Icma.az
close
up
RU
“Ədibin Evi”ndə “150 ilin söhbəti” kitabının təqdimatı olub

“Ədibin Evi”ndə “150 ilin söhbəti” kitabının təqdimatı olub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də “Ədibin Evi”ndə yazıçı, Əməkdar jurnalist Natiq Məmmədlinin “150 ilin söhbəti” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən çap edilib.

Tədbirdə çıxış edən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva kitab haqqında məlumat verib. O bildirib ki, 150 il müddətində jurnalistika elm sahəsi kimi çox böyük inkişaf yolu keçib. “İnformasiya texnologiyalarının sürətli inkişafı media sahəsinə də ciddi təsir göstərib. 150 il düşünən insanlar üçün olduqca böyük rəqəmdir. bp şirkətinin dəstəyi ilə nəşr olunmuş kitab milli mətbuat tarixinin, müasir Azərbaycan publisistik fikrinin öyrənilməsi, geniş oxucu auditoriyasında kütləviləşdirilməsi və Azərbaycanın maarifpərvər fikir adamlarının irsinin təbliği məqsədi daşıyır. Kitabda müəllifin otuz il ərzində apardığı araşdırmalar, yazdığı oçerklər, məqalələr, müsahibələr, eləcə də bədii əsərləri yer alıb”, - deyə Ş.Mehrəliyeva əlavə edib.

Kitabın elmi redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, kitabda Prezident İlham Əliyevin və Ümummilli Lider Heydər Əliyevin mediaya göstərdiyi diqqət və qayğı da əksini tapıb.

Akademik yeni nəşrdə müəllifin intellektual səviyyəsi, analiz etmə və nəticə çıxarma bacarığının açıq şəkildə göründüyünü deyib: “Prezident İlham Əliyev bu il Azərbaycan milli mətbuatının 150 illiyinin ölkəmizdə geniş şəkildə qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Kitabın adına nəzər yetirdikdə aydın olur ki, o, “söhbət” üslubunda qələmə alınıb. Bu, mətbuat tarixi ilə bağlı yazılmış orijinal elmi-publisistik əsərdir. Kitabda yazıçının ictimai-siyasi baxışları barədə aydın təsəvvür formalaşır və heç bir təkrarçılıq müşahidə olunmur. Müəllif özü də qeyd edib ki, yazılar birinci şəxsin təkində qələmə alınıb. Bu səbəbdən həmin mətnləri bir növ monoloq kimi də dəyərləndirmək olar. “Ön söz” isə sanki kitabın ayrılmaz tərkib hissəsinə çevrilib. Bu da əsərə fərqli yanaşma nümunəsi kimi qiymətləndirilə bilər. Onun yaradıcılığı yeni realizmi əhatə edir”.

Kitabın “Ön söz” müəllifi, Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli vurğulayıb ki, kitabda yer alan məqalələrin böyük qismi media problemlərinin müxtəlif aspektlərini əhatə edib.

“Kitab milli mətbuatın 150 illiyinə töhfədir. Müəllifin publisistik fəaliyyətinin, yaradıcı axtarışlarının yalnız müəyyən bir qismini əks etdirən kitabda əsas mövzu milli-mənəvi dəyərlərimizin qorunması, tarixi yaddaşın bərpası, dövlətçilik ideallarının təbliği və təbii ki, bu qəbildən olan ana mövzuların əsas tərkib hissəsi kimi, Azərbaycan jurnalistikasının müasir inkişaf təmayüllərini əks etdirməkdir”, - deyə C.Məmmədli əlavə edib.

Kitabın rəyçiləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid diqqətə çatdırıblar ki, kitab publisistik toplu kimi Azərbaycanın ictimai-siyasi, fəlsəfi fikir tarixinə maraq göstərən ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli mətbuatın qurumlar və cəmiyyət arasında körpü rolu oynamasından danışıb.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli kitabın nəşrinə yüksək dəyər verərək, onu milli-mənəvi dəyərlərimizin, mətbuat tariximizin və ziyalılıq ənənələrinin layiqli daşıyıcısı kimi səciyyələndirib.

Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirən kitabın müəllifi, Əməkdar jurnalist Natiq Məmmədli bildirib ki, Mir Cəlal Paşayevin “Ən vacib şey nədir?” adlı məqaləsində vətənə, ailəyə və ali mənəvi dəyərlərə xidmət əsas məqam kimi ön plana çəkilir. Onun sözlərinə görə, kitab üzərində işləyərkən insanın sözə həssas yanaşmalı olduğunu bir daha anlayıb. “Kitab üçün xüsusi sözlər, xüsusi yanaşma tələb olunur. İlk dəfə olaraq bu kitabda Şuşa Qlobal forumları və Vətən müharibəsində medianın rolu ilə bağlı məqalələr də yer alıb. Əminəm ki, bu gün “Ədibin evi”ndə yanan mənəviyyat məşəli hər bir mətbuat işçisinə çatacaq”, - deyə müəllif əlavə edib.

Sonda müəllif oxucular üçün kitabları imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri