Icma.az
close
up
RU
Dolaşığa düşən AFFA İK üçün Əsasnamədən dərs ARAŞDIRMA

Dolaşığa düşən AFFA İK üçün Əsasnamədən dərs ARAŞDIRMA

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AFFA İcraiyyə Komitəsinin son qərarları geniş müzakirələrə səbəb oldu. Çoxdan idi futbolumuzda belə canlanma yaşanmırdı.

Növbəti mövsümdən APL-də 12 komanda iştirak edəcək. Arzulanan qərarın verilməsi futbol ictimaiyyəti arasında müsbət qarşılandı. Ümumiyyətlə, 8 komandalıq üzücü, yorucu çempionatdan yaxa qurtarmaq yolunda AFFA son 1-2 ildə əməlli addımlar atmışdı. İlk olaraq 10, indi isə 12 komanda.

Deməli, bunları əvvəlki illərdə də etmək olardı. Nəzərə alaq, komanda sayının artımının sponsorların fəaliyyəti ilə bağlılığı yoxdur. Dövlət dotasiyası sayəsində baş verən artım birbaşa assosiasiyanın fəaliyyəti ilə əlaqədardır.

Pozitiv dəyişikliklər regionların futbola cəlb edilməsi, coğrafiyanın genişləndirilməsi azarkeşlər arasında canfəşanlıq yaradıb. Lakin…

12 komandalı çempionatın keçirilməsi qərarı əlavə suallar yaratdı. Format, idman prinsiplərinin qorunması və s. amillər bu günə kimi müzakirə olunmaqdadır. Bu da verilən qərarların natamamlığından irəli gəlir.

Media olaraq proses daimi diqqətdə saxlanılır. Futbolpress.az saytı olaraq, bu istiqamətdə müxtəlif səpkidə araşdırma yazılarımız oldu.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevin, İK üzvü, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun açıqlamalarını oxucuların nəzərinə çatdırdıq.

Assosiasiya rəsmisi idman prinsipinin qorunmasını təsdiqləsə də, dolayı pley-off oyunlarının keçirilməsinin mümkünlüyünü də vurğuladı. Qurban müəllim isə birmənalı, APL sonuncusu ilə l liqa 3-cüsü arasında pley-off oyununun keçirilməsinin tərəfdarı olduğunu bildirdi. Son qərar isə İK-nın növbəti iclasında veriləcək.

Öz növbəmizdə araşdırmalarınızı davam etdirdik. Maraqlı və konkret məqamlar ortaya çıxdı. Bəlli oldu ki, dolaşığa düşdüyü zənn edilən sözügedən məsələ APL əsasnaməsində bütün detallarıyla nəzərə alınıb. Bu barədə bir qədər sonra…

Əvvəla qeyd edək ki, AFFA İK-nın toplantısında Premyer Liqa ilə bağlı müzakirələrdə, liqanı təşkil edən PFL nümayəndələrinin iştirak etməməsi təəccüb doğurur. Onlar İK üzvlərinə reqlament,əsasnamə ilə bağlı ətraflı məlumat verməli idilər.

Bu olmasa da belə, hər bir İK üzvünün bunları bilməsi birbaşa vəzifə borcudur.

Əsasnamədə ağ-qara yazılmış və hər şeyin göstərildiyi halda, çıxarılmış nəcib qərar niyə əlavə müzakirələrə səbəb olsun?

AFFA İK üzvləri qaydaları bilmirlər?

Ən azı, sənədlər onların qarşısına niyə qoyulmayıb və ya burada başqa mətləblər var?

APL əsasnaməsi/reqlamenti aşağıdakıları deyir:

4. Yarış dairəvi sistemlə (iki ev, iki səfər oyunu) 4 dövrədə keçirilir və 36 turdan ibarətdir. Mövsümün sonunda 10-cu yeri tutan komanda I Liqaya düşür. I Liqanın qalibi isə Premyer Liqaya yüksəlir. Əgər I Liqanın qalibi Premyer Liqada lisenziya şərtlərinə cavab vermirsə, bu halda həmin lisenziya şərtlərinə cavab verən I Liqada ən yüksək yeri tutmuş komanda Premyer Liqaya yüksəlir. Premyer Liqada lisenziya şərtlərinə cavab verməyən digər komanda və ya komandalar olarsa, onları I Liqada digər yüksək yerləri tutmuş və lisenziya şərtlərinə cavab verən komanda və ya komandalar əvəzləyir. Əgər 2025/26 mövsümü AFFA İcraiyyə Komitəsinin qərarı ilə 12 komandanın iştirakı ilə keçirilərsə, bu zaman 2024/25 mövsümündə Premyer Liqada sonuncu yeri tutmuş komanda I Liqaya düşəcək, I Liqada lisenziya şərtlərini yerinə yetirən və ən yüksək 3 yeri tutmuş komanda Premyer Liqaya vəsiqə qazanacaq. Premyer Liqada lisenziya şərtlərinə cavab verməyən digər komanda və ya komandalar olarsa, onları I Liqada digər yüksək yerləri tutmuş və lisenziya şərtlərinə cavab verən komanda və ya komandalar əvəzləyəcək. Premyer Liqaya yüksələcək və Premyer Liqanı tərk edəcək komandaların sayı, eləcə də digər fors-major hallarla bağlı yekun qərarı AFFA İcraiyyə Komitəsi verir.

6. Premyer Liqada iştirak etmək hüququ qazanan I Liqa klubu tələblərə və lisenziyalaşdırma normalarına tam cavab verməzsə və ya iştirak etməkdən imtina edərsə, həmin klubun əvəzinə I Liqada digər yüksək yeri tutmuş klub Premyer Liqada iştirak etmək hüququ qazanır. Bu qayda tələb olunan lisenziya normalarına tam cavab verən klublara şamil edilir.

Ağ-qara və aydın olaraq yazılıb, liqa sonuncusu istənilən halda APL-i tərk etməlidir.

Komanda sayı artırılacağı halda belə, l liqada ilk 3 yeri tutan komanda Premyer Liqaya vəsiqə qazanır. Yeganə şərt, lisenziya tələblərinin yetirilməsidir. Hətta bu halda belə, APL sonuncusu yox, aşağı liqada sıralamaya və tələblərə uyğun növbəti komandaya üstünlük verilir. Yəni istənilən halda APL sonuncusunun geridönüş şansı yoxdur, liqanın tərk etməlidir.

Pley-off oyunları o vaxt geniş müzakirələrə səbəb ola, üstündə dayanıla bilərdi ki, güclərindən, imkanlarından asılı olmayaraq, əsasnamə/reqlamentə, bu sarıdan böyük boşluqlara yol verilmiş olardı.

Qəribədir, PFL də bununla bağlı heç bir açıqlama vermir, gözləmə mövqeyi tutur.

Sanki AFFA və PFL arasında “soyuq müharibə” gedir. Belə vəziyyət narahatlıq yaradır, fərqli müzakirələrə yol açır.

Hamının fikiri birmənalı olaraq idman prinsiplərinin qorunmasıdır. Əvvəlki illərdə olduğu kimi, lisenziyalaşdırma “oyunlarına” da yol verilməməlidir.

Necə ki, çempionatda iki mövsümdür tarazlıq yaranıb, idman prinsipləri qorunur, “Şamaxı” gedib-qayıtdı, böyük ölçüdə “Qəbələ” də qayıdacaq.

APL soncularının dərhal geri dönməsi, onu göstərir ki, idman prinsiplərinin pozulmasına yox, I liqanın şəraitinin, səviyyəsinin qalxmasına, rəqabətədavamlı çempionatın olması yolunda əmək sərf edilməlidir. Bu isə artıq başqa araşdırma mövzusudur.

“FutbolPress”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 Fevral 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see321

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see315

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see282

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see264

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see263

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see245

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see244

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see237

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see222

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see219

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see212

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see210

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see206

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see206

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see203

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see200

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see194

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see194

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see192

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri