb kontentinin ən mühüm ticari xəttlərindən birinə çevrilmək potensialını daşıyır. Bu mənada, layihə bütün region ölkələrini özünə cəlb edir - məsələn, Türkiyə bu layihənin genişlənməsi istiqamətində ciddi planlar qurur. Belə ki, 224 kilometr uzunluğa malik olacaq Qars-İğdır-Naxçıvan dəmir yolu da Zəngəzur dəhlizinin bir hissəsidir və təkcə Türkiyəni Azərbaycanla birləşdirməyəcək, həm də qlobal nəqliyyat və ticarət yollarının əsas arteriyalarından birinə çevriləcək. Müsahibəsində dövlət başçısı qeyd edib ki, keçən il Qars-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı Türkiyə tərəfi qərar qəbul edib. Beləliklə, Naxçıvandan Qarsa qədər və faktiki olaraq Türkiyənin dəmir yolları şəbəkəsinə tam bağlantı olacaq və bu da çox önəmli layihə sayılmalıdır: “Çünki Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq olmalıdır və bütün bu layihələr təbii ki, koordinasiya şəklində aparılmalıdır. Azərbaycan ərazisində bütün bu yollar daha tez həll oluna bilər. Amma koordinasiya olanda xərclənən vəsaitə qənaət də olacaq. Çünki biz də bilməliyik, nə vaxt, hansı yolun seqmenti hazır olacaq ki, o vaxta qədər öz infrastrukturumuzu buna hazırlayaq. Amma yenə də deyirəm, bizim ərazimizdə Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb”.

Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər...

Ermənistan bu dəhlizin açılması ilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Qeyd edək ki, Zəngəzur dəhlizinin (TRIPP) açılması Ermənistan üçün həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Belə ki, Zəngəzur dəhlizi Ermənistanın regional ticarət yollarına çıxışını bərpa etməyə və daha böyük iqtisadi məkana inteqrasiya etməyə imkan verəcək. Dəhliz vasitəsilə Ermənistan daha böyük xarici bazarlara çıxış imkanı qazanacaq. Paralel olaraq Türkiyə və Azərbaycanla əlaqələri normallaşacaq - bu da özlüyündə, Ermənistan iqtisadiyyatına geniş imkanlar yaradacaq. Yeni logistika və infrastruktur imkanları sayəsində nəqliyyat, ticarət, enerji və xidmət sektorlarında inkişaf sürətlənəcək. Eyni zamanda, Ermənistanda xarici sərmayə artacaq - açıq sərhədlər və sülh mühiti Ermənistan iqtisadiyyatına inamı artıracaq. İqtisadi dalan mühiti  aradan qalxacaq - Ermənistan üçün həm istehsal xərcləri azalacaq, həm də ixrac imkanları genişlənəcək. Prezident İlham Əliyev müsahibəsində deyib ki, Ermənistan da təbii olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq: “Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər”.

Pərviz SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Yanvar 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri