Icma.az
close
up
RU
“Heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz...”

“Heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz...”

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Zorakılığa nəzarət siyasətin mərkəzində durur və bu, bütün ölkələrdə belədir. Azərbaycanda zorakılıq yolu ilə hakimiyyəti dəyişmək çağırışları praktikada müxtəlif zamanlarda və müxtəlif siyasi şəraitlərə uyğun olaraq səsləndirilib. Ölkə daxilində yaşayan bəzi siyasətçilər bu prosesi gizli formada aparıblar, xaricdəkilərə isə təlimatları buradan veriblər: “Çıxın küçələrə, qorxmayın, hakimiyyəti dəyişin”. Bu cür çağırışları xüsusilə ölkəmizin milli maraqları ilə bağlı ən kritik siyasi qərarların verildiyi mərhələlərdə ediblər ki, ölkədə insanları çaşdırıb və əldə olunan uğurların qarşısını alsınlar. Bəli, bu ağıldan və vicdandan məhrum olanlar zorakılıq yolu ilə prosesləri həyata keçirmək istəyiblər, lakin müdrik xalqımız heç vaxt belə vətən xainlərinə inanmayıb”. 

Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. 

O, bildirib ki, ona görə hakimiyyət, yəni dövləti qoruyan, vicdanla dövlətə və dövlətçiliyə xidmət edən siyasi rəhbərlik və hüquq-mühafizə orqanları, bu zorakılıqların qarşısını almaq üçün tədbirlər planlarını həyata keçiriblər:

“Bəzi siyasi zorakılıqla məşğul olan “dırnaq arası” siyasətçilərin həbs olunmasını siyasi məhbus kimi qələmə verənlər və onlara dəstək verənlər ölkə daxilindən və xaricindən fərqi yoxdur bu insanların xarakterindən istifadə edərək onları siyasi alver predmetinə çevirir və xəyanət yolu ilə siyasi və maliyyə kapitalı əldə etməyə çalışıblar. Hakimiyyət isə dövlətin verdiyi səlahiyyətlərdən istifadə edərək bu aldadılmış və aldanmış şəxslərin davranışlarını lazımı həddə qədər nizamlayıb. Bu heç də siyasi rəqiblərlə mübarizə deyil; bu, zorakılığın qarşısını almaq üçün profilaktik tədbirlər planına uyğun, demokratik prinsiplərə söykənən idarəetmə metodudur. Əgər kimsə bundan narazıdırsa, ona sual etmək lazımdır: sənin zorakılıqla, kimlərinsə tapşırıqları ilə küçəyə çıxıb qanunsuz addımlar atanların qarşısını almaq üçün qanuni tədbirlər görülür, niyə narazısan? Sizin spekulyantlıq fəlsəfəsinə tam yiyələnib, o spekulyasiya etməyiniz indiki dövrdə qətiyyən yerimir. Ona görə də özü yıxılan ağlamaz. Siz özünüz-özünüzü idarə edə bilmədiniz və bu, heç kimin günahı deyil. Dəyərli soydaşlar, siz fikir verin: hansı zamanlarda “çıxın küçələrə, dağıdın, sökün” çağırışları gəlib və xaricdən xain kuklaların çağırışlarını buradakı zorakılıq sevdalıları necə həyata keçirib. Ustalıqla.... Amma bu, o demək deyil ki, biz sizin gizli və məkrli planlarınızdan bixəbərik qətiyyən elə deyil. Sizin siyasi “dırnaq arası” taktikanız artıq köhnəlib”. 

O, deyib ki, dövləti, dövlətimizi və vətənimizi qorumaq üçün verilən qərarlar, atılan addımlar və edilən həbslər rəqiblə mübarizə deyil, rəqabət prinsiplərini pozmaq da deyil:

“Bunlar təhlükəsizliyimizə qarşı kənar müdaxilələrin qarşısını almaq üçün atılan addımlardır. Bu məsələləri hər zaman başqa cür yozanlara imkan verilməməlidir. Nəzərdə tutduğumuz həmin təbəqə özünü çox ədəbsiz, aqressiv və ağılsız manqurt kimi aparır. Bunun kifayət qədər səbəbləri var. Ən başlıcası isə özlərini idarə olunan sinfə aid etmələridir. O idarəetmədə inkişaf yoxdur; o idarəetmə dövlətə düşmən çevrilmə məktəbidir. O məktəblərdən çıxın çünki o məktəblər sizi uçuruma aparır. Silah, fiziki təzyiq, çevriliş və iğtişaşlar siyasi təfəkkürdən uzaq olmalıdır və belə zorakı üsullara qarşı siyasət daha sərt və dəqiq olmalıdır. Hər bir problemin qanuni dialoq və institusional yolları var. Siz dialoqdan qaçırsınız, qanundan yayınır, qanunu pozub siyasi fəallıq edirsiniz. Həbs olunanda isə özünüzü siyasi məhbus sayırsınız. Halbuki siyasi məhbus fikirinə görə həbs ediləndir və bu gün hər kəs öz fikrini sərbəst və azad şəkildə bildirir. Fikir bildirməyi də bacarmırsınız ədəbsiz, tərbiyəsiz və söyüşlü üsullarla mübarizə aparırsınız. Üstəlik, qanunsuz iğtişaşlara sövq edən dairələrin tapşırıqları ilə hərəkət edirsiniz. Sizin etdikləriniz cinayət məsuliyyəti yaradır, siyasi mövqe deyil. Heç kəs ölkədə siyasi sabitliyi poza bilməz, heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz. Bunların qarşısı mütləq alınacaq!”.

Vasif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Yanvar 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri