Icma.az
close
up
RU
“Həcmcə böyük, məzmunca strateji” Tanınmış iqtisadçı yeni əsasnamədən danışdı

“Həcmcə böyük, məzmunca strateji” Tanınmış iqtisadçı yeni əsasnamədən danışdı

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“3 gün əvvəl “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi. Açığı, 2-3 gündür ki, oxumağa vaxt tapmırdım. Amma bu gün sona qədər diqqətlə oxudum. Sənəd həcmcə böyükdür, məzmunca isə olduqca stratejidir”.

Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov sosial şəbəkədəki hesabında yazıb.
E.Əmirovun fikrinə görə, kənar maneələr və təzyiqlər olmazsa, bu sənəd, daha doğrusu bu informasiya sistemi dövlət maliyyə idarəçiliyinin arxitekturasının dəyişə bilər: “O ki, qaldı bu sistemin əsas məqamlarına. Qısa desəm, dövlət büdcəsi, dövlət borcu, xəzinədarlıq, investisiya layihələri, inzibati cərimələr, rüsumlar, dövlət müəssisələri, mühasibat uçotu və bu sistemlə əlaqəli nə varsa, hamısı vahid rəqəmsal platformada toplanır”.
İqtisadçı qeyd edir ki, sistemdə məlumatlar real vaxt rejimində izlənilir, təhlil edilir və proqnozlaşdırılır: “Büdcə xərcləri üzrə nəzarət mexanizmi güclənir, “sonradan yoxlama” əvəzinə “icra zamanı monitorinq” yanaşması tətbiq olunur.
Eyni zamanda güzəştlərin, azadolmaların, subsidiyaların büdcəyə real təsiri ölçülə bilən olur. Dövlət müəssisələri üzrə maliyyə intizamı və şəffaflıq sistemli şəkildə artırılır.
Həmçinin, elektron müqavilə, elektron mühasibat, elektron rüsum və mədaxil mexanizmləri kölgəni daraldır, hesabatlılığı genişləndirir”.
Ekspertin qeyd edir ki, məsələnin ən vacib tərəfi isə budur ki, bu əsasnamə maliyyə dayanıqlığı, şəffaflıq, hesabatlılıq və dövlət vəsaitinə nəzarət baxımından uzun müddətdir danışılan, amma bəzi hissələri parçalı şəkildə tətbiq edilən yanaşmaları vahid sistemə birləşdirir:
“Əlqərəz, kənar müdaxilələrsiz və texniki-institusional baxımdan düzgün icra edilərsə, bu sistem dövlət maliyyəsinin idarə olunmasında qaydaları dəyişə bilər (kosmetik yox, köklü) . Hansı ki, indiki mərhələdə ölkə üçün məhz belə bir dönüş nöqtəsinə ehtiyac var”.
Gülsüm, BakuPost
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Yanvar 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri