Icma.az
close
up
RU
“Heç kim bizə deməyib ki, sən Allah, get həkim ol, insanlara minnət qoymamalıyıq”

“Heç kim bizə deməyib ki, sən Allah, get həkim ol, insanlara minnət qoymamalıyıq”

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


“Son günlər həkimlərin həbs edilməsinə qarşı digər həkimlərin etirazı, dözümsüzlüyü və hətta həkimlərə qarşı sanki bir ayrıcalıq istəmələri cəmiyyət tərəfindən haqlı olaraq birmənalı qarşılanmır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev öz sosial media hesabında yazıb.
“Bu xalq zaman-zaman həkim səhvlərindən, həkim səhlənkarlığından, həkim özbaşınalığından da çox əziyyət çəkib. Yəni bu gün cəmiyyətdən yetəri qədər dəstək ala bilməməyimizin əsas səbəbini özümüzdə axtarmalıyıq. Məncə, həkimlərin digər insanlardan hüquq baxımından bir ayrıcalığı olmamalıdır, biz də hamı kimi bir insanıq və həkim olduğumuza, insanlara tibbi xidmət və tibbi yardım etdiyimizə görə heç kimə minnət qoymamalıyıq! Bu bizim işimizdir, bu bizim borcumuzdur! Heç kim bizə, amandı, sən Allah, get həkim ol, deməyib, bu yolu özümüz seçmişik, ona görə də həm şirinini, həm də acısını udmağa hazır olmalıyıq. İxtisasından asılı olmayaraq kimə qarşı haqsızlıq edilirsə, onu müdafiə etməliyik ki, sabah bizə qarşı da haqsızlıq olanda insanlar bizi müdafiə etsin. Yəni həkim olaraq haqqın tərəfində durmalıyıq, yoxsa ki, kimə nə olur olsun, ancaq həkimlərə toxunulmasın tələbində bulunmaq yalnışdır. Digər insanlara qarşı haqsızlıq ediləndə çox az sayda həkim etiraz edir, ancaq həkimlərə qarşı hər hansı bir hüquqi addım olanda xətrimizə dəyir. Mən haqsız yerə işdən çıxarılanda çox az sayda həkim etiraz etdi, daha doğrusu həkimlərdən çox digər insanlar etiraz etdi və yaxud bu gün nə qədər insan – siyasi məhbus həyatı yaşayanlar haqsız yerə həbs ediləndə çox az sayda həkim etiraz edib. Necə deyərlər, elin gözü tərəzidir, insanlar münasibət bildirməsələr də hər şeyi izləyirlər, kimin haqlı, kimin haqsız olduğunu çox gözəl bilirlər, sadəcə məqam gözləyirlər, fürsət olan kimi xalq öz münasibətini bildirəcək. Ona görə də hər zaman haqqı müdafiə edib, haqqın tərəfində durmalıyıq ki, sabah bizə qarşı haqsızlıq olanda insanlar bizi müdafiə etsinlər. Yoxsa ki, “nəyimə lazım, mən salim olum, cümlə-cahan batsa da batsın” prizmasından yanaşmaq doğru deyil və kötü sonuçlara gətirib çıxarır. Məxləs, bu gün hansısa bir həkimin həbsi bizi nə qədər ağrıdırsa, anlamalıyıq ki, digər ixtisas sahiblərinin haqsız həbsi də onun məsləkdaşlarını ağrıdır, ona görə də ixtisasından asılı olmayaraq haqsızlığa məruz qalan insanlara qarşı həkimlər də etiraz etməlidir. Allah haqsız yerə həbs edilənlərin hamısının qapılarını açsın, tezliklə ailələrinə, yaxınlarına qovuşsunlar!” – A. Əliyev bildirib.
Xatırladaq ki, bir neçə gün öncə burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı cərrah Sənan Mehdiyev həbs olunub. Bundan sonra onun həmkarlarından bir neçəsi cərrahın həbsinin yanlış addım olduğunu bildirib və həkimlərin həbs olunmasına etiraz ediblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 Yanvar 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri