Hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloqer və kitabxanaçıya hökm oxunub
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Göyçayda müəllimə hədə-qorxu gələrək vəsaitini ələ keçirməkdə təqsirləndirilən bloqer Anar Hüseynov və Almaz Əhmədovanın cinayət işi üzrə məhkəmə keçirilib.
APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Anar Hüseynov 5 il 6 ay, Almaz Əhmədova isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Anar Hüseynov bloqqer fəaliyyəti ilə məşğul olub. Almaz Əhmədova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində kitabxanaçı vəzifəsində çalışıb.
İş üzrə zərərçəkmiş şəxs qismində tanınan şəxs də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim olaraq çalışıb. İddiaya görə, Anar Hüseynov və Almaz Əhmədova zərərçəkmişə hədə-qorxu gələrək ondan ümumilikdə 3700 manat pul alıb.
Təqsirləndirlən şəxslər ziyanı tam ödəyib və barışıq əldə olunub.
Təqsirləndirilən Anar Hüseynov Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Almaz Əhmədova 182.2.1 ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci ( Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 29 Yanvar 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















