Həftəsonu maqnit qasırğası olacaq
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
13-14 iyunda Günəş aktivliyinin artacağı proqnozlaşdırılır.
ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin Kosmik Hava Proqnozlaşdırma Mərkəzi bu barədə açıqlama yayıb.
Bildirilib ki, bu günlərdə G1 səviyyəli maqnit pozuntuları mümkündür. Bu, geomaqnit aktivliyin qırmızı səviyyəsinə uyğundur və maqnit qasırğası kimi təsnif edilir.
Günəş aktivliyinin bu cür səviyyəsi meteohəssas insanların səhhətinə təsir göstərə bilər. Mütəxəssislər həftəsonu imkan daxilində həddindən artıq fiziki və emosional yüklənmədən çəkinməyi, yuxu rejiminə riayət etməyi, kifayət qədər su içməyi və təmiz havada daha çox vaxt keçirməyi tövsiyə edirlər.
İlkin proqnozlara görə, həftəsonundan sonra geomaqnit vəziyyət tədricən sabitləşməyə başlayacaq, Günəş aktivliyinin intensivliyi isə azalacaq. /oxu.az/
Baxış sayı:96
Bu xəbər 12 İyun 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















