Hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilən BAŞ REDAKTOR məhkəmədə
Lent az saytına istinadən Icma.az xəbər verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə "Dəryaz" qəzetinin təsisçisi və baş redaktoru Habil Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, təqsirləndirilən H. Tağıyev 16 aydır həbsdə olduğunu, həbsini qanunsuz hesab etdiyini, həbs müddətinin onun səhhətinə mənfi təsirlər yaratdığını - kəskin ayaq və baş ağrılarından əziyyət çəkdiyini, yaddaş pozuntusu yaşadığını bildirib.
H. Tağıyevin vəkili məhkəmədən zərərçəkən Şamxal Salmanzadənin saxta su istehsalı ilə bağlı sexinin olması barədə faktın cinayət işinə əlavə edilməsini istəyib.
Sonra məhkəmə sənədlərin elanı mərhələsinə keçib. Dövlət ittihamçısına çıxış təklif olunub, o, məhkəmədən vaxt istəyib.
Növbəti proses fevralın 6-na təyin olunub.
Xatırladaq ki, Habil Tağıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.
Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib. O, Cinayət Məcəlləsinin 182.2.2 (Hədə-qorxu ilə tələb etmə - təkrar törədildikdə) maddəsi ilə ittiham olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 09 Yanvar 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















