Icma.az
close
up
RU
Heç kim unudulmur, heç nə yaddan çıxmır

Heç kim unudulmur, heç nə yaddan çıxmır

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Bəşəriyyət tarixinin ən qanlı səhifələrindən olan İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşaraq həyatlarını itirən soydaşlarımızın əziz xatirəsi qəlbimizdə yaşayır və bundan sonra da yaşayacaq. Heç kim unudulmur və heç nə yaddan çıxmır. Bu günlərdə Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Bəhs olunan sərəncam müvafiq kateqoriyadan olan vətəndaşların daim yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını bir daha təsdiq edir.

Birdəfəlik maddi yardım ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Azərbaycan”a verilən məlumata görə, sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2500 manat birdəfəlik maddi yardım ödəniləcək.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncamın ümumilikdə 2469 şəxsə şamil olunacağı gözlənilir və onlardan 21-i İkinci Dünya müharibəsi iştirakçısıdır.

Birdəfəlik maddi yardımların verilməsi üçün sərəncamla Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

Azərbaycanın oğul və qızlarının fədakarlığı

İldırım süətli müharibə planında neft Bakısının ələ keçirilməsinə xüsusi diqqət yetirilmişdi. Təsadüfi deyil ki, Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Əgər neft Bakısı işğala məruz qalsa idi, müharibənin yekunu tamam fərqli ola bilərdi.

Ancaq xoşbəxtlikdən bu, baş vermədi. Keçmiş ittifaqda ön və arxa cəbhənin fədakarlığı sayəsində ümumi düşmən üzərində qələbə təmin edildi. İkinci Dünya müharibəsində cəbhə xətti Azərbaycandan uzaqdan keçsə də, respublikamız ümumi qələbənin təmin olunmasına və faşizmin süqutuna sanballı töhfələr verib. Müharibənin elə ilk günlərindən bütün Azərbaycan cəmiyyəti düşmənə qarşı mübarizəyə köklənib. Müharibə illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və fədakarlıq nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Respublikamızı təmsil edən diviziyalar Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçərək düşmənə sarsıdıcı zərbələr vurublar. Həmvətənlərimizin  130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni qəhrəmanlıq səhifələri yazıblar...

Həmçinin İkinci Dünya müharibəsi illərində respublikamızda arxa cəbhənin fədakarlığı da minnətdarıq hissi ilə anılır. Respublikamızda qısa müddətdə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə böyük işlər aparıldı. Bakı, sözün əsl mənasında, döyüşən ordu üçün silah-sursat istehsalı mərkəzinə çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər. 1941-ci ildə respublikamızda 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Statistik məlumatda bildirilir ki, müharibə illərində keçmiş ittifaqda hər beş təyyarədən, tankdan və avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib...

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri