Icma.az
close
up
RU
Hekayələr stereotiplərimizi formalaşdırır “Ədibin Evi”ndə genderlə bağlı müzakirə keçirilib

Hekayələr stereotiplərimizi formalaşdırır “Ədibin Evi”ndə genderlə bağlı müzakirə keçirilib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ədibin Evi”ndə “Rəqəmsal mühitdə qadın hekayələri” adlı müzakirə keçirilib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, mətbuat və ədəbi dairələrin nümayəndələri, eləcə də blogerlərin iştirak etdiyi tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 25 noyabr-10 dekabr tarixlərində təşkil edilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində baş tutub.

Mövzu ilə bağlı iştirakçılarla fikirlərini Əməkdar jurnalist Flora Xəlilzadə və ADA Universitetinin media eksperti Lalə Kişiyeva bölüşüblər.

Flora Xəlilzadə vurğulayıb ki, medianın gender stereotiplərinin yaradılması və ya dəyişdirilməsində, eləcə də gənc nəslin formalaşmasında əvəzsiz rolu var. Mütaliənin vacibliyini xatırladan jurnalist öz nəslininin qadın təsvirlərinin Azərbaycan ədəbiyyatındakı qəhərəmanlardan ilhamlandığını bildirib. Vaxtilə ona dərs deyən görkəmli Azərbaycan yazıçısı, tənqidçisi və pedaqoqu Mir Cəlalı nümunə gəitrən natiq onun həm əsərlərində tərənnüm etdiyi, həm də özünün yaşadığı və tələbələrinə təlqin etdiyi dəyərlərindən danışıb: “Mir Cəlal müəllim qız tələbələrinə daim qayğı ilə yanaşır, bizi oğlan qrup yoldaşlarımıza bir növ tapşırardı. Hamımıza bərabər imkanlar yaratmağa çalışardı”.

Öz növbəsində Lalə Kişiyeva gender nəzəriyyələrinə əsaslanaraq cəmiyyətdə dəyişən meyillər, burada informasiya texnologiyalarının rolundan bəhs edib. Tədqiqatlara əsasən Azərbaycanda qadınlarla bağlı onlayn mühitdə ictimai münasibətdə pozitiv dəyişiklikləri qeyd edən media eksperti qadınlar barədə “uğur hekayələrinin” sayının artdığını bildirib və bu işıqlandırmanın davamlı olmasının vacibliyini deyib.

“Rəqəmsal Mühitdə Qadın Hekayələri” adlı müzakirə interaktiv şəkildə davam edərək müasir Azərbaycan ədəbi və media mühitinə təsir edən amilləri nəzərdən keçirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri