Icma.az
close
up
RU
Tanınmış iqtisadçı ölkə futbolu haqqında danışdı: “Yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur”

Tanınmış iqtisadçı ölkə futbolu haqqında danışdı: “Yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur”

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AFFA-nın Hesabat Konfransında açıqladığı 2024-cü ildəki xərcləri müzakirələrə səbəb olub. Federasiyanın hesabatına əsasən, ötən il 33 milyon 448 min manat pul xərclənib. Bu pulun 15 milyon manatdan çoxu milli komanda üçün, 6 milyon manatı isə əməkhaqqı və ezamiyyə üçün xərcləndiyi bildirilib.

Hazırda FİFA reytinqində 119-cu yerdə qərarlaşan Azərbaycan milli komandası ötən il çox zəif nəticələr göstərib. Əsas yığmamız Millətlər Liqasında C Liqasından D Liqasına yuvarlanıb. Onunla bərabər, U-21, U-19 millilərimiz də ürəkaçan nəticə əldə etməyib. Bu səbəbdən də AFFA-nın milli komandalar üçün ayırdığı 16 milyona yaxın vəsaitin hansı istiqamətə xərcləndiyi ciddi müzakirə mövzusuna çevrilib. Məsələ yalnız idman mətbuatında yox, ictimai-siyasi sahədə də müzakirəyə çevrilib. Azarkeşlər və bəzi mütəxəssislər AFFA-ya dövlət tərəfindən ayrılan məbləğin necə istifadə edildiyi və ayrılan vəsaitlə daha böyük işlər görülə biləcəyini vurğualyır. Məsələyə münasibət bildirməsi üçün REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli ilə əlaqə saxladıq.

O, İdmanxeber.az saytına ölkə futboluna ayrılan vəsaitin və Azərbaycanda bu sahənin necə inkişaf etməsi barədə öz fikirlərini bildirib:

“Milli komandaya xərclənən vəsait çox güman ki, məşqçi heyətinə, onların saxlanılmasına və təlim-məşq toplanışlarına ayrılıb. Amma yenə də insanlarda haqlı şəkildə sual yaranır ki, bu qədər vəsait qarşısında niyə uğur qazanılmır? Çünki millinin uğurlu olması üçün klubların da uğurlu çıxış etməsi vacibdir. Başqa cür mümkün deyil. Bizdə yalnız “Qarabağ” beynəlxalq səviyyədə uğur qazana bilir. İstənilən ölkənin millisinin nəticələrini analiz etsək, iki məsələ ortaya çıxır: klubların güclənməsi, daxili çempionatın səviyyəsinin yüksəlməsi və legionerlərin sayının artması. Məsələn, Gürcüstanın son illərdə qazandığı uğurların əsas səbəbi yerli futbolçuların ölkə xaricində çıxış etməsidir. Onlar Avropanın ən səviyyəli liqalarında, Rusiyada çıxış edirlər. Bu iki məsələ həll olunmasa, yığma güclənməyəcək. Milliyə piar xatirinə tanınmış məşqçi gətirmək, onlara yüksək maaş vermək problemi həll etmir”.

Natiq Cəfərli Azərbaycanda futbol sahəsinin idarəçilyindən də söz açıb. O, əsas problemin uşaq futbolunda olduğunu bildirib:

“Futbolumuz bu səviyyədə olmasında idarəetmə, infrastruktur problemləri özünü göstərir. Azərbaycan çempionatına marağın az olması, maliyyə məsələləri, hamısı futbolun inkişafına təsir edir. Ölkədə cəmi bir-iki klub öz-özünü maliyyələşdirə bilir. Bu halda futbol necə inkişaf edə bilər? Yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur. Uşaq futboluna diqqət yetirilmədən heç bir ölkədə inkişaf olmur. Ona görə də bu məsələlər həllini tapmalıdır. Uzağa getmək lazım deyil. Gürcüstanda futbolun inkişafını nəzərə alaraq, bənzər modellər qura bilərik. Biz də Qafqaz ölkəsiyik, aşağı-yuxarı məktəbin formalaşmasında Gürcüstan örnəyinin ciddi rolu ola bilər”.

Həsən Quluzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 16 Aprel 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri