Həftəsonu bu yolda monitorinq olacaq
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində həyata keçirilən hazırlıq tədbirləri ilə əlaqədar olaraq, 11 aprel tarixindən 12 aprelə keçən gecə paytaxtın bəzi istiqamətlərində müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, bu çərçivədə, 12 aprel saat 01:30-dan 03:30-dək Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində nəqliyyatın hərəkətində müvəqqəti tənzimləmələr həyata keçiriləcək.
Mövcud vəziyyəti nəzərə alaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı, mümkün nəqliyyat sıxlığını nəzərə almağı və Zığ şosesi istiqamətindən alternativ marşrut kimi istifadə imkanını dəyərləndirməyi tövsiyə edir.
Uçuşların vaxtında və rahat şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə sərnişinlərə hava limanına uçuşdan ən azı 3 saat əvvəl gəlmələri tövsiyə olunur.
Qeyd edək ki, hava limanı ilə şəhər mərkəzi (“28 May” Nəqliyyat Mübadilə Mərkəzi) arasında hərəkət edən “Aeroekspress” avtobus marşrutu fəaliyyətini qrafik üzrə davam etdirəcək və sərnişinlər üçün etibarlı nəqliyyat alternativi olaraq qalır.
Bizim.Media
Baxış sayı:118
Bu xəbər 10 Aprel 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















