Qəbiristanlığa uşaq aparmaq düzgündür? İslam dini deyir ki…
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qəbiristanlığa uşaqların aparılmasının məqsədəuyğun olub-olmaması cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardandır və bu məsələ dini baxımdan da maraq doğurur. Maraqlıdır, qəbiristanlığa uşaqların aparılmasının məhdudlaşdırılması mümkündürmü?
KONKRET.az-a açıqlamasında ilahiyyatçı qeyd edib ki, uşaqların məzarlığa aparılmaması ilə bağlı dində konkret qadağa yoxdur. Onun sözlərinə görə, İslam tarixində çox körpə, südəmər uşaqların məzarlığa aparılması ilə bağlı nümunələrə də rast gəlinmir.
Tural İrfan bildirib ki, bəzi inanclara əsasən azyaşlı uşaqlar məzarlıq mühitində qorxa, psixoloji təsirə məruz qala bilərlər.
“Bu baxımdan pisi yaxşıdan ayırd etmək yaşına çatmayan körpələrin qəbiristanlığa aparılmasına ehtiyac yoxdur. Həddi-büluğa çatan, dinin əsas qaydalarını bilən uşaqların qəbir ziyarətinə getməsində isə problem yoxdur”.
Onun sözlərinə görə, məzarlığa daxil olarkən oxunan dualar və riayət edilən qaydalar uşaqlara öyrədilməlidir:
“Məzarlığa adi bir yer kimi, səssiz-səmirsiz daxil olmaq düzgün deyil. Oranın özünəməxsus mənəvi mühiti var. Uşaqlar da dua oxumağı, özlərini mənəvi cəhətdən qorumağı öyrənməlidirlər. Bu da valideynlərin üzərinə düşür”.
Tural İrfan əlavə edib ki, dəfn mərasimlərində uşaqların iştirakı məqsədəuyğun sayılmır.
“Qəbir ziyarəti isə daha çox baba-nənə kimi yaxınların ziyarəti məqsədilə, mütləq böyüklərin nəzarəti altında həyata keçirilməlidir. Uşaqların təkbaşına məzarlığa getməsi qorxu və psixoloji travma riskini artırır”.
İlahiyyatçı həmçinin təhlükəsizlik məsələsinə də diqqət çəkib. Bildirib ki, məzarlıqlarda heyvanlar, ilanlar və digər risklər ola bilər. Bundan başqa, bəzi məzarlıqların qara və vahiməli tərzdə salınmasının hətta böyüklərdə belə qorxu yaratdığını deyib.
Nəticə olaraq Tural İrfan qeyd edib ki, azyaşlı uşaqların məzarlığa aparılması və orada ayinlərdə iştirakı düzgün hesab edilmir, lakin yaşına və psixoloji hazırlığına uyğun şəkildə, böyüklərin müşayiəti ilə qəbir ziyarəti mümkündür.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 02 Yanvar 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















