Hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri Coşqun Abdullayev və tanışı Natiq İmamalıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
APA xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Xaliq Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası 4 dekabra təyin edilib.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedeci məlumatlar yayacağı hədəsi ilə onda pul tələb edib. Təqsirləndirilən şəxslərdən biri “saat24.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayevdir.
Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 24 Noyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















