Icma.az
close
up
RU
Həddindən artıq vacib sahə elm və təhsil

Həddindən artıq vacib sahə elm və təhsil

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

İnnovativ inkişafla səciyyələnən Dördüncü sənaye inqilabı dövründə ölkələri, xalqları güclü edən mühüm amillər sırasında elm və təhsil xüsusi yer tutur. Azərbaycanın xoşbəxtliyi ondadır ki, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq respublikamızda elm və təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Dövlətimizin başçısı bu günlərdə yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə elm və təhsil sahəsində vəziyyəti dəyərləndirərək bu istiqamətdə reallaşdırılan layihələrin, aparılan islahatların önəmini vurğulayıb. “İndi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu, həddindən artıq vacib sahədir və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq”.

Neft kapitalının insan kapitalına çevrilməsi siyasəti

Çox haqlı olaraq elm və  təhsil bütün dövrlərdə hər bir dövlətin və xalqın ümumi inkişaf səviyyəsinin əsas göstəricilərindən biri kimi səciyyələndirilib. Dünya tarixinə nəzər saldıqda görürük ki, ayrı-ayrı ölkələr məhz keyfiyyətli təhsilə və elmin inkişafına verdikləri önəm sayəsində yüksək inkişaf səviyyəsinə çatmağa nail olublar. Müasir dövrdə isə elm və təhsillə bağlı çağırışların aktuallığı daha da artıb. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) XXI əsri “Təhsil əsri” elan edib. Prezident İlham Əliyev neftlə zəngin olan ölkələrlə inkişaf etmiş dövlətlərin müqayisəsini apararaq bildirib: “Mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam şüurlu şəkildə, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə.”

Azərbaycana böyük həcmlərdə maliyyə gəlirləri daxil olur, məsələ həmin resursların zənginliyində deyil, düzgün istifadə edilməsindədir. Bu məqsədlə neft kapitalının insan kapitalına çevrilməsi siyasəti ardıcıllıqla həyata keçirilir, dövlət büdcəsindən elm və təhsilə ayrılan vəsaitlər davamlı olaraq artırılır. İndiyədək respublikamızda təhsilin müxtəlif pillələrində yüksək keyfiyyətin, müasir qlobal çağırışlara adekvatlığın təmin olunması məqsədilə bir neçə dövlət proqramı qəbul edilərək həyata keçirilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olub. Dövlət başçısının imzaladığı sənədlər əsasında “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” qəbul olunub. Yeni Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək azərbaycanlı tələbənin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları təmin ediləcək.

Ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələ üçün müəyyənləşdirilən 5 milli prioritetdən biri  məhz rəqabətli insan kapitalının və müasir innovasiyalar məkanın formalaşdırlması ilə bağlıdır.  Bu prioritetin uğurla reallaşdırılması üçün isə XXI əsrin tələblərinə uyğun elm və təhsil sisteminin qurulması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində oxuyuruq: “Cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunmalıdır”.

Struktur və kadr islahatları, ali təhsil müəssisələrinin modernləşdirilməsi

Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan da məhz dünyadakı qabaqcıl təcrübələrə istinad etməklə genişmiqyaslı islahatlara start verib. Artıq müəyyən struktur dəyişikliyi edilib, o cümlədən Elm və Təhsil Nazirliyi yaradılıb. İki sahənin eyni strukturda birləşdirilməsi məqsədli şəkilldə edilib. Dövlətimizin başçısının vurğuladığı kimi, Elmlər Akademiyası fəaliyyət göstərsə də,  faktiki olaraq elm dövlət strukturlarından kənarda qalmışdı. Dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır.

Yüksək inkişaf səviyyəsinə çatmış əksər ölkələrdə elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf edir. Respublikamız da məhz bu modeli seçib. Hazırda struktur islahatları aparılır. İslahatların zəruri olduğunu bildirən Prezident İlham Əliyev “Bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir. Struktur islahatları ilə paralel olaraq, kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir. Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində var. Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur. Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik”, - deyə vurğulayıb.

Dövlət proqramları gəncləri güclü şəkildə təşviq edir

Bütövlükdə, Azərbaycan dövləti cəmiyyətin intellektual səviyyəsini yüksəltməyi hədəfləyib. Həyata keçirilən tədbirlər də məhz buna hesablanıb. Prezident İlham Əliyev bildirib ki, cəmiyyətin ümumi intellektual səviyyəsi, bilik səviyyəsi yüksək olanda, orada, necə deyərlər, pleyadalar, belə istedadlı şəxsiyyətlər yaranır. Qəbul olunan dövlət proqramları da gəncləri güclü şəkildə təşviq edir, onları ölkədə saxlayır və rəhbər vəzifələrə bilikli kadrların gətirilməsi cəmiyyətin intellektual səviyyəsini yüksəldir. Bu məqsədlə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Dövlət başçısının təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə fond yenidən təşkil edilərək Gənclər Fondu adlandırılıb. Gənclərə dəstək yönündə verilən mühüm qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsidir. Mükafat elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə  ildə bir dəfə verilir.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Yanvar 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri