Icma.az
close
up
RU
Xalq artisti: Ona deyiblər ki, Azərbaycanla əlaqəni kəs, Babayan ol Müsahibə

Xalq artisti: Ona deyiblər ki, Azərbaycanla əlaqəni kəs, Babayan ol Müsahibə

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Aytac Sahədin Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovla müsahibəsini təqdim edir.

- Sərdar müəllim, kim idi Andrey Babayev?

- Andrey Babayev Qarabağda - Masmına kəndində doğulub. Masmına Hadruta yaxındır. Bildiyiniz kimi, Hadrut Üzeyir Hacıbəylinin müəllimlik fəaliyyətinə başladığı kənddir. Təsadüfi deyil ki, otuzuncu-qırxıncı illərdə musiqi sevgisi olan adamlar Üzeyir bəyin üzünü belə görmədən adını tutub Bakıya gəlirdilər. Bu, Fikrət Əmirova, Hacı Xanməmmədova, Asəf Zeynallıya, o cümlədən Andrey Babayevə də aiddir. Üzeyir bəy onların hamısını qanadının altına almışdı.

Andrey Babayev çox istedadlı adam olub. Cəmi 41 il yaşayıb. Çox gözəl tar çalırdı. Əvvəlcə Üzeyir bəyin tələbəsi olan bəstəkar müəlliminin musiqi ideyalarına sadiq idi. Təsadüfi deyil ki, o, sonradan Moskvada Dimitri Şostakoviçin sinifində aspirantura təhsili alarkən, sənədlərində Üzeyir bəyin tələbəsi olduğunu xüsusi vurğulayırdı.

Bu muzeyi quran Ramazan Xəlilov həm də Üzeyir bəyin konservatoriyada müavini idi. Ramazan bəy deyirdi ki, yalnız iki gənc bəstəkar onu "əmi" deyə çağırırmış. Onlardan biri bizim böyük bəstəkarımız Rauf Hacıyev, digəri isə Andrey Babayev idi.

Ramazan bəy daha bir xatirəsini mənimlə bölüşmüşdü. Deməli, altmışıncı illərin əvvəllərində Andrey Babayevi Yerevana Ermənistan bəstəkarları ilə görüşmək üçün çağırırlar. Oradan qayıdandan sonra o, çox qəmgin görünür. Ramazan bəy bunun niyəsini soruşanda Andrey Babayev səbəbini belə açıqlayır: "Orada məni katalikos çağırıb dedi ki, artıq çox şöhrətlənirsən, biz səninlə fəxr edirik, bəs niyə soyadın Babayev olmalıdır? Azərbaycanla əlaqəni kəs, Babayan ol. Cavab verdim ki, mən Üzeyir bəyin tərbiyəsini almışam, Fikrət Əmirovla, Rauf Hacıyevlə bir yerdə böyümüşük, dostlarım azərbaycanlıdır. Mən Azərbaycan şairlərinin neçə şeirinə mahnı yazmışam. Orada ancaq xeyir görmüşəm. Axı siz nə danışırsınız?

- Şeirdən söz düşmüşkən, mahnıların sözlərinə baxanda məlum olur ki, Andrey Babayev Azərbaycan dilinə yaxşı bələd olub.

- O, azərbaycanca yüksək səviyyədə danışırdı. Görün Azərbaycan dilini necə yaxşı bilirmiş ki, belə gözəl sözlərə mahnı bəstələyib. Başqa bir erməni bəstəkar bu cür musiqilər yaza bilərdimi? Məsələn, Xaçaturyan belə mahnılar yaza bilməzdi. Andrey Babayevin musiqilərində Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qəmbər Hüseynli ənənələri var. Çünki Üzeyir bəyin yaratdığı mühitdən Andrey Babayev də bəhrələnmişdi. Min erməni bəstəkarı gəlsə, Andrey Babayevin bir mahnısını yaza bilməz. Çünki onlar nə o tərbiyəni alıblar, nə də o mühiti görüblər. Andrey Babayev əsl Azərbaycan bəstəkarı idi. Görün, o, Şərq musiqi aləminə nə qədər yaxın olub ki, Özbəkistan, Tacikistan filmlərinə musiqi yazıb.

Əgər bu gün musiqişünaslar Azərbaycan mahnısı ilə Ermənistan mahnısının struktur fərqini açıb göstərsəydilər, tam aydın olardı ki, Andrey Babayevin Ermənistana heç bir aidiyyəti yoxdur. Onun mahnılarına baxsaq, görərik ki, o, sırf Azərbaycan mahnı ənənəsində yazıb.

Hazırda Amerikada yüzlərlə millət yaşayır, onların yaradıcılığı Amerikaya məxsusdur. Türkiyənin özündə neçə sənət adamı var ki, türk deyil, ancaq onların yaratdıqları məhz türk mədəniyyətinə aiddir. Andrey Babayevin yaradıcılığı da Azərbaycan musiqi mədəniyyətinə aiddir. Çünki onu yetişdirən Azərbaycan olub.

Milliyyətdən savayı, bəstəkarı, rəssamı, aktyoru yetişdirən ən vacib amil mühitdir. Andrey Babayev isə Azərbaycan incəsənətinin qızıl dövründə yaşadı, qızıl insanları gördü. Üzeyir bəyin birbaşa evində dərs alıb, evinin çörəyini yedi.

Üstəlik, Andrey Babayev Rauf Hacıyev və Boris Yermolayevlə birlikdə Qara Qarayevin ilk tələbələrindən olub. Hətta belə bir əhvalat danışırdılar ki, Andreyin dövlət imtahanında Moskvadan gələn komissiya bəzi məqamlara irad bildirir. Onda Qara Qarayev Andreyi müdafiə edir.

- Danışdıqlarınızdan belə başa düşdüm ki, bəstəkarı burada sevirdilər. Bəs onu Moskvaya aparan səbəb nə idi?

- Andrey Babayev altmışıncı illərin əvvəllərində Moskvaya köçmüşdü. Məncə, bu, düzgün qərar idi.

- Söhbət altmışıncı illərdən gedirsə, burada erməni bəstəkara təzyiq, yaxud da ögey münasibət mövzu ola bilməzdi. Səbəb, sadəcə, Moskvada yaşamaq istəyi idi?

- Əlbəttə ki, məsələ pis münasibət deyildi. Şövkət xanım Ələkbərova kimi bir sənətçi həmin dövrdə onun mahnılarını oxuyurdu. Andrey Fikrət Əmirovla birgə neçə əsərə imza atıb. Burada onu sevir, yüksək qiymətləndirirdilər. Sadəcə, o, artıq daha böyük dünyaya çıxmaq istəyirdi. Bilirsiniz, böyük şəhərlərdə böyük sənətkarlar öz qiymətini ala bilirlər. Çünki orada imkanlar geniş olur. Sizə bir nüans deyim. "Koroğlu" operasının "üçüncü dərəcəli" Stalin mükafatına layiq görüldüyünü biləndə çox təəccüblənmişdim. "Koroğlu" kimi bir opera niyə üçüncü dərəcəli olsun axı? Sonradan Ramazan Xəlilov bunun səbəbini izah elədi. Mənə məlum oldu ki, Bakı Moskva üçün əyalət idi. Üzeyir bəydən qat-qat aşağı səviyyəli bəstəkara Moskvada yaşadıqları üçün birinci dərəcəli mükafat verə bilərdilər. Ancaq Üzeyir bəyin hər sətri qızıldan olan əsəri üçüncü dərəcəli mükafat almışdı. Çünki əsər Moskvada yox, burada yazılmışdı. Ona görə də, Andrey Babayev orada yaşamağa can atırdı. Bu addım da özünü doğrultdu. Moskvada yaşadığı dövrdə xeyli əsəri çap olundu, sifarişləri çoxaldı...

Bilirsiniz, ermənilər günahkardır ki, bizimlə düşmənçilik edərək nə qədər insanımızı qətlə yetirdilər, şəhərlərimizi, kəndlərimizi dağıtdılar. Artıq məsələ o dərəcəyə çatdı ki, biz də erməniyə düşmən dedik. Erməni sözü eşidəndə o qədər ürəyimizdə ağrılar oyanır ki, istər-istəməz "erməni" sözü hansı adın yanında dayanarsa, qəbul etmək istəmirik. Ancaq Andrey Babayevə musiqisinə görə erməni demək olmur. Çünki o, Azərbaycanın böyük bəstəkarlarının tərbiyəsini alıb. Onun musiqisi Azərbaycan musiqisi idi. Ermənistanda belə musiqilər yoxdur. "Nazəndə sevgilim"i hansı erməni yaza bilər ki?

İstanbul sərgisində müzakirə və imza saatları keçirildi Gəncədə Gülüstan Əliyevanın solo konserti keçirildi Gənc Tamaşaçılar Teatrında "Leyli və Məcnun" tamaşası nümayiş olunacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Noyabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri