Icma.az
close
up
RU
Devos heç zaman deməyib ki, Azadı agent kimi... Rayan

Devos heç zaman deməyib ki, Azadı agent kimi... Rayan

Icma.az, Axar.az saytına istinadən bildirir.

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi açıq iclasa yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları da qatılıblar.

Prosesdə təqsirləndirilən Azad Məmmədli dövlət ittihamçısı, vəkilləri və hakimlərin suallarını cavablandırıb.

O bildirib ki, Loran Lödi ilə Martin Rayanın vasitəsilə bir neçə dəfə görüşüb:

"Məndən Rusiya ilə əlaqəm barədə soruşdular. Fransa səfirliyinin əməkdaşlarının mənə verdiyi suallar müəyyən qədər şübhə yaratmışdı. Həm Loran Lödinin, həm də Frederik Devosun fikirləri məndə müəyyən təəssürat yaratdı. Mənə əməkdaşlıqla bağlı təkliflər etdilər. Mən isə onların təkliflərini qəti olaraq qəbul etmədim. Onların təkliflərinə rədd cavabı verdim. Amma təəssüf hissi keçirirəm ki, bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına məlumat verməmişəm. Həmin dövrdə dövlət üçün hər hansı bir təhlükə görmədim. Buna görə də bu məsələyə çox ciddi yanaşmadım".

Azad Məmmədli qeyd edib ki, həmçinin Loran Lödi ona Bişkekdə keçirilən Avrasiya İqtisadi Forumu ilə bağlı suallar verib: "Mən isə bunun Azərbaycana aidiyyəti olmadığı üçün nəzərə almadım. Bununla bağlı da heç bir müvafiq quruma müraciət etmədim. Çünki bu tədbirin Azərbaycanla bağlı əlaqəsi olmayıb, başqa bir ölkənin ərazisində keçirilib. Tədbirlə bağlı açıq məlumatlar var idi. Hər bir kəs də həmin məlumatlarla tanış ola bilərdi".

Azad Məmmədlinin ifadəsinə görə, daha sonra Fransaya aid olmayan başqa bir ölkəyə gedib.

Onun sözlərinə görə, Loranı cəmi bir dəfə tədbirdə görüb:

"Onunla da məni Martin Rayan tanış edib. Martin mənə dedi ki, Loran keçmiş polis əməkdaşı olub və hazırda Fransa səfirliyinin təhlükəsizliyinə cavabdeh şəxsdir. Onlar məndən siyasi məsələlərlə bağlı geopolitik təhlil istəyirdilər. Mən isə bundan imtina etmişəm. Mən hər hansı dövlət sirri və yaxud heç bir məlumat ötürməmişəm. Onlar mənim Rusiyada təhsil aldığımı bilirdilər, əlaqələrim olduğu üçün əməkdaşlıq təklif edirdilər. Mən onlara nə yazılı, nə də şifahi məlumat vermişəm. Subyektiv fikirlərimi bildirmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, Fransa səfirliyinin əməkdaşları ilə münasibətinin yaranmasının səbəbi Martin Rayan olub. Martin Ryan ilə çox yaxın dostluq etdiyini deyən Azad Məmmədli bildirib ki, Fransa səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşları ilə tanış olub və bu tanışlıq Martinin vasitəsilə olub: "Martin onlarla səmimi söhbətlər edirdi. Bu zaman sanki psixoloji cəhətdən məni onlarla yaxınlaşdırdı, səfirliyinin işçiləri ilə aramda bir üçbucaq yaratdı. Bəlkə də Martinlə səfirliyinin işçiləri tərəfindən bu məqsədyönlü olub".

Sualları cavablandıran təqsirləndirilən şəxs Fransa səfirliyinin əməkdaşları tərəfindən ona kitab hədiyyə olunması məsələsinə də aydınlıq gətirib:

"Bir dəfə Böyük Britaniya gedən zaman mənə Fransa səfirliyinin əməkdaşları tərəfindən kitab hədiyyə edildi. Həmin kitab Britaniyanın gəzməli, görməli yerləri ilə bağlı idi. Bu kitabın da bir dəyəri var idi. Çünki kitabda həmin ölkəni gəzmək üçün xeyli məlumatlar var idi. Bu məsələnin ittihama mahiyyətcə bir aidiyyəti olmayıb. Mən ümumiyyətlə dövlət və məhkəmə qarşısında Martin Rayanla bağlı faktlar açıqlayacam. On minlərlə pulu o qazanıb. Mən Fransa səfirliyi ilə bağlı hər hansı bir maddi xeyr, imtiyaz qazanmamışam. Martinin hərəkətləri ilə bağlı bəyanat yayacam. Martin mənə oyunlar qurub və tələyə salıb. Casusluq oyununu bunlar yaxşı qurub. Mən Fransa səfirliyi ilə bütün əlaqələri kəsmişdim. Çox təəssüf ki, həmin vaxt Martinlə əlaqələrimi kəsmədim".

Təqsirləndirlilən şəxs qeyd edib ki, Frederik Devos ilə birbaşa əlaqəsi olmayıb. Onun sözlərinə görə, ona bir dəfə işə qəbulla bağlı CV göndərib, onunla başqa heç bir yazışması olmayıb.

Daha sonra digər təqsirləndirilən Martin Rayan Azad Məmmədlinin verdiyi ifadəyə münasibət bildirib. O bildirib ki, Azad Məmmədlini agent kimi heç kimlə tanış etməyib:

"2021-ci ildə Devos Rusiyanı yaxşı tanıyan bilikli, rus dilində bilən adam axtarırdı. Həmin vaxt Azad da iş axtarırdı. Mən onların ikisini bir-biri ilə tanış elədim. 2022-ci ilin oktyabrın ayında görüşlərdə artıq təhlükə hiss elədim. Lakin vəziyyət o qədər pis deyildi. Devos heç zaman mənə deməyib ki, Azadı agent kimi cəlb etmək istəyir. Aramızda görüşlər olub, həmin görüşləri mən təşkil etmişəm. Devosun məqsədi Azərbaycanda Fransa dilini yaxşı bilən, Rusiyanın geosiyasi politikasını izləyən adamlarla tanış olmaq idi. Azad Məmmədli onlarla söhbət edəndə suallardan bildi ki, qarşısındakılar agentdirlər. Lakin o sonradan əlaqələrini davam etdirdi. Mənsiz də Devosla görüşüb. Hətta Azad Məmmədli mənə səfirlikdən maddi gəlir qazana biləcəyi ilə bağlı sual verib. Mən isə bunun çox təhlükəli olduğunu demişəm. O da mənimlə razılaşıb. Əgər mən agent olsaydım, Azadı cəlb etməyə cəhd etsəydim, ona heç vaxt bu işlərin təhlükəli olmasını deməzdim".

Azad Məmmədli qeyd edib ki, Martin Rayan Vətən müharibəsi dövründə Azərbaycanla bağlı Fransa səfirliyinə onlarla cinayət tərkibli məlumat verib, tapşırıqların çoxu hərbi təyinatlı məlumat olub:

"Martinin özü də etiraf edib ki, bu cür tapşırıqları icra edib. Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib. İlqar adlı iş adamı ilə bağlı məlumatları Fransa kəşfiyyatına verib. Əslində Martinin şərab biznesi ilə məşğul olması, şahmat müəllimi kimi dərs keçməsi pərdələnməkdən başqa bir şey deyildi. O, potensial agent olub, müəyyən işlərlə də məşğul olubdur. İlqarın övladına şahmat dərsi keçməsi də bu əməlinin tərkib hissəsidir".

Azad Məmmədli əlavə edib ki, Martin Rayan əvvəllər hərbçi olmuş şəxs barədə də məlumatları Fransa səfirliyinə ötürüb:

"Martin bu əməlləri dostluq münasibətləri adı altında edib. Azərbaycanlı biznesmenlərlə dostluq edərək tora salıb və onlarla bağlı məlumatları toplayaraq Fransa kəşfiyyatına verib. Bu hərəkətləri ilə onlarla vətəndaşımızı tora salıb. Martin ən son qurbanı mən olmuşam".

Təqsirləndirilən şəxs bildirib ki, Fransa kəşfiyyat orqanının əməkdaşları ilə "Siqnal" tətbiqi vasitəsilə yazışmalar aparıb:

"Mənə səfirlikdən həmin tətbiq vasitəsilə yazırdılar ki, tədbirlərə falan dəvəti buradan edəcəklər. Mən əlaqələri kəsəndən cəmi bir dəfə yazıblar, həmin mesaja cavab verməmişəm. İstintaq dövründə məlumatları oxuyan zaman dəhşətə gəldim. Məlum oldu ki, Fransa kəşfiyyatı Martin Ryana birbaşa pul verməyib. Onlar Azərbaycanda yaşayan İsveç vətəndaşı ilə Martini tanış ediblər. Həmin şəxsin əli ilə böyük məbləğdə pul ödənilib. Həmin İsveç vətəndaşı milyonerdir. Devos tərəfindən həmin adam Martini maliyyələşdirib. Martinin Bakıda biznes fəaliyyəti elə də pullu olmayıb. Amma qısa bir müddətdə Bakının mərkəzi yerlərindən birində iki otaqlı ev alıb. Özündən bu pulu haradan tapdığını soruşanda dedi ki, Fransadan atası və anası pul göndərib. Bu da məndə başqa bir şübhə yaradıb".

Azad Məmmədli qeyd edib ki, bu cinayət işi təkcə onlardan, Fransa səfirliyindən və həmin dövlətin agentlərindən ibarət deyil, bu daha qlobal olub. Onun sözlərinə görə, Martin Azərbaycanla bağlı 50-yə yaxın hərbi təyinatlı məlumatları öz ölkəsinin kəşfiyyat orqanlarına ötürüb:

"İndi burada deyir ki, agent deyiləm. O, birbaşa agent olub. Birbaşa və ya dolayı yolla maliyyələşib. Martin tapşırıqları icra edib. Bunu da bilə-bilə edib".

Növbəti proses iyunun 23-də davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 May 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri