Icma.az
close
up
RU
Kaxaber Tsxadadze: “Bizim əsas hədəfimiz…”

Kaxaber Tsxadadze: “Bizim əsas hədəfimiz…”

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze klubun rəsmi saytına müsahibə verib.

Apasport.az xəbər verir ki, gürcüstanlı mütəxəssis “qırmızı-qaralar”ın I Liqadakı çempionluğu ilə əlamətdar olan mövsümün yekununu dəyərləndirib.

- Ümumi mövsümü necə dəyərləndirirsiz? Komandanın cari mövsümdəki çıxışı, futbolçuların oyun keyfiyyəti sizi qane etdi? 
- Cari mövsüm bizim üçün çox yaxşı keçdi. Göstərdiyimiz oyunlarla yarışı yüksək nəticə ilə başa vuraraq çempion olduq. Futbolçularım və məşqçilər korpusumuzla ili bu cür başa vurmaq üçün çox əziyyət çəkmişdik. Sonda isə bunun bəhrəsini də gördük.

- “Qəbələ” bu il çempionatda ən az qol buraxan, ən az məğlub olan, ən çox qol vuran və.s. yüksək göstəricilərlə çempion oldu. Mövsümün əvvəlindən nəticənin bu cür olacağına inanırdız? 
- Bu nəticə heç də asan başa gəlməyib. Mövsümün əvvəlində demək olar ki, sıfırdan komanda qurmaq öhdəliyimiz var idi. İdman direktorumuz, klubun rəhbərliyi, məşqçilər korpusumuzla bu işin öhdəsindən gəlməyi bacardıq. Daha sonra isə fiziki, taktiki və.s məşqlərimiz çox oldu. Bununla da futbolçularımızı yeni mövsümə maksimum yaxşı hazırlamaq istəyirdik. Onlar da bütün bunların öhdəsindən gəlməyi bacardılar. Futbol komanda idman növüdür, biz bu nəticəyə bir yerdə, komanda şəklində, hər bir kəsin çəkdiyi əziyyət sayəsində çatmışıq.

- Komanda bu il əsasən gənc futbolçularla çıxış etdi. Onların performansından necə, razı qaldız? 
- Bu il gənc futbolçulara da oyunlarda kifayət qədər şans verdik. Onlar da öz üzərilərinə düşəni maksimum səviyyədə etməyə çalışdılar. Lakin bu hələ başlanğıcdır. Gənc oyunçularımız öz üzərilərində daha çox işləməli, daha çox inkişaf etməlidirlər.

- Növbəti mövsüm necə, yenə akademiyanın yetirməsi olan gənc futbolçulara şans verməyi düşünürsüz? 
- Əlbəttə, komandanın öz yetirmələrinin əksəriyyətini komandada saxlamağı düşünürük. Nəzərə alsaq ki, gələn mövsüm Premyer Liqada mübarizə aparacağıq. Orada artıq “Qarabağ”, “Neftçi” və s. kimi komandalarla mübarizə apara bilmək üçün isə gənc oyunçularımız öz üzərilərində daha çox çalışmalıdırlar.

- Azarkeşlər "Qəbələ"nin 1-ci Liqada məğlub olmadan və hətta qol buraxmadan çempion olmasını arzulayırdılar. Sizcə, buna mane olan nə oldu? 
- Bu il bizim çox yaxşı göstəricilərimiz oldu. 21 oyun məğlub olmadan irəlilədik, sonda ən çox qol vuran komanda olduq. Artıq çempionatın axırlarına yaxın qol da buraxdıq, 2 dəfə məğlub da olduq. Bu da futbolun bir hissəsidir. Mübarizə olan yerdə, bu cür halların baş verməsi normaldır. Bizim əsas hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaq, ondan sonra isə çempion olmaq idi ki, bunun da öhdəsindən yüksək səviyyədə gəlməyi bacardıq.

- Növbəti mövsüm üçün əsas planlar nədir? Komanda hansı hədəflər uğrunda mübarizə aparacaq? 
- Növbəti mövsüm elitada yaxşı nəticələr qazanmaq üçün daha mübariz olmalı və çox çalışmalıyıq. Qarşımızda konkret bir tapşırıq olmasa da, mübariz və döyüşkən bir komanda qurmalıyıq ki, rəqiblərimiz də bizdən çəkinsin. Belə olduğu halda, nəticə də, uğur da komandanın yanında olacaq.

Millinin baş məşqçisi: "Məqsədimiz A Liqasına vəsiqə qazanmaqdır" Seneqallı forvard "Qarabağ"a qayıdır? - Fransa klubu ilə müqaviləsi bitir FIFA-nın dəstəyi ilə Bakıda kütləvi futbol festivalı keçirilib Sabiq "Neftçi"li Birinci Liqa klubunda Millimiz 1/8 finalda son dünya çempionu ilə qarşılaşacaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://apasport.az
archiveBu xəbər 26 May 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri