Icma.az
close
up
RU
Heç kəs ağlına gətirməsin ki, Qərbi Azərbaycanla bağlı iş yarıda dayanacaq MÜSAHİBƏ

Heç kəs ağlına gətirməsin ki, Qərbi Azərbaycanla bağlı iş yarıda dayanacaq MÜSAHİBƏ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

8 avqust tarixli Vaşinqton razılaşmasından sonra Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı müxtəlif iddialar səsləndirilib. Onlardan biri də İcmanın ləğv ediləcəyi ilə bağlı olub. Digər iddia isə Milli Məclisdə yaradılmış Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun ləğv edilməsi ilə əlaqədardır. Bu iddialar fonunda Qərbi Azərbaycan İcmasının operativliyinin və aktivliyinin azaldığı ilə bağlı da təsəvvürlər yaranıb.

Modern.az bütün bu məsələlərlə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə həmsöhbət olub. İcma sədri ilə müsahibəni təqdim edirik:

- 8 Avqust razılaşmasından sonra Qərbi Azərbaycanla bağlı qurumlara dair bəzi iddialar yayıldı. Bunlardan biri ondan ibarətdir ki, Qərbi Azərbaycanla bağlı Milli Məclisdəki Təşəbbüs qrupu yaxın vaxtlarda ləğv oluna bilər. Bu nə dərəcədə həqiqətə uyğundur?

- Təbii ki, həqiqətə uyğun deyil. Bir müddət əvvəl eyni iddia Qərbi Azərbaycan İcmasının özünə də şamil edilmişdi. Şübhəsiz ki, bu yanlış informasiyanın mənbəyi Ermənistan mediası idi. Və mən mətbuata açıqlamamda bu yanlış informasiyanı təkzib edərək bildirdim ki, İcmanın işi beynəlxalq konvensiyalarda təsbit olunmuş insan hüquqlarının, qayıdış hüququnun təmin edilməsinə yönəlmiş ictimai fəaliyyətdir. Bu mənada, İcmanın fəaliyyətinin dövlətlərarası münasibətlərlə, sülh sazişi ilə birbaşa əlaqəsi yoxdur.

İndi isə eyni iddia Milli Məclisdəki Qərbi Azərbaycanla bağlı Təşəbbüs Qrupu haqqında söylənilir ki, bu da tamamilə absurddur. Təşəbbüs Qrupu bir il ərzində Qərbi Azərbaycan həqiqətlərinin və soydaşlarımızın doğma yurdlarına qayıdış hüququnun beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində parlament diplomatiyasının imkanlarından istifadə edərək xeyli səmərəli fəaliyyət göstərib, bundan sonra da göstərəcək. Onun öz fəaliyyətini dayandırmasına hazırda heç bir obyektiv ictimai-tarixi zərurət görmürəm.

- Qərbi Azərbaycan İcması operativliyi ilə seçilib. İndiyə kimi bir sıra mühüm məsələlərə dərhal reaksiya verilib, bəyanatlar yayılıb. Son zamanlar isə sanki bu tendensiya səngiyib. Bunun səbəbi nə ilə əlaqədardır?

- İcmanın fəaliyyətinin hər hansı bir istiqamətində heç bir səngimədən söz gedə bilməz. Təsəvvür edin ki, təkcə iyul ayında İcmanın nəşr elədiyi tarixi torpaqlarımızda milli-mənəvi dəyərlərimizə qarşı erməni soyqırımına dair “Qərbi Azərbaycan irsi” kitabının Azərbaycanın 84 şəhər və rayonunda yüksək səviyyədə təqdimatları keçirilib. O ki qaldı bəyanatlara, bildiyiniz kimi, Vaşinqton görüşlərinə qədər Ermənistan tərəfdən Azərbaycana qarşı saysız-hesabsız əsassız iftira və ittihamlar səsləndirilirdi. Hətta bu, çox vaxt Ermənistanın müxtəlif dövlət rəsmiləri tərəfindən edilirdi və bu zaman Qərbi azərbaycanlıların qayıdış hüququ ya inkar olunur, ya da gözardı edilirdi. Biz də Qərbi Azərbaycan İcması olaraq öz hüquqlarımızı müdafiə etmək məcburiyyətində idik. Vaşinqton görüşlərindən sonra isə qarşı tərəfdə bu məsələ ilə bağlı bir qədər konstruktivlik cəhdləri hiss olunmaqdadır, artıq erməni cameəsində Qərbi azərbaycanlıların öz doğma evlərinə qayıtmaq məsələsi də müzakirə mövzusuna çevrilib, hətta bu məsələnin qaçılmaz olduğunu etiraf edənlər də var. Ona görə də biz də proseslərə adekvat münasibət sərgiləməyi məqsədəuyğun bilirik. Lakin bu, "Qərbi Azərbaycan İcması öz məqsədindən geri çəkilir"  anlamında başa düşülməməlidir, bizim işimiz haqq işidir, beynəlxalq hüquqa söykənir və soydaşlarımızın qayıdış hüququ tanınmalı və təmin edilməlidir. İki xalq və iki dövlət arasında etimad və etibarlılığın dayanıqlı və davamlı olması üçün də bunun çox böyük əhəmiyyəti var, xalqların birgəyaşayışı sülhün vacib şərtlərindəndir.

- Qərbi Azərbaycan İcmasının hazırki fəaliyyəti əsasən nədən ibarətdir?

- Bizim bir hədəfimiz var: ata-baba yurdlarımıza Qayıdış... Bunun bütün detalları bizim Qayıdış Konsepsiyamızda öz əksini tapıb. Fəaliyyətimiz isə bu Konsepsiyanın həyata keçirilməsi istiqamətində sistemli şəkildə davam edir. Şübhəsiz ki, əsas diqqət mərkəzində insanlarımızın Qayıdış ideyası ətrafında təşkilatlanması, millətimiz arasında maarifçilik işinin genişləndirilməsi, Qərbi Azərbaycan həqiqətlərinin ortaya qoyulması və dünya ictimaiyyətinə çatdırılması məsələləri dayanır.

- Milli Məclisdəki Təşəbbüs Qrupu öz fəaliyyəti ilə indiyə qədər nələrə nail ola bilib?

- Bildiyiniz kimi, Milli Məclis çox geniş beynəlxalq əlaqələrə malikdir. Milli Məclisdə dünyanın əksəriyyət ölkələri ilə işçi qrupları fəaliyyət göstərir, deputatlarımız bu qruplar çərçivəsində, həm də müxtəlif beynəlxalq tədbirlərdə iştirak üçün mütəmadi xarici ölkələrə səfərlər edir, eyni zamanda xarici ölkələrin deputat qrupları tez-tez Azərbaycan parlamentinin qonağı olur. Milli Məclisin sədri, hörmətli Sahibə Qafarova başda olmaqla deputatlarımız hər fürsətdə Qərbi Azərbaycan qaçqınlarının qayıdış hüquqlarını diqqətə çatdırır. Bir faktı sizə xatırladım: bu il 11-13 aprel tarixlərində Türkiyənin Antalya şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin evsahibliyi ilə IV Diplomatiya Forumu keçirildi. Həmin Forumda mən də, Azərbaycan Respublikası Milli Məclisin üzvü və Qərbi Azərbaycan İcmasının sədri olaraq, “Parlament Diplomatiyası və Qlobal İdarəetmə” panelində Qərbi Azərbaycan məsələsi ilə bağlı çıxış etdim. Bu, Azərbaycan diplomatiyasının növbəti uğuru idi.

- Qərbi Azərbaycana qayıdışa şübhə edənlərə sözünüz nədir?

- Bizim öz ata-baba yurdlarımıza qayıdacağımıza heç kəs şübhə etməsin. Bu fəaliyyətin nə vaxtsa yarıda dayanacağını da heç kəs ağlına gətirməsin. Qərbi Azərbaycana qayıdış ideyasının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və cənab Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasındakı tarixi çıxışı bizim yol xəritəmizdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Sentyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri