Icma.az
close
up
RU
Həddindən artıq təmizlik xəstəlikdirmi?

Həddindən artıq təmizlik xəstəlikdirmi?

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Psixologiyada “obsessiv-kompulsiv pozuntu” adlanan xəstəlik var və “təmizlik xəstəliyi” də onlardan biridir. Hər şeydə təmizlik axtarışı və hər yerdə ona nail olmaq istəyi bir müddət sonra çıxılmaz hala gətirir. Həddindən artıq təmizlik axtarışı, hər şeyin çirkli olduğuna inanmaq və hər şeyi davamlı olaraq yuyub-silmək kimi hərəkətlərin təkrarlanması “təmizlik xəstəliyi” adlandırılır”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Günəş Əfəndiyeva bildirib. Onun dediyinə görə, həmin xəstəliyə səbəb bəzən müxtəlif psixotravmalar olsa da, bəzi xarici ədəbiyyatlara görə, streptokok infeksiyasıdır. Xəstəlik zamani xəstə öz hərəkətinin düzgün olmadığını bildiyi halda davranışlarını nizamlaya bilmir. Xəstəlik insan iradəsinə tabe olmur. Şübhəli düşüncədən xilas olmağa və unutmağa səy göstərsə də, alınmır. Məsələn, əllərini tər-təmiz yuduğu halda təmizliyə əmin olmadığı üçün onu təkrar yuyur.

Psixoloq Günəş Əfəndiyevanın bildirdiyinə görə, xəstəlik özünü dörd formada göstərir. “Birinci forma diqqətlə əlaqədardır. Xəstənin fikri həmişə dolaşıq olur, diqqətini bir yerə cəmləyə bilmir. Məsələn, kiməsə nəsə olacağını fikirləşir, evdən çıxarkən qapını bağlamadığını, qazı və işığı söndürmədiyini düşünür, gün ərzində həmin düşüncələrdən rahatlıq tapa bilmir. İkinci forma simmetriya ilə əlaqədardır. Həmişə çalışır ki, əşyalar bir-birinə paralel olsun və ya hündür binaların mərtəbələrini sayır, maşınların nömrələrinə fikir verir, hər yerdə və hər şeydə uyğunluq və simmetriya axtarır.

Üçüncü forma dini inancla əlaqədardır, onların beyinlərinə dinlə bağlı bəzi fikirlər gəlir. Nəhayət, ən çox yayılmış forma təmizliklə əlaqədardır.

Ümumiyyətlə, hər kəsdə hansısa oxşar əlamətlər ola bilər, lakin həmin hal yaşam tərzinə, gündəlik həyata mane olursa, artıq xəstəlik halına çevrilir. Məsələn, gündəlik təmizlik işlərinə 20 dəqiqə vaxt sərf edirsə və bu, normal həyat fəaliyyətini pozursa, onu artıq təhlükəli xəstəlik kimi qəbul etmək olar.

Xəstəliyə bioloji, psixoloji və ekoloji faktorlar səbəb ola bilər. Çox nizamlı və vasvası, ya da həddindən artıq, ifrat qayda-qanun bu cür düşüncələr və bununla əlaqədar davranış forması inkişaf etdirməsi mümkündür. Anası çox vasvası olan uşaq gələcəkdə “təmizlik xəstəliyinə” yoluxa, eyni zamanda, onun həyatda yaşadığı ağır hadisə də xəstəliyə aparıb çıxara bilər. Məsələn, iflas, boşanma və s. kimi yaşanan hallardan sonra həmin düşüncə və hərəkətlərin özünü büruzə verməsi mümkündür.

Xəstəliyə yoluxma ictimai və iş həyatını pozur. Təmizliyə olan həddindən artıq ehtiras ətrafdakı yaxın adamları, qohum və tanışları çəkindirə bilər. Ən böyük zərbə xəstənin özünə dəyir. Təmizliyə çox vaxt sərf etdiyi üçün başqa işlərə vaxt tapa bilmir, ictimai həyatla əlaqəsi pozulur. Ailəli olanda həyat yoldaşı və uşağı ilə ünsiyyətində problem yaşanır. Gücünü təmizlik işlərinə sərf edərək özünü əldən salır, yorğun və əldən düşmüş olur. Müəyyən müddətdən sonra orqanizmdə narahatlıqlar, bel, əzələ və oynaq ağrıları meydana çıxır. Vaxtında müalicə olunmayanda depressiya pozğunluğu kimi narahatlıq da yarana bilər”, - deyə Günəş Əfəndiyeva söhbəti yekunlaşdırıb.

Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Yanvar 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri