Icma.az
close
up
RU
Heç kim deyə bilməz ki, hücum etmirdik Ayxan Abbasov

Heç kim deyə bilməz ki, hücum etmirdik Ayxan Abbasov

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Millimiz bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan komandamız Polşanın Krakov şəhərində Ukrayna yığmasının qonağı olub. Matç Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Dünən qayğılı olduq. Amma futbolçular xarakter göstərdi. Təşəkkür edirəm. Üç gündən bir böyük komandalara qarşı oynamaq vacib idi. Futbolçularımdan inamlı, rahat olmaqlarını istəmişdik. Bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalıydıq. 10-15 dəqiqəsi çox çətin keçdi. Qələbə qazanmaq istəyirdilər. Nəriman Axundzadənin epizodunu dəyərləndirsəydik, bəlkə başqa cür olardı. Gələcəyə nikbin baxırıq, bu komandanın potensialı var. Ruh və istək olduqdan sonra nəticə gələcək. Evdə 2 oyunumuz var. Ona hazırlaşacağıq. Çalışacağıq ki, xallarımızın sayını artıraq.
- Üç gündən bir oynamağa öyrəşmək üçün nə etmək lazımdı?
- Uzun söhbətdi. Futbolçularımızın təməli gənc yaşlarından buna öyrəşməlidi. Bəlkə də liqalarda oyunların sayını çoxaltmaq lazımdı. Ukrayna ilə yaxşı mübarizə apardıq. Bəlkə 1-ci oyun Ukraynaya qarşı oynasaydıq, başqa cür olardı. Çempionatımızın tempi, futbolçularımız 90 dəqiqə oynasa, daha yaxşı olar. Amma inanın ki, bu gün futbolçular əllərindən gələnin artığını etməyə çalışdı.
- 30 ildən sonra milli qoşa oyunların əziyyətini çəkib. Adətən uğursuzluq olub. Fransadan sonra Ukraynaya məğlubiyyəti əlaqələndirmək olar?
- Futbolda öncədən nəsə demək çətindi. İslandiyadan sonra xal qazandıq. Hər kəs düşünürdü ki, uşaqlar uzaq yoldan gəlib. Bəzən istək, ruh olanda yorğunluğu da hiss etmirlər. Emin Mahmudov fiziki göstəricilərinə görə komandanın ən yaxşısıdı. Bəlkə də Eminin gücü yox idi. Amma necə sürüşmə fəndi etdi. Bütün futbolçular yorğun olsalar da, mübarizə aparırdı. Uduzmaq istəmirdilər. Buna öyrəşməliyik. Futbolçulara səhər demişdim ki, yorğunluğu özümüzə psixoloji problem etməyək. Rəqib də yoldan gəlmişdi. Öyrəşmək lazımdı. Turnir bunu tələb edir.
- Komandada özgüvən artarsa, gediləcək yolun neçə faizi olar?
- Ruhumuz olmasa, istəyirsiz yaxşı futbolçunuz olsun, komanda etmək çətin edəcək. Millidə böyük vaxt da yoxdu. 4-5 gündə yığışıb, belə oyunlara hazırlaşmaq üçün deyirəm. 1-ci və 2-ci toplanışda komandada fərq var. Oyun var. Fransa imkan vermədi. Onlara qarşı da istəyirdik bunu. Fransa oyunu uşaqlara güvən vermişdi. Bu gün daha güvənli idilər. Belə oynasaq, belə davam edəriksə, faiz etibarı ilə artacaq. Məncə, daha yaxşı ola bilərik.
- Komanda ilyarımdı ki, qələbə qazana bilmir. İslandiya ilə Bakıdakı görüş var. Bu oyunda qələbə üçün riskə getməyi planlaşdırırsız?
- İkili oyunlara sistemi oturtmaq istəyirik, komanda olaraq oyunumuzu qazandırmaq istəyirik. Rəqib nə qədər imkan verirsə, hücum etməyə çalışırıq. Heç kim deyə bilməz ki, hücum etmirdik. Çoxdandı qələbə qazanmırıq...Bu gün belə rəqiblərlə çətindi, gerçək danışaq. İslandiya ilə matçda mən də ümidliyəm, azarkeş dəstəyini görmək istəyirik. Fransa və Ukraynanı gördüz, fərqi sezdiz. Burda da artırmalıyıq. Azarkeşlər də bilirəm ki, millidən güvən verən oyunu istəyir. Hamısı birlikdə, azarkeş dəstəyi olsa, biz də evdə dominant, istəkli olarıq. Nəriman Axundzadə zədədən gəlmişdi, Musa Qurbanlı oyuna yaxşı girdi, Toral Bayramovu qeyd edərəm. Mahir Emreli və Rüstəm Əhmədzadə yaxşı formada olsa, bizim üçün yaxşıdı. Abbas və Elvin də hücumda köməyi dəydi, yaxşı idi.
- Bu gün premyer-liqamızdakı hansı legioner olsaydı, bir xal qazanmaq olardı?
- Legioner desəm, komandama qarşı haqsızlıq edərdim. Adını desəm...(gülür). Amma var. İslandiya və Farer adalarında 3-4 oyunçu var. Futbolçularım bu gün pis deyildi.
- Milli komandanın daha yaxşı olması üçün, həm də klubların işləməsi lazımdı. Abdulla Xaybulllayevi sizin kəşfiniz hesab edə bilərik. Klublar yerlilərin inkişafı üçün dəstək verməlidi?
- Yaxşı mövzudu. Təəssüf ki, mən həm də klub məşqçisiyəm, nəsə desəm, düz anlaşılmır. Şahruddin oyunu buraxacaq. Nə edək? O epizodda qırmızı vərəqəyə baxılmalı idi. Düzdü, o epizoda getməməli idi. Amma biz bir qapıçıdan ibarət olmalı deyilik. Qapıçılarımız var, güvənməliyik. Futbolçuların da günahı var. Onlar da qərar verməlidi ki, klubda oynamaq ehtimalı azdısa....Rüstəm Əhmədzadəni bu gün alqışlamalıyıq. "Sumqayıt"a gəldikdən sonra tam başqa olub. Demək ki, futbolçular öz komandalarını tapmalıdı. İddialı klublardan getmək istəmirlər, rahatdılar. Futbolçular oynasa, milli üçün yaxşı olacaq. Bəzi məsələlər var ki, rəhbərliklə müzakirə edirik. Yaralı yerimizdi. Ümidliyəm ki, daha yaxşı olacağıq.
- Bundan sonra millidən nə gözləyək? Komanda əzmkar oldu, maksimum gözəl müdafiəyə çalışdı. Amma 180 dəqiqəyə 2 zərbə vurduq. Əzmkarlıq və müdafiə olunmaq sarıdan irəlilədik. Xal üçün qapıya zərbə lazımdı...
- Qapıya zərbə lazımdı. Zərbə çox oldu. Bizə yaxın rəqiblərlə başabaş və üstün oynaya bilərik. Bunu elə-belə demədim. Komandamın potensialını görüb, bunu deyirəm. Eyni səviyyədə olan rəqiblərlə daha üstün oynaya bilərik. Ukrayna ilə bizi müqayisə etsək, bizdən üstündülər. Hər şey asan danışılası deyil, amma əzmkarlığı rahat deyirik. Amma o da yox idi axı. Nə qədər deyirdik ki, millidən əzmkarlıq istəyirik. Bu gün bu var. Bunu asanlıqla demək və üstündən keçmək... Buna da qiymət vermək lazımdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:371
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Oktyabr 2025 03:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri