Icma.az
close
up
RU
“Hədyan, böhtan, şər hamısı Şeyx Əbdüldən gəlir” Rasim Balaye

“Hədyan, böhtan, şər hamısı Şeyx Əbdüldən gəlir” Rasim Balaye

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Xalq artisti, tanınmış kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev musavat.com-a müsahibə verib.

Bakupost.az maraqlı müsahibəni təqdim edir:

– Rasim müəllim, son zamanlar kino sahəsində yenidən narazılıqlar eşidilir. Bildirilir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri dəyişsə də, bu sahədə ciddi yenilik yoxdur...

– Bunu Kino Agentliyindən və Mədəniyyət Nazirliyindən soruşmaq lazımdır. Çünki bilavasitə çəkilişlə onlar məşğul olur.

– Sizcə, Mədəniyyət Nazirliyi gerçəkdən kino sənətini inkişaf etdirməyə çalışırmı?

– Vallah, çalışırlar. Rəhbərlik də dəyişdi. Görək nə olur. Yəni çəkiliş işi bilavasitə onların işidir.

– Biz sonuncu dəfə sizdən müsahibə alanda Kinematoqrafçılar İttifaqında vəziyyət ürəkaçan deyildi. Maaş məsələsində yubanmalar var idi. Siz hökumətə müraciət edəcəyinizi demişdiniz...

– Biz rejissorların və kino yaradıcılarının qonorar məsələsinə görə müraciət etdik. Sağ olsunlar, hökumət bu məsələni həll etdi. Bir də uşaq filmləri ilə bağlı müraciət etdik, çünki uzun müddətdir uşaq filmləri çəkilmir. Bununla bağlı Mədəniyyət Nazirliyinə məktub göndərilib. Nazirlikdən bildirilib ki, uşaq filmi çəkilişi plandadır və yaxın vaxtlarda işlərə başlanılacaq.

– Bəs kino industriyasına kifayət qədər maliyyə ayrılırmı?

– Maliyyə var. Amma bu maliyyədən səmərəli istifadə etmək lazımdır.

– Rasim müəllim, Şəfiqə Məmmədova ilə münasibətləriniz necədir?

– Hər şey qaydasındadır. Gözəl kollektivimiz var və nizamnaməmizə uyğun nə lazımdırsa, onu da edirik.

– Şəfiqə xanım sizə otağınızı təhvil verdimi? İndi öz kreslonuzda əyləşirsiniz, yoxsa?

– Mənim xüsusi otağım yoxdur. Heç kimin də yoxdur. Mən otağı özüm seçdim – balaca bir otaqdır. Şəfiqə xanım dedi ki, keç, orada otur. Dedim, yox, burada oturacağam. Otağın Azərbaycan kinosunun inkişafına dəxli yoxdur.

– Sizinlə bağlı bir narazılıq da var. Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudovun ötən il 80 illik yubileyi qeyd olunmadı. O, bu məsələdə sizi günahlandırır.

– Özündən soruşun. Hədyan, yalan, şər, böhtan – hamısı ondan gəlir.

– Aktyorlar son zamanlar sosial şəbəkələrdə daha aktivdirlər, “influencer” kimi fəaliyyət göstərmələri birmənalı qarşılanmır. Buna münasibətiniz necədir?

– Kino çəkilişləri normaya düşsə, bu narazılıqlar da olmaz. Hazırda çəkiliş sahəsində çatışmazlıqlar var, aktyorlar rollarla təmin olunmurlar. Əgər onlar çəkiliş meydançasında məşğul olsalar, belə söhbətlər ortaya çıxmaz.

– Rasim Balayevi daha filmlərdə görmürük, dəvət etmirlər?

– Yox. Çünki bilirlər ki, elə-belə rollara razı olmayacağam. Elə bir əsər olmalıdır ki, oradakı obraz mənim xoşuma gəlsin. Hələ ki, belə bir ssenari görməmişəm. Olsa, böyük məmnuniyyətlə çəkilərəm.

– Məsələn, hansı rolu oynamaq istərdiniz?

– Onu indidən demək olmur. Teatrda bu mümkündür – məlum əsərlər, klassik qəhrəmanlar var. Məsələn, aktyor istəyər ki, Cəfər Cabbarlının, Şekspirin, ya Hüseyn Cavidin qəhrəmanlarını oynasın. Amma bizdə belə deyil. Bizdə ssenari yazılır, istehsalata buraxılır, sonra bilinir ki, nə yazılıb. Yaxşı dramaturq olaydı, aktyorları nəzərə alıb yazardı. Vaxtilə Cəfər Cabbarlı aktyorları nəzərə alaraq rollar yazırdı. Elə bir dramaturq olsaydı, nə yaxşı olardı.


– “Nəsimi”, “Dədə Qorqud” kimi filmlər sovet dövründə, senzura şəraitində çəkilmişdi. İndi sərbəstlik var, amma niyə belə filmlər yoxdur?

– Sərbəstlik var, amma peşəkar yoxdur.

– Haqqınızda film çəkilsəydi, hansı aktyorun sizin rolunuzu oynamasını istərdiniz?

– Mən bu suala cavab verə bilmərəm. Yəqin ki, siması mənə oxşamalıdır. Qəhrəman obrazlar oynamışam, amma özüm qəhrəman deyiləm axı. Mən də adi bir adamam.

– Rasim müəllim, əgər Nəsimi bu gün yaşasaydı, sizcə, onu da susdurardılar?

– Nəsimi bu gün yaşasaydı, partlayıb ölərdi...


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri