Hədəfimiz mümkün qədər yuxarı pillədə yer tutmaqdır Qəbələ nin baş məşqçisi Kaxaber Tsxadadze
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümü start götürüb.
Fanat.Az xəbər verir ki,s ayca 34-cü Azərbaycan çempionatının ilk oyununda debütantlar "Karvan-Yevlax" və "Qəbələ" komandaları üz-üzə gəliblər. FIFA referisi Əliyar Ağayev idarə etdiyi oyunda qalib müəyyənləşməyib. Komandalar hərəyə 1 qol vurub 1 xal qazanıblar.
Matçdan sonra "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze media nümayəndələrinin suallarını cavablayıb.
“Maraqlı oyun oldu. Uşaqlar yaxşı mübarizə apardılar. Sadəcə, əlimizə düşən imkanlardan yararlana bilmədik. Xeyli qol imkanlarımız olsa da, yararlana bilmədik. 6-7 epizodu boşa verdik, əvəzində rəqib fərqləndi.
Bu il hədəfimiz mümkün qədər yuxarı pillələrdə yer tutmaqdır. Birinci Liqadan gələn komanda üçün çətindir. “Qarabağ”, “Zirə”, “Sabah” kimi komandalarla mübarizə aparacağıq. Onu deyə bilərəm ki, biz heç kimdən çəkinməyəcəyik, öz oyun üslubumuz var və onu inkişaf etdirəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 Avqust 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















