Icma.az
close
up
RU
“Heç kim bizə gedin, torpaqlarınızı azad edin deməyib” Millət vəkili

“Heç kim bizə gedin, torpaqlarınızı azad edin deməyib” Millət vəkili

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışını proqram xarakterli çıxış hesab edirəm. Bu çıxışda Azərbaycanın dünəni, bu günü və gələcəyinin əsas konturları geniş şəkildə öz əksini tapıb”.

Bunu Redaktor.az-a açıqlamasında deputat Azər Badamov dedi.

Onun sözlərinə görə, dövlət başçısı çıxışında Azərbaycanın 1980-ci illərin sonlarından başlayaraq üzləşdiyi faciələrə, bu faciələrin səbəblərinə, Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən ictimai-siyasi reallıqlara və partiyanın hakimiyyətdə olduğu illərdə ölkənin keçdiyi inkişaf yoluna geniş şəkildə toxunub.

Deputat qeyd etdi ki, çıxışda Azərbaycanın əldə etdiyi Zəfərə və suverenliyinin tam bərpa olunmasına aparan mərhələlər, eləcə də qurultayın keçirildiyi reallıqlar və qarşıda duran əsas vəzifələr də aydın şəkildə ifadə olunub:

“Məncə, bu çıxışın ən mühüm məqamlarından biri Azərbaycanın əldə etdiyi uğurların hansı şərtlər hesabına mümkün olduğunu ortaya qoyması idi. Təbii ki, əldə etdiyimiz bütün nailiyyətlər heç kimin bizə hazır şəkildə təqdim etdiyi imkanlar hesabına əldə olunmayıb. Azərbaycan öz gücünə, iqtisadi imkanlarına, xalqın iradəsinə, milli birlik və həmrəyliyə, ən əsası isə həyata keçirilən düzgün və ardıcıl siyasi kursa söykənərək bu nəticələri əldə edib.

Biz 1990-cı illərin əvvəllərində son dərəcə ağır və mürəkkəb dövr yaşadıq. Azərbaycanın ərazilərinin 20 faizi işğal olundu, ölkəmiz böyük humanitar fəlakətlə üzləşdi. Beynəlxalq müstəvidə də vəziyyət heç də ədalətli deyildi. Azərbaycan öz əraziləri işğala məruz qalan tərəf olsa da, müəyyən beynəlxalq dairələr tərəfindən sanki işğalçı tərəf kimi təqdim olunurdu.

Həmin dövrdə 8 milyon əhalisi olan Azərbaycanda 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, ağır sosial şəraitdə, çadır şəhərciklərində yaşamağa məcbur olmuşdu. Ölkənin iqtisadi vəziyyəti son dərəcə ağır idi. Amma bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı öz dövlətinin gələcəyinə inamını itirmədi. Heç kim o ağır vəziyyətdən çıxmağımız üçün bizə hazır şəkildə iqtisadi resurs təqdim etmədi”.

A.Badаmov bildirdi ki, Azərbaycanın iqtisadi inkişafının əsaslarının formalaşmasında ulu öndər Heydər Əliyevin siyasəti və 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” mühüm rol oynayıb:

“Bununla da ölkənin gələcək iqtisadi inkişafı üçün möhkəm təməllər yaradıldı. Sonrakı illərdə Azərbaycan əldə etdiyi iqtisadi imkanlardan səmərəli istifadə edərək həm ölkənin inkişafını təmin etdi, həm də güclü ordu quruculuğuna nail oldu. Ordumuz müasir silah və texnika ilə təchiz edildi. Burada da Azərbaycan heç də həmişə asan şəraitlə üzləşməyib. Müxtəlif dövrlərdə bizə silah satmaq istəməyən ölkələr və məhdudiyyətlər olub. Azərbaycan məcbur olub silahları bazar qiymətləri ilə, bəzi hallarda isə daha baha qiymətlərlə almışdır”.

Millət vəkili qeyd etdi ki, Azərbaycanın əldə etdiyi Zəfərin arxasında uzun illər ərzində aparılan iqtisadi, siyasi və hərbi hazırlıq dayanır:

“Heç kim bizə pulsuz olaraq bir güllə belə verib “gedin, torpaqlarınızı azad edin” deməyib. Əksinə, Azərbaycan öz imkanları hesabına güclü ordu qurub, iqtisadiyyatını inkişaf etdirib və öz milli maraqlarını təmin etmək üçün bütün zəruri resursları formalaşdırıb.

Bu baxımdan, Prezident İlham Əliyevin qurultaydakı çıxışında Azərbaycanın heç kimdən pulsuz yardım gözləmədən öz gücünə arxalanaraq inkişaf etdiyini xüsusi vurğulaması mühüm siyasi mesajdır. Çünki əldə etdiyimiz nəticələrin hansı şərtlər daxilində formalaşdığını həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq ictimaiyyətin bilməsi vacibdir”.

Deputat vurğuladı ki, Azərbaycan hazırda müstəqil, iqtisadi və hərbi imkanlara malik, milli maraqlarını müdafiə etmək iqtidarında olan dövlətdir:

“Biz bu mərhələyə hazır şəkildə gətirilməmişik. Bu nəticə uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, xalq-iqtidar birliyinin, milli həmrəyliyin və Azərbaycanın öz imkanlarından düzgün istifadə etməsinin nəticəsidir. Məhz buna görə Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışı təkcə görülən işlərin hesabatı deyil, həm də Azərbaycanın hansı yoldan keçərək bu günə gəldiyini və qarşıda hansı vəzifələrin dayandığını göstərən siyasi proqram xarakterli çıxış kimi qiymətləndirilə bilər”.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Oktyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri